b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_dollar2.jpg

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Naxçıvan Muxtar Respublikasında Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının (UNDP) qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı daha geniş miqyaslı proqram çərçivəsində “Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsinin icrasına start verib.

Missiya.Az xəbər verir ki, AMFA-dan saytımıza verilən məlumata görə, layihənin əsas məqsədi COVID-19 böhranı dövründə iqtisadi zərəri minimallaşdırmaq, gəlir mənbələrinin yaradılmasında və koronavirusdan sonrakı mərhələyə hazırlıqda qadınlara (o cümlədən sağlamlıq imkanları məhdud qadınlara) dəstək verməkdir.

Layihə sağlamlıq imkanları məhdud olan qadınlar da daxil olmaqla, kənd icmalarından olan 25 nəfərdən artıq qadının COVID-19-la mübarizədə vacib qorunma tədbirləri haqqında biliklərinin, biznes bacarıqlarının, maliyyə resurslarına çıxışının və təşkilati bacarıqlarının yaxşılaşmasına kömək edəcək. Layihədə iştirak edən qadınlara Naxçıvan MR-da biznes fəaliyyətinə başlamaq üçün 525 ABŞ dolları məbləğində ilkin maliyyələşdirmə ilə təmin olunacaq.

Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının sürətləndirilməsi ilə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliyə dəstək olaraq, layihə 1-ci (Yoxsulluğa son), 2-ci (Aclığa son), 3-cü (Yaxşı səhiyyə və rifah), 5-ci (Gender bərabərliyi) və 8-ci (Layiqli əmək və iqtisadi artım) Qlobal Məqsədlərin icrasına töhfə verəcək.(apa.az)



11 İyul 2020 Baş Nazir bağlanmış banklarla bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərdi
11 İyul 2020 Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri artırıldı
10 İyul 2020 BDU-i və Yasamal Rayon İH-i onlayn tədbir keçirib - FOTOLAR
10 İyul 2020 Siyəzəndə SMS icazə olmadan küçəyə çıxanlar cəzalandırıldı - FOTO
10 İyul 2020 Vilayət Eyvazovdan yeni əmr
09 İyul 2020 Azərbaycanda saxta arayış verən xəstəxananın vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı - RƏSMİ
09 İyul 2020 “XXI Əsrin Qadınları” insan alverinə qarşı layihənin icrasına başlayr
09 İyul 2020 Koronavirusa görə Azərbaycanın bu rayonuna giriş-çıxış məhdudlaşdırıldı - FOTO
09 İyul 2020 Vilayət Eyvazovdan yeni təyinat
08 İyul 2020 Daha iki rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq - RƏSMİ
08 İyul 2020 Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü, 542 yeni yoluxma
08 İyul 2020 Azərbaycanda yas mərasimi yarımçıq dayandırıldı - FOTO
07 İyul 2020 Bakıda maşını 180 km sürətlə sürən qadın saxlanıldı
07 İyul 2020 Azərbaycanda baş həkim COVID-19-a yoluxub
07 İyul 2020 Azərbaycanda polkovnik-leytenant vəfat etdi - FOTO
07 İyul 2020 Azərbaycanda daha bir telekanalın əməkdaşları koronavirusa yoluxdu
06 İyul 2020 BDU alimləri “HORİZON 2020” üzrə beynəlxalq qrant müsabiqəsinin qalibi olublar
05 İyul 2020 "İcaze.e-gov.az" portalında problem yaranıb, sahibkarlar qeydiyyatdan keçə bilmir
05 İyul 2020 Bu gündən növbəti iki həftəlik sərt karantin rejimi başlayır
03 İyul 2020 Evdə müalicə alanlar üçün istifadə olunacaq dərmanlarla bağlı - AÇIQLAMA