gffgfdfdfggfg.jpg

“Hər kəsə məlumdur ki, dünyada yayılan “COVİD-19” pandemiyası ölkələrin iqtisadi sistemlərini iflic edib, gəlirlərini azaldıb, xərclərini isə dəfələrlə artırıb. Bu mənfi iqtisadi tendensiya Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. İş yerləri müvəqqəti bağlanıb, turizm sektoru iflic olub, sərhədlər bağlanıb, ölkələrin ticarət əlaqələri kəsilib,  bütün dünyada  insanların sosial  vəziyyətində ciddi iqtisadi geriləmələr yaranıb. Dövlətlər daxili imkanları hesabına vəziyyətdən çıxmağa çalışır, əhali qarşısında öhtəliklərini yerinə yetirmək üçün ciddi səylə çalışırIar. Azərbaycan da öz növbəsində həm əhalinin sağlamlığını, həm də maddi vəziyyətini ciddi nəzarət altında saxlayır. Prezident İlham Əliyevin ötən gün koronavirusa qarşı mübarizə tədbirləri ilə bağlı keçirdiyi müşavirədən bir daha aydın oldu ki, sərt karantin rejiminin Azərbaycan əhalisinə vurduğu maddi ziyan dövlət tərəfindən tam şəkildə ödənilənəcək  və insanların maddi vəziyyətinin pisləşməsinə imkan verilməyəcək. Prezidentin bu çıxışı xalqımıza verilən böyük dəyərin bariz nümunəsidir”.

Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirəsi barədə danışarkən deyib.

 R.Əhmədov bildirib ki, koronavirusla mübarizə aparan ölkələr sırasında Azərbaycan həm nümunəvi iqtisadi, həm də tibbi planlarına görə digər dövlətlərdən fərqlənir: “Azərbaycanın pandemiya dövründə həyata keçirdiyi mübarizə metodları və iqtisadi tədbirləri beynəlxalq maliyyə qurumları və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir. Ölkə əhalisi də dövlətin gördüyü tədbirlərin pandemiyanın ölkə iqtisadiyyatına vurduğu ziyana adekvat hesab edir. Məsələn, artıq prezident İlham Əliyevin tapşırığı avqust ayında da sərt karantin rejiminin tətbiq olunduğu 13 şəhərdə işsiz insanlara, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən şəxslərə, aztəminatlı ailələrə 190 manat birdəfəlik müavinət veriləcək. Həmçinin pandemiyanın sahibkarlara, özəl sektora vurduğu ziyan da dövlət tərəfindən ödənilir və ölkənin iqtisadi təməllərinin zədələnməsinə imkan verilmir. Məlumdur ki, sosial paketin heç bir kəsinti olmadan həyata keçirilməsi üçün dövlət 3 milyarda yaxın vəsait xərcləyir. Bu öhtəliklər dövlətin üzərində əlavə yükdür. Azərbaycan MDB-də ümumdaxili məhsula nisbətdə pademiyanın zərərlərinin ödənilməsi istiqamətində ən böyük sosial paket həyata keçirən ölkədir. Ümumiyyətlə, elə ölkələr də var ki, Azərbaycandan fərqli olaraq pandemiyanın iqtisadiyyata vurduğu ziyanı kompensasiya edəcək heç bir iqtisadi plan hazırlamayıb. Məsələn, Ermənistanda pandemiya dövründə heç bir sosial paket həyata keçirilməyib. Ona görə də əhali səfalət içində yaşayır, sahibkarlar ölkə rəhblərliyinə qarşı etiraz aksiyaları keçirir. Azərbaycanda isə vəziyyət tam fərqlidir. Ölkə başçısı əhalinin sağlamlığını və sosial durumunu prioritet məsələ elan edib. Prezident dəfələrlə hökuməti toplayıb və koronavirusla mübarizə ilə bağlı ciddi tapşırıqlar verib. Qeyd edib ki, iqtisadiyyatımızdakı geriləmələrə baxmayaraq insanların sağlamlığının və sosial vəziyyətinin qorunması üçün ciddi tədbirlər görülməlidir. Bu tapşırıqların nəticəsidir ki, Azərbaycanda həm koronavirusa yoluxma halları ilə bağlı, həm də əhalinin sosial durumu baxımından müsbət dinamika hökm sürür”.  

