1596004558_unnamed-80.jpg

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin karantin qaydaları pozularaq nəvəsinə təşkil etdiyi toydan sonra onun ətrafında qalmaqal səngimir.

Məlumdur ki, akademikin Azərbaycan qanunlarını və koronavirusun gündəlik həyat tərzimizə çevirdiyi karantin rejimini heçə sayaraq nəvəsinə təşkil etdiyi dəbdəbəli toy məclisi ölkə ictimaiyyəti, ziyalılar, ictimai xadimlər tərəfindən kəskin pislənmişdi. Əlbəttə ki, sadə vətəndaşlardan tutmuş, millət vəkillərinə və dövlət məmurlarına kimi hər kəs uzun illər vəzifədə olan, qanunları çox yaxşı bilən, ahıl akademikin karantin qaydalarını nümayişkəranə şəkildə pozamasına təəccüblənməyə bilməzdi. R.Mehdiyev eyni zamanda başqalarını da inzibati xəta törətməyə təhrik etmişdi.

Ölkədə böyük rezonansa səbəb olan hadisənin səbəbkarları cəzalandırıldığı günlərdə millət vəkilləri, ictimai xadimlər akademikin qaydaları pozması ilə bağlı fikirlər səsləndirir, həmçinin jurnalistlər müxtəlif tənqidi sujetlər və rəylər hazırlayırdılar.

Ramiz Mehdiyev ilk günlər ona qarşı səsləndirilən ittihamlara səssiz qalsa da, sonradan cavab “atəşi”nə ehtiyac duyası oldu. Sükutu pozan R.Mehdiyev ard-arda təhdid və hədə dolu yazılar yazmağa başladı. Məqalələrində ona qarşı səsləndirilən bütün ittihamları şər-böhtan adlandırdı və onu tənqid edənlərin məhkəmə qarşısında cavab verəcəyini bəyan etdi.

Akademikin əks hücuma keçməsi onun işini daha da çətinləşdirdi. Çünki barəsində tənqidi fikirlər səsləndirənlər daha da qəzəbləndilər və ortaya daha ağır ittihamlar atıldı. Necə deyərlər, pərdə tamamilə yırtıldı və akademikə qarşı dolayı tənqidi fikirlər açıq və birmənalı ittihamlara çevrilmiş oldu.

Məhkəmə hədələrinin effekt vermədiyini görən Ramiz Mehdiyev artıq yeni varianta əl atıb. Akademik bu dəfə şantaj yolunu seçərək onu tənqid edənləri hansısa faktları açmaqla hədələyir.

Ramiz Mehdiyevdən sitat: “Məni əsassız tənqidlər o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir- nankorluğudur… Əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün”.

Düzdür, Elmlər Akademiyası R.Mehdiyevin bu açıqlamasını “nala-mıxa” vurmaqla təkzib etməyə çalışdı. Lakin etiraf etdilər ki, akadamik həqiqətən də jurnalistlə telefonla danışıb. “Əlimdə olan faktları ortaya qoysam…” fikirini isə sadəcə bir neçə nəfərin üzərində fokuslaşdırmağa çalışdılar. Görünür, R.Mehdiyev “aləmi bir-birinə vuracaq” faktlara dair dediklərinin ona baha başa gələcəyinin fərqinə varıb və bu səbəbdən də anlaşılmayan təkziblə yumşaldıcı ton yaratmaq istəyib. Amma bu da nəticəsiz oldu – ictimai rəy təkzibi qəbul etmədi…

R.Mehdiyevin həm son, həm də əvvəlki açıqlamalarını təhlil etdikdə, aydın olur ki, onun “ağır taxtalı siyasətçi” imicindən əsər-əlamət qalmayıb. Görünən odur ki, akademik emosiyaya qapılıb, məsələlərə soyuq başla deyil, isterik tərzdə yanaşır. Deməli, vəziyyət bizim təsəvvür etdiyimizdən də ciddidir. Təxmin edə bilərik ki, halqa getdikcə daralır və bu vəziyyət akademiki ənənəvi tərzini dəyişmək məcburiyyətində qoyur. Onun son açıqlamalarını oxuyanda elə təsəvvür yaranır ki, fikir müəllifi siyasətə yenicə atılmış təcrübəsiz bir gəncdir. İnanmaq olmur ki, danışan “Boz kardinaldır”…

