b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_etettt.jpg

Bu il fevralın 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş” 13 avqust 2020-ci il tarixdə qüvvəyə minib.

Missiya.az xəbər verir ki, sazişə əsasən, qarşılıqlı olaraq Azərbaycan və Türkiyə vətəndaşları bir-birinin ərazisinə daxil olmaq, tranzit keçmək, ölkədən getmək və müvəqqəti qalmaq üçün 90 (doxsan) gün müddətinə viza tələbindən azad edilirlər.

Müvafiq ölkə ərazisində 90 gündən artıq müddətə qalmaq istəyən şəxslər müvəqqəti yaşama icazəsi almaq üçün əvvəlcədən müraciət etməlidirlər. Hər iki ölkə vətəndaşlarına məxsus pasportlar müvafiq ölkə ərazisinə giriş tarixindən etibarən azı 6 ay etibarlılıq müddətinə malik olmalıdır. Hər iki ölkə vətəndaşları milli qanunvericilikdən irəli gələn qayda və prosedurlara riayət etməlidirlər. Azərbaycanda 15 gündən artıq müvəqqəti olan Türkiyə vətəndaşları olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmçinin vizadan azad etmə işləmək və ya hər hansı peşə fəaliyyəti ilə məşğul olmaq hüququ vermir. Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən Türkiyə vətəndaşlarına mövcud qaydalara uyğun olaraq işəgötürənlər tərəfindən iş icazəsi alınmalıdır (iş icazəsinin alınması tələb olunmayan hallar istisna olmaqla).

Sazişin 13 avqustdan etibarən qüvvəyə minməsi ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətləri aradan qaldırmır.



qafqazinfo


01 Oktyabr 2020 Misir mətbuatı Qarabağ müharibəsinin səbələrindən yazdı
01 Oktyabr 2020 Müdafiə Nazirliyi cəbhə xəbərləri üçün yeni kanal açdı
01 Oktyabr 2020 Ermənilər Tərtəri artilleriya atəşinə tutur - RƏSMİ
01 Oktyabr 2020 Ordumuz tərəfindən məhv edilən düşmən texnikalarının görüntüləri - VİDEO
30 Sentyabr 2020 İlham Əliyev: “Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir”
30 Sentyabr 2020 Parlamentin payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənib
30 Sentyabr 2020 Düşmən dövlət qurumlarının binalarını atəşə tutdu: Yaralılar var
29 Sentyabr 2020 Müdafiə Nazirliyi: "Erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb"
29 Sentyabr 2020 “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - RƏSMİ
29 Sentyabr 2020 “Düşmənin Ağdərə istiqamətində müqaviməti qırılıb” - VİDEO
28 Sentyabr 2020 Ermənistan ordusu general və iki polkovnikini itirdi
28 Sentyabr 2020 DİN-dən komendant saatı ilə bağlı XƏBƏRDARLIQ - DETALLAR AÇIQLANDI
28 Sentyabr 2020 Hulusi Akardan Ermənistana sərt xəbərdarlıq: "Muzdlu əsgərləri geri çəkin!"
28 Sentyabr 2020 Zod-Kəlbəcər yolu bağlandı - Ermənilər təlaş içində
28 Sentyabr 2020 “Kompromisə hazırıq” - İrəvan “ağ bayraq” qaldırdı
28 Sentyabr 2020 Müdafiə Nazirliyi Ermənistanın itkilərini açıqladı
28 Sentyabr 2020 Daha bir yüksəklik AZAD EDİLDİ - SON DƏQİQƏ - VİDEO
27 Sentyabr 2020 Diaspor Komitəsindən xaricdə yaşayan azərbaycanlılara müraciət
27 Sentyabr 2020 “Düşmən yerinə otuzdurulur” - Hikmət Hacıyev
27 Sentyabr 2020 İlham Əliyev Azərbaycan xalqını təbrik etdi