b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_dfdfgdgfdg.jpg

Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Qarabağ” dayaq blokunun dənizə yola salınma mərasimində iştirak edib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə  tutulur.

Azərbaycanda istehsal olunan qurğu Xəzər dənizində ən böyük dayaq blokudur. Dayaq bloku Qarabağ yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədi ilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. “Azəri-Çıraq-Günəşli” yatağının təcrübəsi göstərir ki, “Qarabağ” neft yatağı daha böyük potensiala malik ola bilər.

Millət vəkili Aydın Mirzəzadə Missiya.Az-a açıqlamasında “Qarabağ” dayaq blokunun əhəmiyyəti barədə danışıb. Aydın Mirzəzadə bildirib ki, dayaq blokunun dənizə salınması neft yataqlarının istismarında Azərbaycanın mövqelərinin daha da möhkəmləndirəcək: “Xəzər neftinin əhəmiyyətli bir hissəsi Azərbaycan akvatoriyasından çıxır. Ölkəmiz Xəzərin Azərbaycan sektorunda çox müasir neftçıxarma sistemi qura bilib. Bu qurğuların böyük bir hissəsi Azərbaycanda istehsal olunub. Əgər Ulu Öndər Heydər Əliyev tərəfindən Dərin Özüllər zavodu tikilməsəydi və prezident İlham Əliyev tərəfindən diqqətdə saxlanılmasaydı, bu dayağın hazırlanması Azərbaycana böyük məbləğə başa gələcəkdi. Bununla Azərbaycan neft itkilərinin qarşısını alır və istehsalı yüksək səviyyədə saxlaya bilir. Əvvəllər xarici şirkətlərin qazandığı pulu indi yerli şirkətlər qazanır. Bu isə yerli şirkətlərin daha çox gəlirlə işləməsinə səbəb olacaq”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_efdfdgdg.jpg

Aydın Mirzəzadə neft-qaz sektorunda qurğuların Azərbaycan daxilində istehsal olunmasının böyük əməliyyətə malik olduğunu qeyd edib: “Qurğuların Azərbaycanda istehsal olunması yeni iş yerləri və büdcəyə yeni gəlirlərin daxil olması deməkdir. Dayaq qurğularının daxildə hazırlanması qeyri-neft sektorunun inkişafına böyük təkan verir. İstehsal olunan komponentlər xaricə satıla bilər. Bu gün Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft sektorunun inkişafı, belə qurğuların quraşdırılması, neft itkilərinin azaldılması dövlətin diqqətindədir”.

Qeyd edək ki, “Qarabağ” dayaq bloku Azərbaycan tərəfindən müasir tələblərə uyğun istehsal olunub və Xəzər dənizində ən böyük platforma hesab edilir. Xüsusilə qeyd etmək lazımdır ki, qurğu Azərbaycanın neft sektoruna 100 milyonlarla dəyəri olan yeni texnoloji imkanlar yaradır.

 
Missiya.Az

 

 



24 Sentyabr 2020 Prezident fəxri adlar verdi - SİYAHI
24 Sentyabr 2020 Azərbaycanda daha 19 şagird koronavirusa yoluxdu - RƏSMİ
24 Sentyabr 2020 Nazirlikdən övladı məktəbə gedən valideynlərə MÜRACİƏT
24 Sentyabr 2020 Prezident yeni SƏRƏNCAM imzaladı
23 Sentyabr 2020 “AzGold”un rəhbəri həbs edildi
23 Sentyabr 2020 Lavrov Paşinyanı sərt tənqid etdi: "Rusiya 5 rayonun qaytarılmasının tərəfdarıdır”
23 Sentyabr 2020 Baş nazir Əli Əsədov QƏRAR İMZALADI
23 Sentyabr 2020 Eldar Həsənovun şəriki də həbs edildi
22 Sentyabr 2020 Prezident xanımı ilə yeni təcili yardım maşınlarına baxış keçirdi
21 Sentyabr 2020 Azərbaycan Ordusunun şəhid olan hərbçisi dəfn edilib
21 Sentyabr 2020 Bakı-Naxçıvan-Bakı reyslərinin sayı artırılır
21 Sentyabr 2020 Tovuz şəhidi ilə vidalaşır - VİDEO
21 Sentyabr 2020 Şəhid olan çavuşu Tovuz rayonundandır, 2 övladı var - FOTO
21 Sentyabr 2020 Azərbaycan Ordusunun çavuşu şəhid oldu
21 Sentyabr 2020 Rəsmi Bakı Ermənistana cavab verdi
21 Sentyabr 2020 İlham Əliyevin Qarabağa dair sensasion mesajları - Müharibə ANONSU
19 Sentyabr 2020 Bill Qeytsdən koronavirusla bağlı daha bir AÇIQLAMA
18 Sentyabr 2020 Tofiq Yaqublu ev dustaqlığına buraxıldı
18 Sentyabr 2020 Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb
16 Sentyabr 2020 Ölkəmdəki siyasi vəziyyətin TƏHLİLİ - Ceyhun Musaoğlu