b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_78649241_3161379717222238_316043656647671808_n.jpg

Azərbaycanda ötən həftənin ən yaddaqalan hadisələrindən biri Azərbaycan Könüllülərinin İkinci Həmrəylik Forumunun keçirilməsi oldu.

Forumun önəmindən bəhs edən STM-in baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov bildirib ki, bu gün Azərbaycanda minlərlə gənc müxtəlif könüllülük platformalarında uğurla iştirak edirlər:

“Azərbaycanda könüllülük hərəkatı böyük bir bum halını alıb və minlərlə gənc bu gün müxtəlif qurumların tərkibindəki könüllülük hərəkatında aktiv şəkildə fəaliyyət göstərirlər. «Aqrar İnkişaf Könüllüləri» hərəkatı aqrar sektorun inkişafına ictimai dəstəyi nümayiş etdirir, vətəndaşların və ya fermerin aqrar sahədəki problemlərini yerində müəyyən etmək və həlli yollarını axtarmaq, gənc mütəxəssislərin ideyalarını praktiki olaraq reallaşdırmaq və cəmiyyətin diqqətini bu sahəyə yönəltmək məqsədi daşıyır. Bu hərəkat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunur və təşviq olunur. Aqrar sahəyə marağı olan sayısız gəncin bu hərəkat sıralarında təmsil olunmağı qeyri-neft sektorunun inkişafının prioritet olduğu ölkədə böyük bir gələcək vəd edir. Bundan başqa Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sistemində gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, startap layihələri ilə bağlı cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və inkişaf etdirmək məqsədilə Komitə sədri tərəfindən "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sistemində könüllülük hərəkatının inkişafı ilə bağlı tədbirlər haqqında" sərəncam imzalanıb və Dövlət Gömrük Komitəsində "Könüllü gömrükçü" dəstəsi yaradılıb.  Bu gün həmin gənclər komitənin müxtəlif şöbələrində praktika keçir, iş şəraitini mənimsəyir, asudə vaxtlarını səmərəli şəkildə dəyərləndirirlər.

Diasporla İş üzrə Dövlət Komitəsi də Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərə əsaslanaraq “Azərbaycan Diaspor Könüllüləri” adlı proqrama başlayıb. Həmçinin, Dövlət Miqrasiya Xidməti gənclərlə təmaslarını artırmaq, könüllü əhatəsini genişləndirərək onları bu sahə ilə daha yaxından tanış etmək, dövlət idarəetməsi üzrə məlumatlandırmaq, bununla şəxsi inkişafları, gələcək karyera imkanları üçün onları Xidmətin fəaliyyətinə cəlb etmək, miqrasiya məktəbi çərçivəsində həyata keçirdiyi tədbirlərin əhatəsinin genişləndirilmək və bütövlükdə könüllülərlə sistemli əməkdaşlıq qurmaq məqsədilə “Miqrasiya könüllüsü”  layihəsini icra edir. Bu layihə çərçivəsində könüllü gənclər DMX sədri Vüsal Hüseynovun dəstəyiylə bir sıra uğurlu proqramlarda iştirak edir. Tanınmış simalarla mütəmadi görüşlərdə iştirak edirlər. Azərbaycanda ən böyük könüllü sıayı isə təbii ki, ASAN Xidmətə məxsusdur. Minlərlə ASAN könüllüsü Azərbaycan gəncliyinin ən aktiv hissələrindəndir.”

Tural İsmayılov qeyd edib ki, Azərbaycanda həyata keçirilən dünya əhəmiyyətli yarışlar və tədbirlərdə də sayısız könüllü gənc iştirak edir.

Könüllülük Hərəkatı:

1)   Azərbaycanda minlərlə gəncin uğur simvoludur.

2)   Gəncliyin aktiv və lokomotiv gücünü ortaya qoyur.

3)   Ölkənin yenilənmə və gəncləşmə siyasətinə böyük dəstək verirlər.

Qeyd edək ki, dekabrın 5-də “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirilib.

Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb. Forum çərçivəsində ölkədə fəaliyyət göstərən bütün könüllü hərəkatlarının və gənclər təşkilatlarının sərgisi də təşkil olunub.



07 Avqust 2020 Hacıqabulda qaz xəttində yanğın
07 Avqust 2020 Azərbaycanda saxta arayışlar satan vəzifəli şəxs tutuldu - FOTO
07 Avqust 2020 “Gəmiyə Kəlbəcər adının verilməsi mühüm hadisədir” – Kəlbəcərli deputat
06 Avqust 2020 Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayır
04 Avqust 2020 Azərbaycanlı deputatlar Belarusda prezident seçkilərini müşahidə edəcəklər
04 Avqust 2020 Ziyarətgaha gedənlər cərimələndi
03 Avqust 2020 Azərbaycanda koronavirusla bağlı son statistika açıqlandı – SON DƏQİQƏ
03 Avqust 2020 Avqustun 5-dən sonra bu mağazalar açıla bilər - AÇIQLAMA
30 İyul 2020 Prezident Təhsil Nazirliyinin səlahiyyətlərini artırdı - FƏRMAN
29 İyul 2020 Allahşükür Paşazadə bayram fətvası verməməsinə aydınlıq gətirib
29 İyul 2020 Jurnalist kitabının çapı üçün kömək istədi - Müraciət
29 İyul 2020 Hərbçimiz bəd­bəxt hadisə nəticəsində vəfat etdi
29 İyul 2020 İlham Əliyev İsmayıllıda - FOTO
28 İyul 2020 Baş Nazir Əli Əsədovdan yeni QƏRAR
28 İyul 2020 Qurban bayramı ilə əlaqədar onlayn satış yarmarkası təşkil olunacaq - SİYAHI
27 İyul 2020 "Dinamik inkişafı təmin etmək üçün dövlət başçımız böyük əzmkarlıq göstərir" – QHT SƏDRİ
26 İyul 2020 Cəbhədə vəziyyət necədir? - RƏSMİ
25 İyul 2020 Bu tarixlərdə ictimai nəqliyyat işməyəcək - RƏSMİ
24 İyul 2020 Milli Məclisin spikeri Rusiya səfiri ilə ermənilərin azərbaycanlılara hücumundan danışdı
24 İyul 2020 Türk dövlətlərinin nümayəndələri Azərbaycan üçün toplanır