|
|
![]() |
"Cənab İlham Əliyev bütün Azərbaycan gənclərinin qürur yeri, idealı, əvəzolunmaz lideridir!"
Bu sözləri Qərbi Azərbaycan İcmasının Gənclər Təşkilatının sədri Namiq Muradov deyib.
Namiq Muradov, 27 sentyabrdan bəri Azərbaycan ictimaiyyətinin yüksək birlik nümayiş etdirdiyini, xalqımızın hər bir nümayəndəsinin həmrəylik və vətənpərvərlik duyğuları ilə Prezident İlham Əliyevin rəhbərliyi altında ard-arda gələn qələbə müjdələrindən daha da ruhlandığını bildirib.
Gənclər təşkilatının sədri onu da qeyd etdi ki, Azərbaycan xalqı otuz ildir torpaqlarının sülh yolu ilə qaytarılmasını səbrlə gözləsə də, dünya ictimai rəyininin ikili standartları buna imkan verməyib. Azərbaycan xalqını aşağılamaq məqsədi güdən Ermənistanın baş naziri Paşinyan Şuşada rəqs edib, Qarabağ Ermənistandır və nöqtə deməklə, bütün beynəlxalq hüququn və norma və prinsiplərini taptalamış oldu. Beynəlxalq təşkilatlar məhz onların qərarı və iradəsinə zidd olan bu təxribatçı hərəkətə yenə də göz yumdular. Bu haqsızlığa qarşı heç bir tədbir görməyib, susmağı üstün tutdular. Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında 27 sentyabrdan sonra bütün xalqımız birləşərək haqq işimiz üçün mübarizə aparır. Döyüşlərdə rəşadətli ordumuzun göstərdiyi şücaət nəticəsində, indi düşmənin heç bir gücü qalmayıb. Azərbaycan ordusunun bu gün istifadə etdiyi silahlar 5-ci nəsil silah yeni bir dövr açdı və bütün erməni təəssübkeşlərinə dərs verdi: Torpaqlarımızın son qarışı işğaldan azad olunana qədər ədalətli mübarizəmizdən əsla vaz keçməyəcəyik.
Hazırda doğma qardaşının da ön cəbhədə könüllü olaraq Vətənin müdafiəsində iştirak etdiyini deyən Namiq Muradov, başda Ali Baş Komandan olmaqla, bütün Azərbaycan ordusuna əzmkarlıq və qələbə arzuladı. İstər döyüş meydanında, istərsə də informasiya müharibəsində bütün dünya azərbaycanlılarının, habelə, vətənsevər Azərbaycan gənclərinin sıx birləşdiklərini və hər birinin bir əsgər kimi döyüşə atıldıqlarını vurğuladı.Bu çətin anlarda dost və düşmənin daha aydın tanındığını bildirən təşkilat sədri, bu baxımdan Türkiyə gənclərinin göstərdikləri mənəvi dəstəyin əvəzsiz olduğunu qeyd edib, qardaş Türkiyə gənclərinə salam və minnətdarlığını çatdırdı.Cənab İlham Əliyev bütün Azərbaycan gənclərinin qürur yeri, idealı, əvəzolunmaz lideridir! Tanrı liderimizi və ordumuzu qorusun! deyə – Namiq Muradov fikrini yekunlaşdırıb.