b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_1600320024_proxy_imgsmail.png

Avtobuslarda gediş haqqını mobil telefonla ödəmək olacaq.

Missiya.Az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzinin texniki operatorluğu ilə Şamaxı şəhərində sərnişindaşımada nağdsız ödənişlərlə bağlı ən son yeniliklərin tətbiq olunduğu pilot layihəyə başlanılıb.

Şamaxı şəhərində fəaliyyət göstərən avtobuslara təmassız texnologiyanı dəstəkləyən, bank kartları və mobil cihazlardan ödəniş etmək imkanı yaradan yeni sistem quraşdırılıb.

Geniş imkanlara malik sistem NFC texnologiyası, QR kodla ödəmə, sosial kateqoriyalar üzrə xüsusi endirim, ödənişlərə real vaxt rejimində nəzarət kimi funksionallıqları özündə birləşdirir. Bu sistemi bütün ictimai nəqliyyat vasitələrinin ödəmə sisteminə inteqrasiya etdirmək mümkündür.

Sistem istənilən bank kartını dəstəkləyir. Vətəndaş bank kartı olmadığı halda bu xidmətdən yararlanmaq üçün istənilən bank kartından istifadə etməklə nəqliyyatdan istifadə edə bilər.

Sözügedən kartı “Azərpoçt” MMC-nin filial və şöbələrindən əldə etmək olar. Kartların şəhərin müxtəlif yerlərində quraşdırılan xüsusi qurğulardan da əldə edilməsi imkanı yaradılacaq. Bu layihə üçün Azərbaycan, rus və ingilis dillərində, Artırılmış Reallıq texnologiyasına əsaslanan xüsusi mobil tətbiq hazırlanıb.

Tətbiqin köməyi ilə Şamaxı şəhərinin turizm obyektləri, tarixi məkanları haqqında məlumat almaq, marşrut xəttini müəyyənləşdirmək olacaq. Bunun üçün mobil tətbiq vasitəsilə açılan kameranı “Prepaid” kartın üzərinə tutmaq kifayətdir.

Qeyd edək ki, ölkə səviyyəsində bu cür layihələrin tətbiqi fiziki təması azaldır, “ağıllı” şəhər layihəsinin inkişafına dəstək verir, həmçinin vətəndaş məmnunluğunu artırır.


30 Sentyabr 2020 Mehriban Əliyeva yaralı hərbçilərlə görüşdə kövrəldi - VİDEO
30 Sentyabr 2020 Azərbaycanın döyüşləri dayandırmasının şərti açıqlandı
30 Sentyabr 2020 İlham Əliyev və Mehriban Əliyeva yaralı hərbçilərə baş çəkdilər
30 Sentyabr 2020 Ermənistanın TƏSLİM olmaqdan başqa yolu qalmayıb – Şərh
30 Sentyabr 2020 "Prezidentimiz heyrətamiz çıxışı ilə Paşinyana növbəti dəfə dərs keçdi" - Ramin Əhmədov
30 Sentyabr 2020 Erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır - RƏSMİ
30 Sentyabr 2020 Azərbaycan Ordusu düşmən mövqelərinə artilleriya zərbələri endirir - VİDEO
30 Sentyabr 2020 İran ərazisindən Ermənistana aparılan silah yüklü maşınlar yandırıldı - VİDEO
30 Sentyabr 2020 Ordumuz cəbhədə ermənilərin başına od yağdırdı - REAL KADRLAR - VİDEO
30 Sentyabr 2020 Ermənilər Goranboyu artilleriya atəşinə tutur - RƏSMİ
30 Sentyabr 2020 Silahlı Qüvvələrə Yardım Fondu “ASAN ödəniş” sistemində
30 Sentyabr 2020 Düşmən qruplaşması mühasirəyə alındı - RƏSMİ
30 Sentyabr 2020 Ermənistana məxsus S-300 vuruldu
29 Sentyabr 2020 İran Ermənistana silah göndərir? - RƏSMİ AÇIQLAMA
29 Sentyabr 2020 “Diaspor Marşı” - Qarabağ uğrunda bir olaq! – YENİ LAYİHƏ
29 Sentyabr 2020 Köçəryan və Ohanyan Qarabağa gəldi - Düşmən təşviş içindədir
29 Sentyabr 2020 XİN: Azərbaycan Ordusu əks-hücumlarda beynəlxalq humanitar hüquqa tam və qətiyyətlə riayət edir
29 Sentyabr 2020 Müdafiə Nazirliyi: "Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub"
29 Sentyabr 2020 Xankəndi təcili boşaldılır - Rusiya mətbuatı məlumat yaydı
29 Sentyabr 2020 Şəhid anasından Ali Baş Komandana müraciət - VİDEO