b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_15457241021400233576_1000x669.jpg

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ixracatçı sahibkarlara “2019 İxraca dəstək” layihəsi təqdim edilib.

Missiya.Az xəbər verir ki, təlim çərçivəsində “2019 İxraca dəstək” layihəsi, layihənin yerli istehsalçılara verəcəyi üstünlüklər, 2019-cu il ərzində ixrac gömrük bəyannamələrinin tərtib olunması da daxil olmaqla, istehsalçılara ixrac üzrə gömrük xidmətlərinin əksəriyyətinin ödənişsiz həyata keçirilməsi, ixrac gömrük bəyannamələrinin doldurulması istiqamətində maarifləndirici təlimlər, habelə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə müraciət edən sahibkarların “My Broker” gömrük təmsilçiliyi şirkətinin ödənişsiz əsaslarla xidmətlərindən danışılıb.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə Prezident İlham Əliyevin ölkəmizdə ixracın asanlaşdırılması və şaxələndirilməsi istiqamətində həyata keçirdiyi islahatlardan söz açıb. O qeyd edib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Azərbaycanın ixrac siyasətində son birdə önəmli rol oynayıb: “Statistika baxımdan demək kifayətdir ki, ümumi qeyri-neft ixracının 20 faiz hissəsi mərkəzin dəstəyi ilə həyata keçirilir”.

b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_15457241026040756068_1000x669.jpg

“My Broker” gömrük təmsilçiliyinin direktoru Rəşad Əliyev tədbirin ixracatçılar üçün mühüm əhəmiyyət daşıdığını və onların xarici ticarət fəaliyyətlərini stimullaşdıracağını bildirib: “Son dövrlərdə Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar müsbət nəticələr verməklə ümumilikdə iqtisadiyyatın bütün sahələrində daha əlverişli şərait formalaşdırmaqdadır. Gömrük işinin təşkili istiqamətində görülən işlər isə ölkənin beynəlxalq ticarətdə rolunu artırmaqla yanaşı, qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşması, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf həyata keçirilməsinə şərait yaradır. “My Broker” gömrük təmsilçiliyinin məqsədi isə istehsalçıları ixrac gömrük əməliyyatları ilə bağlı maarifləndirmək, gömrük rəsmiləşdirməsini sürətləndirmək, yerli məhsulların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq istiqamətində xidmət göstərməkdir. “My Broker” gömrük təmsilçiliyi sahibkarlığın inkişafı istiqamətində dövlətin ixrac missiyaları üzrə həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir”.

b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_15457241025997161477_1000x669.jpg


“ASAN Kommunal” və funksional xidmətlərlə iş departamentinin müdiri Vüsal Rüstəmov isə tədbirin önəmi və ixracatçılar üçün həyata keçirilən təlim barədə danışıb.

Tədbirin sonunda maarifləndirici videoçarx nümayiş olunub.

Qeyd edək ki, təqdimat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Gömrük Komitəsinin dəstəyi və “My Broker” gömrük təmsilçiliyinin birgə təşkilatçılığı ilə ixrac gömrük əməliyyatları və layihə üzrə maarifləndirici təlimdə reallaşdırılıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_15457241021400233576_1000x669.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1545724102449485192_1000x669.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_15457241021181154826_1000x669.jpg

 

23 Mart 2019 Aydın Xırdalanlı dünyasını dəyişdi
22 Mart 2019 Həbsdən çıxan Kamil Zeynallı danışdı - FOTO
20 Mart 2019 Yeni prezident Astananı Nursultan adlandırmağı təklif etdi
16 Mart 2019 Daha bir məscidə hücum olub – VİDEO
14 Mart 2019 Bakıda 7 tələbənin zəhərləndiyi dönərxanadan iyrənc görüntülər - VİDEO
13 Mart 2019 16 mart mitinqi ilə bağlı qərar verildi - RƏSMİ
12 Mart 2019 Azərbaycanın 2018-ci ildə aldığı silahlar
09 Mart 2019 Teleaparıcı Elçin Əlibəyli jurnalistikadan getdi
08 Mart 2019 Əhaliyə qaz və elektriklə bağlı ŞAD xəbər
05 Mart 2019 Bakıda bu şəxsiyyətlərə heykəl qoyulacaq
04 Mart 2019 Təcili tibbi yardım əməkdaşları bu videoya görə işdən çıxarıldı - VİDEO
01 Mart 2019 Kəmaləddin Heydərov ona yeni vəzifə verdi
28 Fevral 2019 Gültəkin Hacıbəylinin “Lexus” və "Toyota"sına həbs qoyuldu
27 Fevral 2019 Bakıda qadın özünü maşına çırpdı - VİDEO
27 Fevral 2019 Cəhənnəmi görmüş pilot” filmi ukraynalı tələbələrə nümayiş etdirilib – FOTOLAR
25 Fevral 2019 CBC TV "Turan" İA -nın yaydığı məlumatı təkzib edir: "Yalandır"
21 Fevral 2019 Gömrük Komitəsindən 6 min dollarlıq quzu əti ilə bağlı AÇIQLAMA
16 Fevral 2019 Vüqar Rəhimzadəyə ağır itki
15 Fevral 2019 Pensiya ilə bağlı qanuna dəyişiklik edilir
13 Fevral 2019 Jurnalistə mayor rütbəsi verildi