b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_126900517_118341903290631_8727543358508868334_n.jpg
“Qarşımızda müqəddəs bir vəzifə dayanırdı. Ölmək, yaralanmaq, bunları heç kəs düşünmürdü. Hər şeyə hazır idik...”

Həyatdakı bütün sevgilər fədakarlıqdan başlar. Amma bir sevgi var ki, onun üçün ediləcək fədakarlıq hər kəsə nəsib olmur. O fədakarlıq əsl vətənpərvərlərə məxsusdur.Vətən söz və şüarla sevilmir, vətən lazım olan anda, ən vacib məqamda ortaya qoyduğun hərəkətlə, əməllə sevilir. 

Vətənini ən yaxşı sevən - vəzifəsini bütün sahələrdə tam və doğru yerinə yetirəndir, deyirlər.Vətən sevgisi - ona xüsusi bir dəyər vermək, onun üçün qətiyyətli və cəsarətli bir mövqe sərgiləməkdir. Keçmişinə hörmət və gələcəyinə inamdır Vətən sevgisi... 

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_126886672_826714604820247_1785658062637296705_n.jpg

Həyatdakı bütün sevgilər fədakarlıqdan başlar. Amma bir sevgi var ki, onun üçün ediləcək fədakarlıq hər kəsə nəsib olmur. O fədakarlıq əsl vətənpərvərlərə məxsusdur. Vətən söz və şüarla sevilmir, vətən lazım olan anda, ən vacib məqamda ortaya qoyduğun hərəkətlə, əməllə sevilir. Vətənini ən yaxşı sevən - vəzifəsini bütün sahələrdə tam və doğru yerinə yetirəndir, deyirlər. Vətən sevgisi - ona xüsusi bir dəyər vermək, onun üçün qətiyyətli və cəsarətli mövqe sərgiləməkdir. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_126868538_695304014454464_3999570569083103643_n.jpg

Bu günlərdə ürəyindəki Vətən sevgisi ilə çoxlarına örnək olacaq bir qəhrəmanımızla tanış olduq. Onun da xidmətlərini yazaq ki, ən yeni Azərbaycan tarixinin döyüş salnaməsində qoyduğu iz itməsin. 

Əhmədov Həmid Eldar oğlu. 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Vərməziyar kəndində anadan olub. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi torpaqlarımızın keşiyində duran Həmid Əhmədov Vətən Müharibəsində iştirak etmək üçün okytabr ayının əvvəllərində Naxçıvandan Qarabağa göndərilib. Həmidlə bir neçə gün əvvəl döyüş bölgəsindəki hospitalda görüşdük. Şuşa uğrunda döyüşlərdə yaralanmışdı. Müalicə olunmasına, şiddətli ağrılarının olmasına baxmayaraq döyüşlərdən danışanda gözləri parıldayır, üzündə təbəssüm yaranırdı.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_126818039_408693530172037_6075806885762178559_n.jpg

Hərb sənətini çox sevdiyini, döyüş əməliyyatlarında iştirak etməyin nə qədər qürurverici olması ilə yanaşı, bir o qədər də ağır anlarla yadda qaldığını deyir, Həmid. Danışdıqca, xəyala dalır, gözləri yol çəkir. Hərbi əməliyyatlar başlayandan sona kimi addım-addım irəliləyən Azərbaycan Ordusunun, döyüş dostlarının qəhrəmanlığını yada salır. Hadrut, Zəngilan, Qubadlı rayonları uğrunda gedən amansız döyüşlərdə cəbhəni yara-yara irəliləməsindən söz açır. Yorğun görünüşü ilə elə təəssürat yaradır ki, sanki ruhən hələ də döyüş meydanındadır. Həmin anlara qaytarırıq onu.. Gözü yol çəkə-çəkə sözünə davam edir: “Müharibə elə bir amansız hadisədir ki, orada yaşadıqlarını, gördüklərini bir ömür boyu unuda bilməyəcəyimə əmin oldum. Ən çox təsir edən, döyüş meydanında yaralanmış yoldaşlarımın dedikləri idi. Yaralanan əsgər yoldaşlarımızın bir neçəsini mən döyüş meydanından çıxara bildim. Sağ qalacağına ümidi olmayan yaralı döyüş dostlarım, həmin o anlarda elə arzularını dilə gətiridilər ki... Ailələrindən nə qədər nigaran olsalar da, onları ən çox narahat edən o idi ki, qələbəmizi, torpaqlarımızın işğaldan tam azad olunmasını görə bilməyəcəklər. Mən özüm də bu barədə, müharibədən sonra daha çox düşünürəm. Sevinirəm ki, qələbə arzusu ilə şəhadətə qovuşan dostlarımın arzusu yerinə yetdi. Sevinirəm ki, sağ qalmağa ümidi olmayan, lakin Allahın izni ilə həyatda qalan cəbhə yoldaşlarım ailələrinin yanına qayıdacaqlar”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_126842102_284282606359115_582502757999834237_n.jpg

