b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_cuuuuuqa.jpg

Dövlət Miqrasiya Xidməti ölkəmizdə yaşayan, işləyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Müraciətdə bildirilir:

“Əziz dostlar!

Bildiyiniz kimi, dünya dövlətlərinin pandemiya ilə mübarizə apardığı bir zamanda Azərbaycan Respublikası Ermənistanın ənənəvi işğalçılıq və təhrik siyasəti nəticəsində öz tarixinin mürəkkəb və bir o qədər də həlledici dövrünə qədəm qoyub. Azərbaycan torpaqlarının 30 ilə yaxındır davam edən işğalı, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqe, eləcə də qarşı tərəfin regionda humanitar vəziyyətin gərginləşməsinə yönəlmiş təxribat xarakterli hücumları sülhün və ədalətin bərpası üçün Azərbaycanı adekvat cavab tədbirləri görməyə vadar edib. Bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpası, mülki şəxslərin təhlükəsizliyinin, eləcə də məcburi köçkünlərimizin öz yurdlarına geri qayıtmaq hüquqlarının təmin olunmasıdır.

Hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan Azərbaycan beynəlxalq ictimaiyyətin çağırışlarına cavab olaraq humanitar atəşkəsə razılıq verib. Humanitar atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan həmişə olduğu kimi götürdüyü öhdəlikləri pozaraq atəşkəs dövründə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə də daxil olmaqla, bir çox yaşayış məntəqələrində mülki əhaliyə yönəlmiş ağır artilleriya hücumlarını davam etdirib. Nəticədə, ümumilikdə 43 dinc sakin həlak olub, 200-dən çox şəxs yaralanıb. Bu fakt bir daha sübut edir ki, döyüş meydanında mövqelərini itirən Ermənistan ordusu çıxış yolunu yalnız mülki əhaliyə qarşı yönəlmiş cinayət törətməkdə görür. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan mübarizəsini beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində və öz əzəli torpaqlarında aparır.

Sizin və ölkələrinizdə yaşayan ailə üzvləriniz, qohumlarınız, əzizlərinizin haqlı narahatlığını anlayışla qəbul edirik. Əmin ola bilərsiniz ki, Azərbaycanda təhlükəsizliyinizin təmin olunması və bundan sonra da ölkəmizdə sabitlik, sülh, əmin-amanlıq şəraitində yaşamanız üçün bütün tədbirlər davam etdiriləcək.

Ölkəmizdə hərbi vəziyyət elan olduğu vaxtdan dəstək və həmrəylik məqsədilə Dövlət Miqrasiya Xidmətinə etdiyiniz müraciətləri yüksək qiymətləndirir, bu çətin və sınaq dolu günlərdə bizimlə olduğunuza, ölkəmizin haqq mübarizəsində yanımızda olduğunuzdan qürur duyuruq.

İnanırıq ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əzəli torpaqlarında erməni işğalına son qoyulacaq, regionda sülh və ədalət bərqərar ediləcək.

Qarabağ Azərbaycandır!”


22 Oktyabr 2020 İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində QHT-lərlə görüş keçirildi
21 Oktyabr 2020 Ermənilərin atdığı mərmilər Ağdamda yanğın törətdi - VİDEO
21 Oktyabr 2020 Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
20 Oktyabr 2020 Semyon Peqov Azərbaycan ordusunun irəlilədiyini eşidib Qarabağdan qaçdı
19 Oktyabr 2020 Şahdağ parkında yanğın başlayıb
19 Oktyabr 2020 Ermənistan hərbi cinayət törədir
18 Oktyabr 2020 Anar Eyvazov: “Ordumuz tərəfindən daha kəskin tədbirlər görüləcək”
18 Oktyabr 2020 Ermənistana məxsus daha bir PUA məhv edilib
18 Oktyabr 2020 Ordumuz ermənilərə məxsus hərbi hissə ələ keçirib - VİDEO
17 Oktyabr 2020 Düşmənin “S-125” zenit raket kompleksi sıradan çıxarıldı – RƏSMİ
17 Oktyabr 2020 Xocalı soyqırımının iştirakçısı olan polkovnik məhv edildi
17 Oktyabr 2020 Prezident: “Günahsız insanların, şəhidlərin qisasını döyüş meydanında alacağıq”
16 Oktyabr 2020 Düşmənin Gəncəyə raket hücumu zamanı 20-dən çox ev dağılıb - FOTO
16 Oktyabr 2020 Dağıntılar altından iki ağır yaralı çıxarıldı - Evlər dağılıb
16 Oktyabr 2020 Ermənistan silahlı birləşmələri İran ərazisinə raketlər atır - RƏSMİ
16 Oktyabr 2020 İlham Əliyev: “Ermənistan ordusunun iki milyard dollarlıq silahını məhv etmişik”
16 Oktyabr 2020 Abşeronda COVİD-19 əleyhinə təbliğat işləri davam etdirilir
16 Oktyabr 2020 Koronavirusa yoluxan şagirdlərin sayı artdı
16 Oktyabr 2020 Erməni polkovnik ağır yaralandı, oğlu isə məhv edildi
15 Oktyabr 2020 Baş Prokurorluq saxta videolarla bağlı araşdırmalara başladı