b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_1000111000.jpg

Abşeron rayonunda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilib.

Missiya.Az-ın məlumatına görə, rayonun 15 kənd və qəsəbəsində fəaliyyətinə icazə verilən iaşə obyektlərinə, kafe və restoranlara, market və dükanlara baxış keçirilib. Abşeron RİH-nin əməkdaşlarının, kənd və qəsəbələrin icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və polis əməkdaşlarının birgə iştirakı ilə keçirilən monitoriqlər zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və göstərişlərinin icrası, karantin rejiminin tətbiqi, COVİD-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı sakinlər arasında maarifləndirmə işləri aparılıb. Əməkdaşlar sakinlərlə fərdi söhbətlər edərək, onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, evdən çıxarkən tibbi maska taxmağı və insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər. Burada məqsəd bəzi sakinlər arasında yarana biləcək ehtiyatsızlığı aradan qaldırmaq, COVİD-19 virusunun yayılmasının qarşısını almaq istiqamətində təbliğat aparmaqdır.

Aparılan monitorinqlər zamanı əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradıldığı, qaydalara ümumilikdə düzgün riayət edilməsi müşahidə olunub. Bununla belə, xüsusi karantin rejiminin tələblərini pozan vətəndaşlar da aşkar edilib, onlarla bağlı qanunamüvafiq qaydada tədbirlər görülüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə rayonda reydlər və maarifləndirmə tədbirləri bundan sonra da davam etdiriləcək.


22 Oktyabr 2020 İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində QHT-lərlə görüş keçirildi
21 Oktyabr 2020 Ermənilərin atdığı mərmilər Ağdamda yanğın törətdi - VİDEO
21 Oktyabr 2020 Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
20 Oktyabr 2020 Semyon Peqov Azərbaycan ordusunun irəlilədiyini eşidib Qarabağdan qaçdı
19 Oktyabr 2020 Şahdağ parkında yanğın başlayıb
19 Oktyabr 2020 Ermənistan hərbi cinayət törədir
18 Oktyabr 2020 Anar Eyvazov: “Ordumuz tərəfindən daha kəskin tədbirlər görüləcək”
18 Oktyabr 2020 Ermənistana məxsus daha bir PUA məhv edilib
18 Oktyabr 2020 Ordumuz ermənilərə məxsus hərbi hissə ələ keçirib - VİDEO
17 Oktyabr 2020 Düşmənin “S-125” zenit raket kompleksi sıradan çıxarıldı – RƏSMİ
17 Oktyabr 2020 Xocalı soyqırımının iştirakçısı olan polkovnik məhv edildi
17 Oktyabr 2020 Prezident: “Günahsız insanların, şəhidlərin qisasını döyüş meydanında alacağıq”
16 Oktyabr 2020 Düşmənin Gəncəyə raket hücumu zamanı 20-dən çox ev dağılıb - FOTO
16 Oktyabr 2020 Dağıntılar altından iki ağır yaralı çıxarıldı - Evlər dağılıb
16 Oktyabr 2020 Ermənistan silahlı birləşmələri İran ərazisinə raketlər atır - RƏSMİ
16 Oktyabr 2020 İlham Əliyev: “Ermənistan ordusunun iki milyard dollarlıq silahını məhv etmişik”
16 Oktyabr 2020 Koronavirusa yoluxan şagirdlərin sayı artdı
16 Oktyabr 2020 Erməni polkovnik ağır yaralandı, oğlu isə məhv edildi
15 Oktyabr 2020 Baş Prokurorluq saxta videolarla bağlı araşdırmalara başladı
15 Oktyabr 2020 Azərbaycanın öz torpaqları uğrunda mübarizəsi dünya mediasında - VİDEO