b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_refaq.jpg

Koronavirusla mübarizə və Ermənistanın Tovuzla sərhəddə təxribatının qarşısının alınması, ölkəmizin təhlükəsizliyinin davamlı təmin edilməsi məsələsi bu gün dövlətimizin  fəaliyyətində prioritet məsələdir.

Prezidenti İlham Əliyev və Birinci Vitse –Prezident Mehriban xanım Əliyevanın gərgin əməyi sayəsində bütün bu istiqamətlərdə vəziyyət tam nəzarətdədir. Pandemiyaya qarşı apardığı işlərə görə Azərbaycan dünyanın qabaqcıl ölkələri sırasındadır. Düşmən Ermənistanın Tovuzla sərhəddə növbəti aqressiyasına gəldikdə Azərbaycan Ordusunun işğalçıya vurduğu zərbələr yetərincə sarsıdıcı və dağıdıcı oldu. Çoxlu sayda canlı qüvvə, hərbi texnika, silah-sursat itirən düşmən hələ uzun müddət özünə gələ bilməyəcək. Bütün bu gərginliyə baxmayaraq, ölkəmizin bütün sahələrdə dinamik inkişafını təmin etmək üçün dövlət başçımız böyük əzmkarlıq göstərir. Bunu iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videomüşavirə bir daha sübut etdi. İqtisadiyyatımızın vacib sahəsi olan  su təsərrüfatında mövcud olan problemlərin təfərrüatlı müzakirə edildiyi müşavrədə cənab Prezident vurğuladı ki, Azərbaycanda infrastruktur layihələr ardıcıl şəkildə həyata keçirilir və bunun sayəsində ölkəmiz sürətlə inkişaf edir.

Hələ bir neçə il bundan əvvəl infrastrukturla bağlı Azərbaycanda  xeyli problemlər mövcud idi. Elektrik enerjisi çatışmırdı, qazlaşdırmanın səviyyəsi aşağı idi, nəqliyyat infrastrukturu çox zəif vəziyyətdə idi. Lakin bu gün ölkəmizdə aparılan məqsədyönlü fəaliyyətin nəticəsində bu sahədə böyük nailiyyətlər əldə edilmişdir. Bu gün biz nəinki özümüzü elektrik enerjisi ilə təmin edirik, hətta bu sahədə ixrac imkanlarımız da artmışdır. Hazırda ölkəmizdə qazlaşmanın səviyyəsi 96%-dir. Hava nəqliyyatının səmərəliliyinə görə ölkəmiz 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə isə 27-ci yerdədir. Həyata keçirilmiş infrastruktur layihələr arasında içməli su və meliorasiya ilə bağlı işlər xüsusi yer tutur. Bu istiqamətdə də ciddi nəticələr var. Ölkəmizdə görülən işlərin nəticəsi olaraq içməli su ilə təminat 2004-cü ildəki 40% səviyyəsindən bu günki 70%-ə çatıbdır. Paytaxt Bakıda içməli su ilə davamlı təminatın səviyyəsi 82%-dir. Halbu ki, bir neçə il bundan əvvəl şəhərimizdə fasiləsiz su ilə təmin olunan əhalinin sayı 29% idi.

Sözügedən müşavirədə Prezident ölkəmizdə içməli su və suvarma suyu ilə təminatın 100%-ə qaldırılmasını  əlqədar təşkilatların qarşısında ciddi vəzifə kimi qoydu. İnanırıq ki, Prezidentimizin rəhbərliyi ilə bu vacib sahədə aparılan islahatlar postpandemiya dövründə daha sürətlə aparılacaq, istər içməli, istərsə də suvarma suyuna tələbat artıqlaması ilə ödəniləcək.Su həyatdır, suyumuz bol olduqca, kənd təsərrüfatımız da inkişaf edəcək, süfrələrimizdə öz milli məhsullarımızın sayı bol olacaq, aqrar sektorda çalışan insanların sayı və qazancı artacaqdır. Bu dövlətimizin siyasətidir.

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova



24 Sentyabr 2020 Azərbaycanda bu gün koronavirusa nə qədər insan yoluxub? - RƏSMİ
23 Sentyabr 2020 Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı - RƏSMİ
23 Sentyabr 2020 Məktəb direktoru karantin qaydasını pozaraq özünə ad günü keçirib - VİDEO
22 Sentyabr 2020 DİN ​​​​​​​"Pikap"ların saxlanılmasının səbəbini açıqladı
19 Sentyabr 2020 Baş redaktor: “Gənclərimiz aktiv olmalıdır”
19 Sentyabr 2020 DTX qalmaqallı "rus siyahısı" barədə açıqlama yaydı - Təxribatdır
18 Sentyabr 2020 Ceyhun Bayramov BQXK qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsini qaldırıb
17 Sentyabr 2020 Şamaxıda kişi keçmiş arvadını mağazada bıçaqladı
15 Sentyabr 2020 Baş prokuror və deputat nümayəndə heyətlərinin rəhbərləri oldular
15 Sentyabr 2020 Azərbaycan və Türkiyə HHQ aviasiya vasitələri Naxçıvan şəhəri üzərində birgə uçuşlar edib
15 Sentyabr 2020 Samir Nuriyev Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri seçilib
14 Sentyabr 2020 Təşkilat sədri Namiq Muradov: “İnformasiya müharibəsi günümüzün ən güclü silahlarından biridir"
14 Sentyabr 2020 “Qarabağa köçürülən ermənilər Azərbaycana, Türkə “nifrət məktəbi” keçiblər”- Aqil Məmmədov
11 Sentyabr 2020 Tanınmış teleaparıcı ARB TV-də veriliş aparacaq - FOTO
09 Sentyabr 2020 Qərbi Azərbaycan İcmasının Gənclər Təşkilatı informasiya müharibəsində mövzusunda konfrans keçirdi
09 Sentyabr 2020 Kəlbəcərin təbii sərvətlərinin talan edilməsi ilə bağlı AÇIQLAMA
09 Sentyabr 2020 Karantində qanunsuz arayış verən vəzifəli şəxsin məhkəməsi başlayır
08 Sentyabr 2020 Azərbaycanda tanınmış gitaraçı oğlu tərəfindən qətlə yetirilib
07 Sentyabr 2020 Şagirdlər məktəbə neçə gün gedəcək? - RƏSMİ QAYDADA AÇIQLANDI
07 Sentyabr 2020 Azərbaycanda ali təhsillə bağlı yeni qanun layihəsi hazırlanacaq