b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_86180499_2490158281233583_6688229305052299264_n.jpg

“Növbədənkənbar parlament seçkilərində dünyanın hər yerindən müşahidəçilər var idi və sayları kifayət qədər çox idi”.

Bu sözləri saytımıza açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirib:

“Seçkilərə böyük maraq vardı. Əhali hava şəraitinin pis olmasına rəğmən seçkilərdə aktiv iştirak etdi. İnsanların yeni Milli Məclisdən gözləntiləri böyükdür. Ona görə də bütün neqativ hava şərtlərinə rəğmən insanlar seçki məntəqələrinə axın edirdi. Seçkiləri dünyanın hər nöqtəsindən kifayət qədər ciddi siyasi qurumlar və təşkilatlar izləyirdi. Avropa Birliyi ölkələrindən, ATƏT, AŞPA və digər Qərb təsisatlarından müşahidələr aparılırdı. MDB müşahidə missiyası, Vietnamdan Meksikaya qədər fərqli coğrafiyalardan kifayət qədər müşahidəçi və jurnalist ölkəmizdə idi. Bu qədər müşahidəçi axını və marağı seçkilərin şəffaflığı və demokratikliyinə də şübhə yeri qoymur. İnsanlar ölkədəki islahatlar kursuna dəstək olduqlarını nümayiş etdirdilər. Yeni Azərbaycan Partiyasının səs çoxluğu dediklərimizin sübutudur. Həmçinin, bu dəfə parlamentə düşən müxalifətçi millət vəkilləri də çoxdur. İstənilən halda, Azərnbaycan Parlamenti bundan sonra daha çevik və islahatlar kursuna adekvat şəkildə fəaliyyət göstərəcək.”

Sosial şəbəkələrdə yayılan bəzi görüntülərdən danışan politoloq qeyd edib ki, MSK bütün görüntüləri araşdıracaq: “MSK rəhbərliyi də açıqladı ki, yayılan görüntülər araşdırılacaq. Seçki olan yerdə hansısa söz-söhbətlərin, bəzi yerlərdə problemlərin olması labüddür. Başqa ölkələrdə namizədlər bir-biriləri ilə yumruq davasına çıxırlar. Bizdə isə heç bir qeyri-adekvat görüntüylə qarşılaşmadıq. Bütün bunların fonunda, seçkilərin demokratikliyinə şübhə salmaq istəyən bəzi adamlar əlbəttə, təxribatlara da əl atacaq ki, bu da gözləniləndir və insanlar həmin dairələri artıq yaxşı tanıyırlar”.



02 Aprel 2020 Mehriban Əliyevadan Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO
31 Mart 2020 Bakı metrosu bu gün bağlanır - QƏRAR
28 Mart 2020 Sabahdan koronavirus xəstələri “Yeni klinika”ya yerləşdiriləcək
28 Mart 2020 “Sky Residence” şirkəti də Prezidentin çağırışına qoşuldu - FOTO
27 Mart 2020 ARB TV əməkdaşları Bakı sakinlərinə tibbi maska payladı – VİDEO – FOTO
25 Mart 2020 Gəncə Regional Mədəniyyət İdarəsindən nümunəvi addım - VİDEO
24 Mart 2020 Jurnalist koronavirusla mübarizəyə cəlb olunmaq üçün TƏBİB-ə müraciət etdi
23 Mart 2020 JEM-dən koronavirusla bağlı bəyanat - MƏTN
22 Mart 2020 ATV #EVDƏQAL həştəqini loqosu ilə eyniləşdirdi - FOTO
21 Mart 2020 “Feysbuk”da koronavirusla bağlı uydurma məlumatlar yerləşdirən şəxs müəyyən edilib
20 Mart 2020 ATV telekanalının yayımında dəyişiklik olub
20 Mart 2020 Türkiyədə koronavirusdan ölənlərin sayı artdı - Nazirdən AÇIQLAMA
19 Mart 2020 Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı - FƏRMAN
19 Mart 2020 "Lider TV"-dən koronavirusla bağlı maraqlə VİDEOÇARX
17 Mart 2020 Koronavirusun müalicəsi zamanı bu dərmanı için - ÜST
16 Mart 2020 AMEA: Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
16 Mart 2020 Bakıya giriş-çıxış bağlanır? — RƏSMİ AÇIQLAMA
11 Mart 2020 "Ermənistan və xaricdəki erməni lobbisi bu güclərin başında dayanır" - Tural İsmayılov
10 Mart 2020 SON DƏQİQƏ! Qənirə Paşayeva sədr seçildi
09 Mart 2020 DİN-dən “WhatsApp”da yayılan səs yazısı ilə bağlı AÇIQLAMA