b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_dgfhfhfh.jpg

“Instagram” sosial şəbəkəsində profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Missiya.Az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin səhifənin sahibi, Cəlilabad rayon Hacıismayıllı kənd sakini Şahin Şahmarlı saxlanılıb.

Həmin şəxs ifadəsində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizalar nəticəsində Şahin Şahmarlının mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.

Cəlilabad Rayon Məhkəməsinin qərarına əsasən, Şahin Şahmarlı İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 gün müddətinə inzibati həbs cəzası tətbiq edilib.


25 Sentyabr 2020 Bakıda polis polkovniki qətlə yetirildi
24 Sentyabr 2020 İsmayıllıda avtomobil dərəyə aşdı: Bir nəfər öldü
17 Sentyabr 2020 Bakıda tanışını öldürən şəxs tutuldu
16 Sentyabr 2020 Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var
15 Sentyabr 2020 Bakıda fəhlə 11-ci mərtəbədən yıxılaraq öldü
14 Sentyabr 2020 Bakıda kişi özünü 12-ci mərtəbədən atdı
14 Sentyabr 2020 Azərbaycanda dəhşət: Gəlin qayınatasını bıçaqladı
11 Sentyabr 2020 Sumqayıtda 32 yaşlı kişini öldürən tutuldu
11 Sentyabr 2020 Azərbaycanda qardaş bacısını öldürdü
10 Sentyabr 2020 Bakı sakini bir yaşlı bacısı oğlunu avtomobillə vuraraq öldürüb
10 Sentyabr 2020 Azərbaycanda külli miqdarda pul mənimsəyən şirkət rəhbəri həbs edildi
10 Sentyabr 2020 Abşeronda baş verən dəhşətli qəzanın görüntüləri +18 VİDEO
10 Sentyabr 2020 17 yaşlı yeniyetmə dostu tərəfindən bıçaqlandı
07 Sentyabr 2020 Bakıda 50 yaşlı qadın pəncərəni silərkən yıxılıb öldü
07 Sentyabr 2020 Azərbaycanda polis onu söyən qonşusunu güllələdi
07 Sentyabr 2020 “Semaşko”da 38 yaşlı xarici vətəndaş koronavirusdan öldü
07 Sentyabr 2020 Nazirlik əməkdaşı bu statusu yazıb intihar etdi
04 Sentyabr 2020 Bakıda ahıl kişi avtobusda öldü
04 Sentyabr 2020 Aşan krana görə Azadlıq prospektinə giriş bağlandı - Foto
03 Sentyabr 2020 Salyan sakinini Bakıda avtomobil vuraraq öldürdü