b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dfdggfgfgf.jpg

Futbol üzrə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar daxili işlər orqanlarının şəxsi heyəti mayın 31-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Missiya.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu müddət ərzində Azərbaycana gələn əcnəbi qonaqların, turistlərin və azarkeşlərin təhlükəsizliyinin təmini, futbol azarkeşləri üçün Dənizkənarı Milli Parkda yaradılan Fan-zonada, habelə Sahil bağı və “Qış Parkı”nda təşkil edilən əyləncə məkanlarında asayişin və təhlükəsizliyin təmin edilməsi xidmətə cəlb edilən polis əməkdaşları tərəfindən təmin edilir.

“Hər hansı bir təxribatın və qanunazidd hərəkətlərin qarşısını əvvəlcədən almaq üçün qeyd edilən ərazilərə daxil olan hər bir şəxs polis postlarında ciddi yoxlamadan keçirilir. Həmçinin, Fan-zonaya dəniz istiqamətindən kənar müdaxilənin qarşısını almaq məqsədilə polis-patrul kateri sutkalıq xidmətə cəlb edilib”, - deyə nazirliyin yaydığı məlumatda vurğulanır.

Qeyd olunur ki, final oyununa qədər “Çelsi” və “Arsenal” komandalarının təlim-məşq bazalarına təhlükəsiz şəraitdə hərəkət etmələri, habelə şəhərdə nəqliyyatın düzgün nizamlanması üçün əlavə yol-patrul naryadları xidmətə cəlb ediliblər. Bununla yanaşı, gələn qonaqların Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisində qarşılanması, onların təhlükəsiz şəraitdə qaldıqları ünvanlara çatdırılmaları üçün polis postları yaradılıb.

Respublika ərazisində strateji əhəmiyyətli obyektlərdə, o cümlədən, xarici diplomatik nümayəndəliklərin yerləşdiyi ərazilər, qonaqların yaşadıqları məkanların mühafizəsi gücləndirilib.

Yerli azərkeşlərin stadiona daşınması üçün metronun “Qara Qarayev” və “28 May” metrostansiyalarının qarşısında yaradılan avtodayanacaqlarda təhlükəsizliyin təmin edilməsi məqsədilə həmin yerlərdə polis əməkdaşları xidmətə cəlb edilib.  

10 Avqust 2019 Sabah yağış yağacaq, güclü külək əsəcək
09 Avqust 2019 Ali məktəblərdə 5785 plan yeri boş qalıb
09 Avqust 2019 Şəki Xan Sarayına giriş bərpa olunub
31 İyul 2019 Qəzaya uğramış MİQ-29 təyyarəsi haqda YENİ XƏBƏR
29 İyul 2019 Xəzərə düşən MİQ-29 barədə YENİ XƏBƏR
15 İyul 2019 Şəkidə Xan Çinarının budaqlarının qırılmasının ilkin səbəbi məlum olub
14 İyul 2019 Şəki Xan sarayında Xan çinarın budağı qırılıb, 19 nəfər xəsarət alıb - YENİLƏNİB
13 İyul 2019 Su-25 hücum təyyarələrimizdən raket zərbələri - VİDEO
11 İyul 2019 Ukraynalı aparıcının Bakıda oteldə yataq görüntüləri yayıldı - VİDEO
10 İyul 2019 İlham Əliyev: Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir
08 İyul 2019 Prezidentdən daha bir Xalq artistinə mənzil hədiyyəsi
08 İyul 2019 Bu şəxslərin maaşı 50 faiz artır
06 İyul 2019 Prezident: Bu il altı mindən çox köçkün ailəsinə yeni mənzillər veriləcək
26 İyun 2019 LDU-də məzun günü - FOTOLAR
24 İyun 2019 Azərbaycanda əjdaha başlı ilan tapıldı - FOTO
22 İyun 2019 Prezident dövlət qulluqçularını təltif etdi - SİYAHI
21 İyun 2019 Zakir Qarolov onu hərbi prokuror təyin etdi - ƏMR
19 İyun 2019 Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə
13 İyun 2019 Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzinin saytı yaradır
11 İyun 2019 Bakıda yeni metro stansiyası istifadəyə veriləcək