b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1579083904_0.jpg
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, Bakı-Sumqayıt yolunda yaranan tıxacın aradan qaldırılması üçün dairəvi yoldan Yeni Yasamal massivinə yol salınması nəzərdə tutulub.

Missiya.Az xəbər verir ki, bu sözləri Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib. 

"Bakıdan Sumqayıta qədər olan 28 km yol 2008-ci ildən etibarən genişlənməyə başlanıb, 2011-ci ildə istifadəyə verilib. Həmin dövlərdə yol 7-10 min avtomobilin hərəkətinə uyğun nəzərdə tutulmuşdu. Amma son dövrlərdə Sumqayıt şəhərində tikilmiş sənayə parkları, yeni müəssilələr, ali təhsil ocaqları və sair qurumlar şəhərə əhali axınını çoxaldıb.

Gün ərzində Bakıdan Sumqayıta 12-14 min, Sumqayıtdan Bakıya isə 10-12 min avtomobil hərəkət edir. Bunu nəzərə alaraq yolun genişləndirilməsi üçün göstəriş verilib",-deyə Saleh Məmmədov vurğulayıb.

Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri əlavə edib ki, mayın sonuna qədər işlərin tamamlanması nəzərdə tutulur: "Artıq işlərə başlanılıb. Yolun genişləndirilməsinə mane olan yaşıllıqlar başqa əraziyə köçürülüb. Yeraltı süni qurğuların köçürülməsi də aparılır. Mayın sonuna qədər işlərin tamamlanması nəzərdə tutulur.

Burada iqlim şəraiti də rol oynayır. İqlim imkan varsa vaxtında işi təhvil veriləcək. Sumqayıtdan gələn axının Bakı Beynəlxalq Avtovağzalının arxasındakı yolu Alatava istiqamətinə davam etdiriləcək və ikizolaqlı yeraltı tunel salınacaq.

Digər variant isə dairəvi yoldan Yeni Yasamal massivinə yol salınması nəzərdə tutulub. Bununla "butulka effektinin" qarşısının almaq mümkün olacaq. Bakı-Sumqayıt yolunun qiyməti hər kilometr üçün 778 min manat hesablanıb. Hazırda isə 7-8 km hissədə genişləndirmə nəzərdə tutulur".

17 Fevral 2020 Azərbaycanlılar bəzi tibbi ləvəzimatları Çinə daşıyırmış - Qadağa qoyuldu - VİDEO
15 Fevral 2020 İlham Əliyev Münhendə Paşinyanı susdurdu - Video
11 Fevral 2020 Aqil Məmmədovun möhtəşəm qələbəsindən qorxuya düşən ünsürlər
10 Fevral 2020 “Seçkilərdə beynəlxalq müşahidəçilərin say çoxluğu şəffaflığın ən önəmli göstəricilərindəndir”- Tural İsmayılov
08 Fevral 2020 Fevralın 10-da məktəblərdə dərslər olacaq? - AÇIQLAMA
07 Fevral 2020 Aqil Məmmədov diplomla təltif olundu
06 Fevral 2020 Aqil Məmmədov Qarabağ əlilləri və Veteranlarla görüşdü - Gəncədə
03 Fevral 2020 Aqil Məmmədov Qarabağ əlilləri, veteranlarla görüşdü - FOTO
03 Fevral 2020 Novruz çərşənbələrinin tarixləri açıqlandı
02 Fevral 2020 Mehriban Əliyeva gəncləri təbrik etdi
31 Yanvar 2020 DİN-dən İlkin Süleymanovun polis əmisi oğlu ilə bağlı açıqlama: “Bəlkə, utanıb, xəcalət çəkib”
31 Yanvar 2020 Aqil Məmmədov kəlbəcərlilərlə görüşdü - Bakıda
31 Yanvar 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - VİDEO
29 Yanvar 2020 Aqil Məmmədov Tərtər və Bərdədə seçicilərilə görüşdü - FOTO
28 Yanvar 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO
27 Yanvar 2020 Türkiyənin zəlzələ bölgəsindən Bakıya gələn tələbələr belə qarşılandı - VİDEO
24 Yanvar 2020 Aqil Məmmədov seçiciləri ilə görüşdü - Gəncədə
24 Yanvar 2020 Aqil Məmmədov növbətini görüşünü Şəmkirdə keçirib - FOTO
23 Yanvar 2020 Avtovağzal Kompleksində “LIBRAFF”ın oxu məntəqələri yaradıldı - FOTO
21 Yanvar 2020 Bakıda mağazadan oğurluq anı - VİDEO