b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_rrc5.jpg

Bu gün Qərbi Azərbaycan İcması və İcmanın Gənclər Birliyinin onlayn formatda görüşü təşkil olunub. Tədbirin əsas mövzusu Qərbi Azərbaycana aid olan milli mədəni irs, mədəniyyət və tarixi abidələrin müzakirəsi olub.

Tədbiri Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli açıq elan edərək gənclərin təşəbbüsünü yüksək qiymətləndirib.

Bildirib ki, Gənclər Birliyi daha yeni yaranmasına baxmayaraq , fəaliyyəti ilə seçilir, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün qətiyyətli addımlar atır. Əziz Ələkbərli gənclərə bu yolda uğurlar arzulayaraq, icma rəhbərliyinin hər zaman onlara dəstək olacağını bir daha vurgulayıb.Daha sonra tədbirin mövzusuna keçid alan icma rəhbəri mənfur düşmənin qərbi azərbaycanlıları köçə necə məcbur etmələrindən, Qərbi Azərbaycandakı tarixi əsrlərə söykənən abidələri necə məhv etmələrindən danışıb. O, bildirib ki, tarixi abidələrimiz sadəcə Qarabağda deyil, o cümlədən İrəvanda da məhv edilib. Bütün dünya bu vandalizmə bu günə qədər səssiz qalır. Və bu səssizliyin səbəbkarı həm də biz özümüzük. Alim qeyd etdi ki, istənilən tarixi məsələdə Bütöv Azərbaycan amili, Bütöv Azərbaycan prinsipinə istinad edilməlidir. İstər Qərbi Azərbaycan, istərsə də itirilmiş digər torpaqlar – Dərbənd, Borçalı, Təbriz unudulmamalıdır. Artıq Qərbi Azərbaycan icması bu səssizliyi pozur. Və icma gənclərinin bu sahədə görüləsi hələ çox işi var. Biz düşmən tərəfindən məhv edilmiş tarixi abidələr, adları dəyişdirilmiş tarixi məkanlar haqqında informasiyaları mütəmadı olaraq dünyaya çatdırmalıyıq. Eyni zamanda daha bir təlimat İcmanın Gənclər Birliyi tərəfindən Qərbi Azərbaycanın hər bir mahalına, hər bir kəndinə, hər bir abidəsinə aid materialların elektron variantda, baza proqramı şəklində hazırlanıb istifadəyə verilməsi oldu.

Daha sonra Qərbi Azərbaycan İcmasının üzvü Lamiyə Əhmədova çıxış etdi. Lamiyə Əhmədova gənclərin aktivliyinin çox sevindici hadisə olduğunu, ümumilikdə müqəddəs bir amal olduğunu dilə gətirdi. O bu işdə bütün gənclərə uğurlar arzu edib, məhz Qərbi Azərbaycan İcmasının rəhbəri, dəyərli alim, millət vəkili Əziz Ələkbərlinin xidmətinin əvəzsiz olduğunu qeyd etdi. Sonda icmanın Gənclər Birliyinin sədri Namiq Muradov çıxış edərək, tədbir iştirakçılarına Gənclər Birliyi haqqında məlumat verib, iştirakçıların Əziz müəllimə ünvanlanmış suallarını səsləndirdi.O bildirib ki, görülən işlər fəaliyyətin başlanğıcıdır. Məqsədimiz Qarabağla yanaşı Qərbi Azərbaycanın da məruz qaldığı bu zülmü beynəlxalq aləmin də bilməsini təmin etməkdir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_rrc8.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_rrc2.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_rrc4.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_rrc3.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_rrc1.jpg

29 Oktyabr 2020 Fransanın Azərbaycandakı səfirindən Bərdə ilə bağlı paylaşım
29 Oktyabr 2020 "Onlar döyüş meydanlarından qorxaraq qaçırlar" -Hikmət Hacıyev
29 Oktyabr 2020 Qubadlının işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin görüntüsü - VİDEO
29 Oktyabr 2020 Ermənistanın 3-cü ordu korpusunda üsyan! - Döyüşdən imtina
28 Oktyabr 2020 Bərdədə insanlıq dramı - Qan donduran FOTOLAR
28 Oktyabr 2020 Hikmət Hacıyev: “Ermənistan insanları bombacıqlarla öldürməsindən heç bir dərs çıxarmayıb”
27 Oktyabr 2020 Düşmən Goranboy, Tərtər və Bərdəni atəşə tutur - RƏSMİ
27 Oktyabr 2020 Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 663 yeni yoluxma
27 Oktyabr 2020 "İham Əliyev bütün Azərbaycan gənclərinin qürur yeri, idealı, əvəzolunmaz lideridir!" - Namiq Muradov
27 Oktyabr 2020 Xalq artistinin qardaşı oğlu şəhid oldu - FOTO
27 Oktyabr 2020 İlham Əliyev hərbi əməliyyatların hansı şərtlər altında dayandıracağını açıqlayıb
26 Oktyabr 2020 Prezident Qubadlıya görə bu komandirləri təbrik etdi
26 Oktyabr 2020 İlham Əliyev: “Türkiyənin F-16-ları bizə mənəvi dəstək üçün buradadır”
26 Oktyabr 2020 Birinci vitse-prezidentin köməkçisi: “Qaniçən Paşinyan yenə müharibəyə təhrik edir”
26 Oktyabr 2020 Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır” - FOTO
25 Oktyabr 2020 Otuz illik həsrətimiz sona çatır
24 Oktyabr 2020 Düşmənin döyüş texnikaları məhv edildi - VİDEO
24 Oktyabr 2020 Hikmət Hacıyev: “Terrorun növbəti qurbanı Rusiya vətəndaşı olub” - FOTO
24 Oktyabr 2020 Düşmənin zərbə PUA-sı ələ keçirilib - FOTO
23 Oktyabr 2020 Ceyhun Bayramov Mayk Pompeo ilə görüşünü şərh etdi