b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_hggfghghghghgh.JPG

Ermənistanın dövlət səviyyəsində mülki Azərbaycan vətəndaşlarına, xüsusilə uşaqlara və yeniyetmələrə qarşı terroru və hərbi cinayətləri davam edir.

Missiya.Az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Baş Prokurorluq tərəfindən məlumat verildiyi kimi, bu gün Tərtər rayonunun və kəndlərinin Smerç raketlərindən atəşə tutulması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub:

“17 oktyabrda Gəncənin yaşayış məntəqələrinin SCUD tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç (Ramiz oğlu) həkimlərin səylərinə baxmayaraq stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Mayakov Artur Vasilyeviç Gəncəyə bibisi gilə qonaq gəlib.

Mərhum Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Aleksandr Nevski kilsəsinin dəstəyi ilə pravoslav xristian dini ənənələrinə uyğun olaraq dəfn olunacaqdır. Xarici İşlər Nazirliyi vasitəsilə bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə məlumat verilib”.

Hazırda Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində yerləşən Azərbaycan şəhərlərinin ağır artilleriya və digər silahlardan atəşə tutulmasının davam etdiyini deyən H.Hacıyev Ermənistandan fərqli olaraq Azərbaycan mülki insanları və mülki obyektləri hədəfə almadığını qeyd edib:

“Azərbaycan tərəfindən beynəlxalq humanitar hüquqda təsbit olunmuş hərbi zərurət, legitim hərbi hədəflər və cavab tədbirlərinin proporsionallığı kimi tələblər ciddi şəkildə nəzərə alınır. Xankəndidə olmuş xarici jurnalistlər tərəfindən də qeydə alındığı kimi Ermənistan tərəfi atəş nöqtələrini mülki obyektlərin içərisində və yaxınlığında yerləşdirərək terrorçulara məxsus taktikadan istifadə edir. Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki insanları hərbi obyektlərdən kənar durmağa çağırırıq. Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi Azərbaycanın mülki erməni əhalisi ilə işi yoxdur. Azərbaycan tərəfə keçmək istəyən mülki şəxslərə və hərbçilərə bütün humanitar yardım və dəstəyi göstərməyə hazırıq.

Mülki insanlara qarşı törədilmiş müharibə və hərbi cinayətlərə, hərbi avantüraya görə məsuliyyəti tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyi daşıyır”.

 

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_Untitledddddddf.jpg


b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_Untitledddddddf.jpg


30 Noyabr 2020 Suqovuşan və Talışa çəkilən yollardan yeni - Fotolar
29 Noyabr 2020 İşğaldan azad olunmuş Kəlbəcərin kəndlərinin görüntüləri - VİDEO
28 Noyabr 2020 Füzulidə minaya düşən maşından geriyə qalan mənzərə - Foto
28 Noyabr 2020 “Qarabağa gedib Azərbaycana qarşı döyüşdük” - PKK-dan etiraf
28 Noyabr 2020 FRANCE-24 Ağdam haqqında: Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar
28 Noyabr 2020 DİN-dən işğaldan azad olunmuş ərazilərə gedənlərə - Xəbərdarlıq
28 Noyabr 2020 “Qarabağ”ın futbolçuları Ağdamda - Fotolar
28 Noyabr 2020 Azərbaycanda daha 4 212 nəfər koronavirusa yoluxub
27 Noyabr 2020 Ramin Əhmədovun erməni vandallığından bəhs edən məqaləsi ərəb mətbuatında
27 Noyabr 2020 Bakı polisinə yeni rəis təyin edildi
27 Noyabr 2020 Sabah hava yağışlı olacaq
27 Noyabr 2020 İcra başçısı ölməyib, vəziyyəti ağırdır - Xəstəxanadan açıqlama
26 Noyabr 2020 Rus hərbçilərin Şuşa yolunu minalardan təmizləmə - Videosu
26 Noyabr 2020 Daxili İşlər Nazirliyi əhaliyə çağırış etdi
26 Noyabr 2020 Türkiyə XİN Fransa Senatının qətnaməsini pisləyib
26 Noyabr 2020 Milli Məclisdə Fransa Senatına etiraz bəyanatı qəbul olunub
26 Noyabr 2020 Deputat: "Parisdəki səfirimizi geri çağırmalıyıq"
25 Noyabr 2020 İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - VİDEO
25 Noyabr 2020 Rusiya Qarabağdakı sülhməramlılarının sayını artırdığını təkzib edib
25 Noyabr 2020 TƏBİB-in sözçüsü koronavirusa yoluxub