b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_2323424234343.jpg

Türkiyə dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları həyata keçirən ATƏT-in Minsk qrupunun tərkibinə daxil olmaq istəyib.

Türkiyə də qrupun həmsədri ola bilərmi? Olarsa, münaqişənin həlli istiqamətində dəyişiklik gözləniləndir?

Sualı cavablandıran Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov qeyd edib ki, Türkiyəyə sadəcə qardaş ölkə prizmasından yanaşmamaq lazımdır: “Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, humanitar və mənəvi ortaqlıq bütün tarix boyu digər dövlətlərə örnək olub. Bu gün isə xüsusən ölkə başçısı İlham Əliyevlə Erdoğan arasındakı dostluq münasibətləri ilə bu əlaqələr tarixdə ən yüksək səviyyəsinə çatıb. Mən hər zaman demişəm, Qarabağ məsələsində Azərbaycanı ən çox dəstəkləyən, beynəlxalq ədalətin bərqərar olmasının zəruriliyini dövlət siyasəti elan edən Türkiyəyə yalnızca qardaş ölkə prizmasından yanaşmamalıyıq. Türkiyə bu gün regionda əsas söz sahibinə çevrilib. AKP iqtidarının uğurlu siyasəti ilə Türkiyə regionda və dünyada söz sahibi olan ölkələrdən birinə çevrilib. Türkiyəsiz bizim bölgədə heç bir siyasi və iqtisadi layihə gerçəkləşə bilmir. Türkiyə güclü qlobal aktordur və dünyanın qlobal gücləri də bunun fərqindədir. Bu kontekstdə Azərbaycanın haqq mübarizəsində dünyada söz sahibi olan önəmli bir ölkənin bizimlə tərəfdaş olmağı siyasi dividentimizdir. Azərbaycanla Türkiyə arasında təkcə iqtisadi və siyasi deyil, hərbi sahədə də böyük sazişlər imzalanıb. Türkiyə Azərbaycana hərbi texnika sahəsində yardım edir, ordularımız arasında müqavilələr mövcuddur. Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ), Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ), Trans-Anadolu təbii qaz boru xətti (TANAP) layihələri dünyanın enerji və nəaqliyyat təhlükəsizliyinə önəmli töhfələr verir. 13000-dən artıq türk şirkətinin indiyədək iqtisadiyyatımıza investisiyalarının həcmi təxminən 10 milyard dollar məbləğindədir, Azərbaycanın Türkiyədəki sərmayəsi də yüksək həcmdədir. Belə olan təqdirdə iki ölkə arasındakı yüksək strateji əlaqəlöər regiondakı digər siyasi güclərin hamısının xoşuna gəlməyə bilir ki, Ermənistan və xaricdəki erməni lobbisi bu güclərin başında dayanır.”

Türkiyəni Aİ ilə daim sınağa çəkməyə çalışan Qərb təsisatlarının haqsız yanaşmaların Türkiyəni alternativ siyasi vasitələr axtarmağa təhrik etdiyini vurğulayan politoloq qeyd edib: “ Avropa İttifaqı uzun illər Türkiyənin Aİ-yə üzvlüyü məsələsində manipulyasiya etməyə cəhdlər etdi. Bu gün Türkiyənin siyasi imkanları genişlənib, geostrateji mövqeyi dünya üçün diqqət mərkəzindədir. Türkiyənin ATƏT-in Minsk qrupunun tərkibinə qatılmağı mütləqdir. Çünki Türkiyə münaqişə tərəfləri ilə həmsərhəddir, Fransa, Rusiya və ABŞ kimi Türkiyənin də Minsk qrupunda təmsil olunmaq haqqı var. bir neçə gün əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Türkiyə XİN-in rəhbəri Minsk qrupunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha fəal işləməyə çağırıb. Mövlud Çavuşoğlu “bu həll Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır” fikrini bəyan edib. Bu görüşdən sonra Ermənistanın siyasi dairələri və Qərbə səpələnən erməni diasporası narahat olduqlarını biabırçı formada nümayiş etdirməyə başladılar. Türkiyə bu günə qədər ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə görülmüş işlərə dəstək verib və bundan sonra da bu dəstək davam edəcək. Türkiyənin qrupun həmsədri olmaq ehtimalı realdır. Türkiyənin Minsk qrupunun həmsədri olmağı ilə hazırkı durum “ölü situasiya”dan aktiv fazaya keçə bilər. Nəticədə, uzun müddətdir davam edən münqişə işğalşı Ermənistanın siyasi təcridi və ədalətin bərpa olunmağı ilə nəticələnə bilər. Türkiyənin Minsk qrupundakı həmsədrliyi münaqişənin həlli istiqamətində dəyişikliklər gətirəcək, buna görə də Ermənistan təlaşda və qorxu içərisindədir.”



09 Aprel 2020 Nizami rayonunda aztəminatlı ailələrə yardım göstərilir - FOTOLAR
08 Aprel 2020 Nizami rayonunda koronavirusla bağlı profilaktik tədbirlər davam edir - FOTOLAR
08 Aprel 2020 Bu yerlərdə bütün sürücülər saxlanılacaq — DYP-dən XÜSUSİ AÇIQLAMA
05 Aprel 2020 ATV də Prezidentin çağırışına qoşuldu – 50 min ianə
04 Aprel 2020 Heydər Əliyev Mərkəzindən Çinə maraqlı dəstək - VİDEO
03 Aprel 2020 “Azəriqaz” koronavirusla mübarizəyə vəsait ayırdı
02 Aprel 2020 Mehriban Əliyevadan Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO
31 Mart 2020 Bakı metrosu bu gün bağlanır - QƏRAR
28 Mart 2020 Sabahdan koronavirus xəstələri “Yeni klinika”ya yerləşdiriləcək
28 Mart 2020 “Sky Residence” şirkəti də Prezidentin çağırışına qoşuldu - FOTO
27 Mart 2020 ARB TV əməkdaşları Bakı sakinlərinə tibbi maska payladı – VİDEO – FOTO
25 Mart 2020 Gəncə Regional Mədəniyyət İdarəsindən nümunəvi addım - VİDEO
24 Mart 2020 Jurnalist koronavirusla mübarizəyə cəlb olunmaq üçün TƏBİB-ə müraciət etdi
23 Mart 2020 JEM-dən koronavirusla bağlı bəyanat - MƏTN
22 Mart 2020 ATV #EVDƏQAL həştəqini loqosu ilə eyniləşdirdi - FOTO
21 Mart 2020 “Feysbuk”da koronavirusla bağlı uydurma məlumatlar yerləşdirən şəxs müəyyən edilib
20 Mart 2020 ATV telekanalının yayımında dəyişiklik olub
20 Mart 2020 Türkiyədə koronavirusdan ölənlərin sayı artdı - Nazirdən AÇIQLAMA
19 Mart 2020 Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı - FƏRMAN
19 Mart 2020 "Lider TV"-dən koronavirusla bağlı maraqlə VİDEOÇARX