Bu gün Vaşinqtonda ABŞ-ın
Dövlət katibi Mayk Pompeo ilə
görüşən Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov bu barədə Tvitter hesabında məlumat bölüşüb.
Missiya.
Az xəbər verir ki, Ceyhun Bayramov qeyd edib: “ABŞ Dövlət katibi ilə görüşdüm. Ona Azərbaycan şəhərlərini və mülki insanları atəşə tutmaq, muzdluların və terrorçuların yerləşdirilməsi və s. daxil olmaqla Ermənistanın dağıdıcı siyasəti barədə məlumat verdim. İkitərəfli münasibətlər barədə də fikir mübadiləsi apardıq”.