b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_1600497188_mahire-2.jpg

Mahirə Əmirhüseynova: "Biz bu yolda usanmadan addımlayırıq, dövlətimiz də cəmiyyətlə birgə problemlərin tam həllinə nail olacaq" 
 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin QHT-hökumət dialoqu çərçivəsində vətəndaş cəmiyyatı institutlarının təmsilçiləri ilə növbəti görüşü olub. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Zoom prpoqramı vasitəsilə keçirilən görüşdə sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT rəhbərləri iştirak ediblər. 

“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova da həmin görüşün iştirakçısı olub. "Rupor" QHT sədrinin görüş barəsində təəssüratlarını öyrənib.

M.Əmirhüseynova öncə önu vurğulayıb ki, son illər ölkənin bütün sahələrində vüsət alan islahatlar ictimaiyyətdə rəğbətlə qarşılanır. Xüsusən demokratik, şəffaf cəmiyyət quruculuğu uğurunda fəaliyyətin lokomotivlərindən hesab olunan QHT-lərin bu islahatların əsas aparıcı qüvvəsinə çevrilməsi təqdirəlayiqdir: 

"Hörmətli Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü dövlətçilik siyasətinin əsasın; xalqın rifahının yaxşılaşdırılması, vətəndaşaların hüquqlarının yüksək səviyyədə qorunması təşkil edir. Hər bir sahədə uğura çatmağın əsas komponenti həmin sahədə çalışan insanlarla ölkə rəhbərliyinin açıq ünsiyyət qurmasına yaradılan şəraitlə düz müntənasibdir. Biz artıq xeyli müddətdir bu tendensiyanı müşahidə edirik. Başda cənab Preziden Ilham Əliyev olmaqla, Birinci-vitse prezident Mehriban xanım Əliyeva daim xalqla təmas qurur, istəklərini məhz vətəndaşların öz dilindən eşidirlər, problemin həlli barədə göstərişlər verirlər. Bu ənənəni digər məmurların davam etdirməsi xalq-dövlət-cəmiyyət birliyinin sıx bağlılığına böyük təkanadır". 

“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri hesab edir ki, bu xüsusda QHT-lərlə açıq dialoq müstəvisində səmimi bir formatda mötəbər görüşlərin təşkili Prezidentin qarşıya qoyduğu ali məqsədə xidmət edir: 

"Bildiyiniz kimi, Prezidentin köməkçisi Hikmət Hacıyevlə QHT təmsilçilərinin görüşləri mütəmadi keçirilir. Bizimlə görüş də çox məhsuldar oldu. QHT rəhbərlərinin hər birinə fikirlərini sərbəst və açıq demək üçün şərait yaradıldı. Görüşün əvvəlində Şura sədri, millət vəkili Azay Quliyevin həmişə olduğu kimi, iştirakçıları tam səmimi olmağa dəvət etməsi böyük effekt verdi. Artıq elə bir dövr gəlib ki, biz çatışmazlıqları görməzdən gələ bilmərik. Nə yaxşıdırsa, o bizimdir, nədə əyər-əskik varsa, hamımız birləşib onun aradan qalxamasına yardımçı olmalıyıq". 

M.Əmirhüseynova onu da bildirib ki, görüşdə rəhbərlik ediyi təşkilatın təkliflərini də səsləndirib. Həm onun, həm də həmkarlarnın təklifləri təfsilatı ilə qeydə alınıb və Hikmət Hacıyevin də dediyi kimi, ali rəhbərliyə çatdırılacaq. Həmin təklifləri ümumuləşdirilmiş şəkildə diqqətə çatdıran QHT sədri görüşdə müvafiq dövlət orqanları tərəfindən elan olunan qrant layihələri ilə bağlı məlumatların ictimaiyyətə daha şəffaf şəkildə çatdırılması, layihələrin qəbulunda, idarə edilməsində SƏLİS sisteminin fəaliyyətinin nümunə kimi seçilməsi, fəaliyyət göstərən sığınacaqları və reablitasiya mərkəzlərinin ərazisinin genişləndirilməsi, daha münbit şərait olan yeni məkanlarla əvəzlənməsi, müvafiq qurumlar tərəfindən davamlı dəstək göstərilməsi, ixtisaslaşmış QHT-lərin kadr potensialının dövlət orqanlarına təqdim olunması, yeniləşən idarəçilik sistemində onların əməyindən istifadə edilməsi, QHT-lərin ofislərlə təminatına dəstək ola bilən   "QHT-evinin" yaradılması prosesinin başlanılması mövzusunda təkliflərin təşkilatçılara təqdim olunduğunu deyib: 

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_cvfgfgfgfgh.JPG

"Görüşdə nəinki biz, digər təşkilatların da təklifləri səsləndirildi, onların hər biri dövlətin rəhbər təmsilçiləri tərəfindən sayğı ilə qarşılandı. Belə görüşlər vətəndaş cəmiyyəti institutunun inkiaşfına xidmət etməklə yanaşı, ölkənin həm xarici, həm də daxili siyasətinin şaxələnməsinə, daha çox effekt verməsinə böyük təkan olacaq. Ümumiyyətlə dilaoq bütün problemlərin açarıdır. Xüsisən QHT-hökumət dialoq həm də vacibdir".