Ramin Əhmədov dövlətimizin gəlirlərinin azaldığı, iqtisadiyyatımızın müəyyən qədər gerilədiyi bir zamanda əhalinin sağlamlığının qorumasının, sahibkarların dövlət tərəfindən himayə edilməsinin, vətəndaşların sosial müdafiəsinin təmin olunmasının xalqın yüksək qiymətləndirdiyini deyib: “Görülən tədbirlər dövlətə güvəni, Prezidentə inamı daha da artırır, xalq-iqtidar birliyini sarsılmaz edir. Sosial şəbəkələri izləyən hər bir vətəndaş görürük ki, Prezidentə böyük inam  və etimad var. Onun hər bir sərəncamı diqqətlə izlənilir, səsləndirdiyi fikirlər, tənqidlər, təkliflər xalq tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən tədbirlər nəticəsində pandemiya dövründən əvvəl olduğu kimi, hazırki dövrdə də Azərbaycanda heç bir sosial layihə arxa plana keçirilmir. Prezidentin də çıxışından aydın şəkildə bəlli olur ki, bütün iqtisadi çətinlikləri adlatmaq üçün dövlətin müvafiq planları var, gəlirlərimiz azalsa da, maliyyə resurslarımız yetərincədir. Əminliklə deyə bilərik ki, dövlətin gördüyü tədbirlər və xalqın ölkə başçısına inamı sayəsində koronavirus sınağının yaratdığı sosial və psixoloji çətinliyin də öhtəsindən tez bir zamanda gələcəyik”.

Missiya.Az

 



24 Sentyabr 2020 İlham Əliyev İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO
23 Sentyabr 2020 Türk ekspertdən HƏYƏCAN TƏBİLİ: "Azərbaycan və Türkiyə buna imkan verməməlidir, yoxsa..." - YENİ TƏHDİD
23 Sentyabr 2020 Prezidentin vətəndaşlarla səmimi görüşü - VİDEO
23 Sentyabr 2020 Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir? - RƏSMİ
23 Sentyabr 2020 Millət vəkili: “Məmur övladlarının sürdüyü bahalı "cip"lər də toplanılacaq"
23 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı – RƏSMİ
22 Sentyabr 2020 Ərdoğan Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib
22 Sentyabr 2020 "Məsuliyyətsiz paylaşımlar Ordumuzu təhlükə qarşısında qoya bilər" - Ramin Əhmədov
22 Sentyabr 2020 Mehriban Əliyeva Şağanda uşaq bağçasının açılışında - FOTO
22 Sentyabr 2020 Koronavirusa yoluxanların sayı açıqlandı - RƏSMİ
22 Sentyabr 2020 Paşinyanın yalançı "staxanovçuluğuna" inananlar üçün sözün bitdiyi məqam və uğursuz Günnüt qisasçılığı... - Aydın QULİYEV yazır
22 Sentyabr 2020 Bakının bu hissəsində su olmayacaq
21 Sentyabr 2020 Şəhid atası: "Oğlumun qısasının alınacağı günü gözləyirəm"
21 Sentyabr 2020 Cəbhədən həyəcanlı xəbərlər gəlir: Əsgərimiz yaralandı
19 Sentyabr 2020 SOCAR Qaraçuxur qəsəbəsində neftçilərə yeni mənzillərin orderlərini təqdim etdi - FOTO
19 Sentyabr 2020 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu”
19 Sentyabr 2020 "Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları var" - İlham Əliyev
19 Sentyabr 2020 Prezident köməkçisinin QHT-lərlə görüşünü təşkilat sədri belə dəyərləndirdi
19 Sentyabr 2020 Övlad borcu, yoxsa siyasi oyunbazlıq?
18 Sentyabr 2020 "Sədərək" nəzarətə götürüldü: Mağazaların işıqları söndürüldü