Xəzər dənizində partlayışın baş verdiyi yerdən görüntülrə yayılıb. Missiya.Az xəbər verir ki, əraziyə çox sayda yanğınsöndürən və təcili yardım maşınları cəlb olunub. Hadisə nəticəsində iki nəfər yaralanıb, üç nəfər itkin düşüb. Xəsarət alanların xəstəxanaya yerləşdirildiyi bildirilir.
Onlardan birinin vəziyyəti olduqca ağırdır. Onun bədəninin 95%-i yanıb. Digər üç yaralının talehi haqqında məlumat verilmir.