Həmidin daha çox yaddaşında qalan isə Şuşa uğrunda aparılmış döyüşlərdir. Deyir ki, Şuşa yoluna çıxanda artıq tam əmin idik ki, düşməni əzib keçəcək, alınmaz qala deyilən Şuşamızı azad edəcəyik: “Çox ağır döyüşlər getdi. Döyüş dostlarım əsl qəhrəmanlıq göstərdilər. Düşmən bizimlə üzbəüz gəlməkdən qorxub qaçırdı. Sanki əsgərlərimizin hamısına ilahi bir güc gəlmişdi. Hətta silahlı erməni əsgərinin üstünə əliyalın şığıyan əsgərlərimiz var idi. Qarşımızda müqəddəs bir vəzifə dayanırdı. Ölmək, yaralanmaq, bunları heç kəs düşünmürdü. Hər şeyə hazır idik. Şükürlər olsun ki, hədəfimizə çatdıq və noyabr ayının 7-də Azərbaycan əsgərləri Şuşaya daxil oldu”.

Həmid artıq Naxçıvandadır. Missiyasını yerinə yetirərək doğma yurduna – xidmət etdiyi hərbi hissəyə qayıdıb. Biz isə öz növbəmizdə Həmidə və onun timsalında Vətən üçün canından keçməyə hazır olan qəhrəman oğullarımıza bir daha çox sağ olun deyirik! Sizin Vətən sevdanızın qarşısında baş əyirik, qardaşlar...

Missiya.Az


22 Yanvar 2021 "Erməni lobbisinin gücü ABŞ-ın dövlət maraqları ilə toqquşduğu yerdə bitir" - Bayden kimin tərəfində olacaq?
22 Yanvar 2021 Ermənilər Rusiyanın Ermənistandakı səfirindən narazıdırlar
22 Yanvar 2021 Böyük Britaniya Qarabağdakı qələbə münasibətilə Azərbaycanı təbrik edib
22 Yanvar 2021 Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı - FƏRMAN
22 Yanvar 2021 Ali məktəblərin açılması barədə qərar veriləcək
22 Yanvar 2021 Dünyada “COVID-19”a yoluxanların sayı 98 milyonu ötdü
21 Yanvar 2021 Gürcüstan fevralın 1-dən müntəzəm beynəlxalq uçuşları bərpa edə bilər
21 Yanvar 2021 Millət vəkili İlham Məmmədov şəhid ailələrini ziyarət edib - FOTOLAR
21 Yanvar 2021 “Paşinyan müharibə vaxtı xaricdən göndərilən hərbi köməkdən imitna edib, Türkiyənin agentidir” - Şahnazaryan
21 Yanvar 2021 Azərbaycanın avtomobil yollarında hazırki vəziyyət açıqlanıb
20 Yanvar 2021 “Lavrov Paşinyanı ittiham etdi, İlham Əliyevin fikirlərini təsdiqlədi” – Erməni mediası
20 Yanvar 2021 Türkiyə səfirliyindən 20 Yanvar açıqlaması
20 Yanvar 2021 Mehriban Əliyeva “Instagram”da 20 Yanvarla bağlı paylaşım edib
19 Yanvar 2021 Paşinyanın arvadı döyüşlər vaxtı erməni komandirləri çətin vəziyyətə salıb: "Cinayət işi açılmalıdır"
19 Yanvar 2021 Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
19 Yanvar 2021 "Bakı və Ankara İrəvana daha çox təsir edəcək, bu hakimiyyət getməlidir" - Ohanyan
19 Yanvar 2021 TƏBİB sədri vətəndaşlara müraciət edib: "İnanmayın"
19 Yanvar 2021 Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib
19 Yanvar 2021 Dünyada “COVID-19”a yoluxanların sayı 96 milyonu ötdü
18 Yanvar 2021 Vilayət Eyvazov: “İkinci Qarabağ müharibəsində Daxili Qoşunların 65 nəfər hərbi qulluqçusu şəhid olub”