Maraqlıdır, R.Mehdiyevin ətrafında ona, məsələn, “Əlimdəki faktları açıqlasam…” şəkilli fikir səsləndirməsinin əks effekt verəcəyini təxminən edə biləcək adam qalmayıb? Akademikin yanında bir nəfər də olsun ağıllı məsləhətçi yoxdurmu ki, onu qaynar ritotikadan çəkindirə bilsin? Axı uşağa da aydındır ki, R.Mehdiyev barədə ittihamlar səsləndirənlər hələ bütün kartlarını açmayıblar. Adi bir ehtiyatsız davranış həmin adamları, Mehdiyevin özünün dediyi kimi, “aləmi bir-birinə vuracaq” faktlar açıqlamağa həvəsləndirə bilər. Akademik hamıdan yaxşı bilməlidir ki, ona qarşı “patronların” hamısından istifadə olunmayıb. Sual olunur, “Əlimdəki faktları ortaya qoysam, aləm bir-birə dəyər” deyən R.Mehdiyev, özünə qarşı daha ciddi faktların açıqlana biləcəyindən heçmi ehtiyat etmir? Yaxud o, ittihamların daha da ağırlaşa biləcəyi ehtimalını nəzərə alırmı? Şəxsinə qarşı açılmış cəbhədən daha betər zərbələr endirilə biləcəyini hesablayırmı? Tamamilə mümkündür ki, sabah meydana başqa fiqurlar da çıxsın. Bu gün bir neçə deputatın ittihamları qarşısında başını itimiş kimi görünən R.Mehdiyev sabah daha çəkili adamların gözlənilməz gedişindən qorxmurmu?..

Gözləyək. Yəqin ki, akademikin son məlum həmləsi reaksiyasız qalmayacaq.

Kim bilir, bəlkə elə bir adam ortaya çıxıb, elə bir fakt açıqlayacaq ki, Ramiz müəllimin özü Respublikdan baş götürüb getmək çarəsizliyi ilə üzləşəcək…

Missiya.Az


29 Oktyabr 2020 Düşmən Goranboya raket atdı: Ölən var - RƏSMİ
29 Oktyabr 2020 Azərbaycanda yoluxanların sayı 1000-i keçdi
29 Oktyabr 2020 Ermənistan Göygölü atəşə tutdu: Meşədə yanğın başladı
29 Oktyabr 2020 Hikmət Hacıyev: "Ermənistanın hərbi-siyasi rəhbərliyi quzğunlaşıb"
29 Oktyabr 2020 Ermənistanın iki Su-25 təyyarəsi məhv edildi
29 Oktyabr 2020 Düşmənin bu gecə məhv edilən döyüş texnikaları - SİYAHI
28 Oktyabr 2020 Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə göndərildi - DİN
28 Oktyabr 2020 Azərbaycanda xüsusi karantin rejimi bu tarixədək uzadıldı
28 Oktyabr 2020 Yeni ərazilər işğaldan azad edildi - Prezident elan etdi
28 Oktyabr 2020 Bərdədə ölənlərin sayı 20 nəfərə çatdı - Yenilənib
28 Oktyabr 2020 Bərdədə ölənlərin sayı 19-a çatdı
28 Oktyabr 2020 MN: Bərdə şəhəri "Smerç”lə vurulub
28 Oktyabr 2020 Bərdə şəhərinə yenə raket hücumu: Ölənlər var
28 Oktyabr 2020 Rusiya Ermənistandakı səfirliyinin fəaliyyətini iki həftəlik dayandırıb
28 Oktyabr 2020 İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib
28 Oktyabr 2020 Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
28 Oktyabr 2020 Ceyhun Bayramov və Çavuşoğlu Qarabağdakı son vəziyyəti müzakirə etdi
28 Oktyabr 2020 Bu gün ermənilər Tərtərə 30-a yaxın mərmi atıb
28 Oktyabr 2020 Lük Koffi: "Eşitmişəm ki, Azərbaycan dəhlizə nəzarət edir"
27 Oktyabr 2020 Qarabağda separatçıların “müdafiə naziri” belə məhv edildi - ANBAAN VİDEO