Xatırladaq ki, Prezidentin köməkçisi görüşdə qeyd edib ki, bugünkü görüş QHT-lərin fikirlərini və təkliflərini onunla bölüşmək üçün gözəl imkandır. Hikmət Hacıyev dövlətin QHT-lərdən ictimai problemləri öyrənmək və aidiyyəti qurumlara əsaslandırılmış təkliflər vermək, ixtisaslaşdıqları sahələrdə dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, dövlət orqanları ilə QHT-lər arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, habelə ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı təşəbbüslərlə çıxış etmək, cəmiyyətdə baş verən hadisələrə operativ reaksiya vermək, ictimai və milli maraqlar ətrafında səfərbər olmaq, innovativ ideyalar və yaradıcı təşəbbüslər irəli sürmək, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla fəaliyyətini təkmilləşdirmək və şəffaflığı, yeni ideyaları, təşəbbüskarlığı və operativliyi təmin etmək kimi gözləntilərinin olduğunu bildirib.

M.Əmirhüseynova qeyd edib ki,  Prezidentin köməkçisinin səmimi davranışı nəticəsinə çox ciddi problemlərin həllinə dair maarqlı təkliflərin təqdim olunması prosesi uğurla aparıldı: 

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_fcvcgfbghgf.JPG

"Təkliflərdən başqa, görüşdə çıxış da etdim. Bildirdim ki, QHT-lərin bir vahid süjet xətti olmalıdır, o da dövlətin yanında olmaq, layihələri, fikirləri, əməlləri ilə ölkənin inkişafına dəstək göstərməkdir. Biz bu yolda usanmadan addımlayırıq, dövlətimiz də cəmiyyətlə birgə problemlərin tam həllinə nail olacaq. Onu da xüsusilə vurğuladım ki, Baş Komandanın apardığı siysətin nəticəsi laraq, Dağlıq Qarabağ və ətraf rayonların işğalda qalmasına son qoyulacağına xalqın böyük əminliyi var. Orduda aparılan islahatlar, əsgərlərin döyüş qabiliyyətlərinin artırılması düşməni daxildən sarsıdıb. Görüşdə Qarabağın azadlığı ugurunda şəhid olanların ailələri ilə tez-tez görüşməyin vacibliyini də vurğuladıb, bu istiqamətdə həyata keçirilən layihələrdə digər QHT-lərin də birgə iştirakının məqsədəuyğun olduğunu dedim". 


24 Oktyabr 2020 Düşmənin bir neçə dayaq məntəqəsi dağıdıldı: Ordumuz vacib yüksəklikləri azad etdi - RƏSMİ
23 Oktyabr 2020 Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndi işğaldan azad olunub
23 Oktyabr 2020 Qubadlının 4 kəndi işğaldan azad edilib
23 Oktyabr 2020 Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edildi - VİDEO
23 Oktyabr 2020 MN: Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu atəşə tutmur
23 Oktyabr 2020 Əli Əhmədov Dmitri Medvedyevə məktub ünvanlayıb
23 Oktyabr 2020 Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı
23 Oktyabr 2020 “İti qovan” PUA-lar hansı üstünlüklərə malikdir? - VİDEO
23 Oktyabr 2020 Ermənistan ordusunda növbəti biabırçılıq - VİDEO
23 Oktyabr 2020 Füzuli, Cəbrayıl və Qubadlıda vacib ərazi və yüksəkliklər ələ keçirilib - RƏSMİ
22 Oktyabr 2020 Mehriban Əliyeva: "Xalq öz Prezidentinə inanır və əmindir ki, Prezident nəyi necə, nə vaxt etmək lazım olduğunu bilir"
22 Oktyabr 2020 Ali Baş Komandan: “Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”
22 Oktyabr 2020 Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib
22 Oktyabr 2020 Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib
22 Oktyabr 2020 İsrailin Azərbaycandakı səfiri Gəncədə - FOTO
22 Oktyabr 2020 Bu gün düşmənin 40 əsgəri məhv edilib - ETİRAF
22 Oktyabr 2020 Qarabağda gedən son döyüşlərin analitik xülasəsi - VİDEO
22 Oktyabr 2020 Prezident internetə qoyulan məhdudiyyətdən danışdı
22 Oktyabr 2020 Azərbaycanı müharibəyə məcbur edən amillər: İlham Əliyev dünyanı xəbərdar etmişdi
22 Oktyabr 2020 “Bombalar yağır, geri çəkilməyə icazə ver” - Poqosyanın Paşinyana zəngindən