b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_dfdfdfdgfggfg.JPG

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində ölkə ərazisinə qeyri-leqal yollarla gətirilən külli miqdarda narkotik vasitə və psixotrop maddənin realizə olunmasının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətindən Missiya.Az-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Emin Əhədov saxlanılıb.

Üzərində şəxsi axtarış aparılan zaman ondan 2 qrama yaxın psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən Emin Əhədovun Yasamal rayonunda yaşadığı evdən 21 kiloqram 508 qram narkotik vasitə heroin və 8 kiloqram 989 qram psixotrop maddə metamfetamin aşkar edilib. Bu əməliyyat nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən 30 kiloqramdan artıq yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Araşdırma zamanı müəyyən edilib ki, Emin Əhədov şəxsiyyəti istintaqa məlum olmayan “Məhəmməd” adlı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitənin Azərbaycana gətirilməsini təşkil edib. Həmin şəxslə “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə əlaqə saxlayan Emin Əhədov narkotik vasitələri Füzuli rayonu ərazisində əldə edəndən sonra yaşadığı evdə saxlayıb.

Daha sonra o, narkotik vasitələri Respublikanın müxtəlif yerlərində gizlədib həmin ünvanların şəklini çəkərək İran vətəndaşına göndərməli imiş. Sonuncu isə həmin məlumatları şəxsiyyətləri istintaqla araşdırılan ölkə ərazisindəki narkokuryerlərə ötürməli imiş. Qeyd edək ki, Emin Əhədov bir neçə dəfə bu yolla həmin şəxsin vasitəsi ilə narkotik vasitələrin Azərbaycana gətirilməsində iştirak edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Emin Əhədov tutularaq istintaqa təqdim olunub. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.




29 Sentyabr 2020 XİN: Azərbaycan Ordusu əks-hücumlarda beynəlxalq humanitar hüquqa tam və qətiyyətlə riayət edir
29 Sentyabr 2020 Müdafiə Nazirliyi: "Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub"
29 Sentyabr 2020 Xankəndi təcili boşaldılır - Rusiya mətbuatı məlumat yaydı
29 Sentyabr 2020 Şəhid anasından Ali Baş Komandana müraciət - VİDEO
29 Sentyabr 2020 Müdafiə Nazirliyi: “Ermənistan ordusunun polkovniki məhv edilib”
29 Sentyabr 2020 MN: “Ermənistan ordusunun alayı darmadağın edilib”
29 Sentyabr 2020 Hikmət Hacıyev: "Paşinyan İlham Əliyevə danışıqlar prosesi ilə bağlı istəklərini çatdırdı"
29 Sentyabr 2020 Erməni özünü ifşa etdi: Suriyadan gətirilən terrorçunun videosunu yaydı - FOTO
29 Sentyabr 2020 Füzulinin azad olunması uğrunda hücum başlayıb
28 Sentyabr 2020 Xankəndidə həyəcan siqnalı verilir - VİDEO
28 Sentyabr 2020 Ərdoğandan Qarabağla bağlı sərt çıxış: "Soruşurlar ki, türk əsgəri buradadırmı?" - VİDEO
28 Sentyabr 2020 Qismən səfərbərliyə kimlərin cəlb olunacağı açıqlandı
28 Sentyabr 2020 Vilayət Eyvazov komendant təyin olundu - Prezidentdən sərəncam
28 Sentyabr 2020 Prezidentin köməkçisi “Al Jazeera” telekanalına cəbhədəki vəziyyətlə bağlı müsahibə verdi - VİDEO
27 Sentyabr 2020 Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edildi - VİDEO
27 Sentyabr 2020 Paşinyan Qarabağdakı ermənilərə müraciət etdi: Ermənistana Qaçın!
27 Sentyabr 2020 Milli Məclis hərbi vəziyyət elan edilməsi ilə bağlı sənədi qəbul etdi
27 Sentyabr 2020 Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib
27 Sentyabr 2020 “Biz zəfər çalacağıq!” - Ali Baş Komandan
27 Sentyabr 2020 Azərbaycan Ordusu bu istiqamətlərdə irəliləyir - RƏSMİ AÇIQLAMA