b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_1591690851_1591687928_2020-03-13-12-21-51gkfpoighxrnhge5bxdvu_file.jpg Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salan bəzi sahibkarlıq subyektləri tərəfindən öz vəzifələrinin icrası zamanı yol verilən qanunsuz hallara qarşı mübarizə istiqamətində prokurorluq orqanları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Bu barədə Missiya.Az-a Baş Prokurorluqdan məlumat verilib.

Məlumatda deyilir: “Həyata keçirilən tədbirlərin davamı kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaş müraciəti əsasında toplanmış materiallarla “AzGold” MMC-nin faktiki rəhbəri Muxtarov Müşfiq Rəhman oğlunun 2012-2014-cü illər ərzində özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən sui-istifadə etməklə maliyyə vəziyyətinə dair bilə-bilə yalan məlumatlar təqdim etdiyi “AccessBank” QSC-nin “Göyçay” filialı ilə aralarında bağlanmış kredit müqavilələri əsasında ümumilikdə 700 min ABŞ dolları məbləğində qanunsuz kredit vəsaitini götürərək, “AccessBank” QSC-yə külli miqdarda ziyan vurmasına, kredit vəsaiti üzrə həmin dövrün məzənnəsi ilə cəmi 572 min 377 manat məbləğində pul vəsaitini qəsdən ödəməməklə, “AccessBank” QSC-nin normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilmişdir. Araşdırılmalarla həmçinin, Müşfiq Muxtarovun özgə əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin iyul ayında bir neçə vətəndaşı qızıl külçələrinin ölkə ərazisinə gətirilib-satılması biznesinə sərmayə yatırıb qazanc əldə etmək adı ilə aldatmaqla üç şəxsə məxsus cəmi 2 milyon 19 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə şübhələr üçün əsaslar müəyyən edilmişdir. Qeyd edilən qanunsuz hərəkətlərə görə, Müşfiq Muxtarov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmə), 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir. Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsi təmin ediləcəkdir”.

29 Oktyabr 2020 Prezidentdən işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı FƏRMAN
29 Oktyabr 2020 Erməni hərbçiləri arasında atışma olub, ölən və yaralananlar var
29 Oktyabr 2020 Ermənistanla sərhəddə Rusiya zastavasının atəşə tutulması məlumatı yalandır - RƏSMİ
29 Oktyabr 2020 Düşmən Goranboya raket atdı: Ölən var - RƏSMİ
29 Oktyabr 2020 Ermənistanın iki Su-25 təyyarəsi məhv edildi
29 Oktyabr 2020 Düşmənin bu gecə məhv edilən döyüş texnikaları - SİYAHI
28 Oktyabr 2020 Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə göndərildi - DİN
28 Oktyabr 2020 Azərbaycanda xüsusi karantin rejimi bu tarixədək uzadıldı
28 Oktyabr 2020 Yeni ərazilər işğaldan azad edildi - Prezident elan etdi
28 Oktyabr 2020 Bərdədə ölənlərin sayı 20 nəfərə çatdı - Yenilənib
28 Oktyabr 2020 Bərdədə ölənlərin sayı 19-a çatdı
28 Oktyabr 2020 MN: Bərdə şəhəri "Smerç”lə vurulub
28 Oktyabr 2020 Bərdə şəhərinə yenə raket hücumu: Ölənlər var
28 Oktyabr 2020 Rusiya Ermənistandakı səfirliyinin fəaliyyətini iki həftəlik dayandırıb
28 Oktyabr 2020 İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib
28 Oktyabr 2020 Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
28 Oktyabr 2020 Ceyhun Bayramov və Çavuşoğlu Qarabağdakı son vəziyyəti müzakirə etdi
28 Oktyabr 2020 Bu gün ermənilər Tərtərə 30-a yaxın mərmi atıb
28 Oktyabr 2020 Lük Koffi: "Eşitmişəm ki, Azərbaycan dəhlizə nəzarət edir"
27 Oktyabr 2020 Qarabağda separatçıların “müdafiə naziri” belə məhv edildi - ANBAAN VİDEO