b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_1595842629_091300021673.jpg

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimləri həm cəmiyyətimizdə, həm Ermənistanda, həm də regionda geniş müzakirələrə səbəb olub. Minlərlə şəxsi heyətin və hərbi texnikanın iştirak etdiyi təlimlərə Ermənistanın Tovuz təxribatından sonra start verildi. Bu məqam isə təlimlərinin regional əhəmiyyətini daha da artırdı. Rəsmi Kreml iki ölkənin keçirdiyi təlimlərlə bağlı açıqlama yaydı və qeyd olundu ki, “regionda baş verənlər yaxından izlənilir”. Təlimlərdən qorxuya düşən və Rusiyadan istədiyi dəstəyi ala bilməyən Ermənistan isə qorxduğunu açıq şəkildə bəyan edir. 

Hərbi təlimlər Azərbaycan cəmiyyətində də böyük ruh yüksəkliyi yaradıb. Siyasi şərhçilər və vətəndaşlar iki ölkənin daha sıx hərbi əməkdaşlıq etməsində maraqlıdır. Hətta cəmiyyətin bəzi kəsimləri Türkiyənin Azərbaycanda hərbi baza qurmalı olduğu ilə bağlı fikirlər irəli sürürlər. Onlar fikirlərini Rusiyanın Ermənistanda hərbi bazasının olması və rəsmi Moskvanın Ermənistanla bağlı hərbi məsələlərə birbaşa müdaxilə etməsi ilə əsaslandırlar. Qeyd edirlər ki, Rusiya Ermənistana birbaşa hərbi dəstək göstərdiyi, Gümrüdə hərbi kontingent saxladığı halda, qardaş Türkiyə niyə Azərbaycan ərazisində hərbi qurmasın?

Bəs, Türkiyənin Azərbaycan ərazisində hərbi baza qurması nə qədər realdır?

Ehtiyatda olan polkovnik Şair Ramaldanov məsələ ilə bağlı Missiya.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda hər hansı ölkənin hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı hüquqi baza yoxdur: “Əvvəlcə onu deyim ki, Azərbaycan ordusunun öz ərazilərini işğaldan azad etmək və ölkəmizi xarici təhdidlərdən qorumaq üçün yetərli gücü var. Azərbaycan Silahlı Qüvvələri üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Türkiyənin Azərbaycan ərazisində hərbi baza qurmasına isə qanunlarımız imkan vermir. Bu məsələ hərbi doktiranımızda da öz əksini tapıb. Ona görə də ilk növbədə hərbi bazanın yerləşdirilməsi ilə bağlı qanunlarımızda dəyişikliklər edilməlidir. Bu prosesin növbəti mərhələsində hərbi kontingentin yerləşdirilməsi müzakirə mövzusu ola bilər”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_111111111111111111111111111111111111111111111111111111111111111111.jpg

Şair Ramaldanov qeyd edib ki, Türkiyənin Azərbaycan ərazisində hərbi bazasının olub-olmamasından asılı olmayaraq, iki ölkənin Silahlı Qüvvələri arasında sıx əməkdaşlıq mövcudur: “Mütləq deyil ki, baza olsun. Məsələn, biz görürük ki, bizim Türkiyə ilə hərbi əməkdaşlığımız baza olsa da, olmasa da genişlənir, inkişaf edir. Hazırda keçirilən irimiqyaslı təlimlər iki ölkə arasındakı hərbi əməkdaşlığın tərkib hissəsidir. Bizə Türkiyə ilə hərb əməkdaşlıq etmək üçün heç nə mane olmur. Hərbi əməkdaşlığımız Ulu Öndər Heydər Əliyevin “Bir millət, İki dövlət” prinsipinə uyğun olaraq inkişaf edir. Bu gün Azərbaycanın Türkiyə ilə hərbi-siyasi əməkdaşlığı, Tovuz təxribatı fonunda rəsmi Ankaranın dəstəyi və sərt ifadələr dostluğumuzun hansı səviyyədə olduğu göstərir. Yəni baza olsa da,  olmasa da Türkiyə öz mövqeyini açıq ifadə edir. Həmçinin Azərbaycan Ermənistandan başqa bütün qonşuları ilə sıx əməkdaşlıq edir. Ermənistan da elə bir güclü dövlət deyil ki, biz ondan çəkinək və Azərbaycanda hər hansı dövlətin hərbi bazasının olmasına ehtiyac yaransın. Digər tərəfdən Türkiyə Azərbaycanda o qədər də uzaqda yerləşən dövlət deyil ki, bizim ərazimizdə hərbi baza qurmağa ehtiyac yaransın. Onlar bizə indi də lazımi dəstəyi göstərirlər, Dağlıq Qarabağda müharibə başladığı zaman da bu dəstək davam edəcək”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_photo_12881.jpg

Ehtiyatda olan polkovnik regionda Azərbaycanın xeyirinə dəyişən geosiyasi vəziyyətdən istifadə etməklə ölkə ərazisində gələcəkdə hərbi bazanın yerləşdirilməsi üçün qanunlarımıza düzəlişlər etməyə siyasi şəraitin olduğunu deyib: “Regiondakı geosiyasi vəziyyət Azərbaycanın xeyirinədir. Türkiyə ilə Rusiyanın əlaqələri inkişaf edir. Çox ehitmal ki, Azərbaycan-Türkiyə genişmiqyaslı hərbi təlimlərinə Rusiyanın da razılığı olub. Bugünki geosiyasi vəziyyətdə Türkiyə kimi dövlətin Azərbaycan açıq dəstək nümayiş etdirməsi böyük əhəmiyyətə malikdir. Qeyd edilən məqamlar hərbi bazanın yerləşdirilməsi ilə bağlı qanunlarımıza dəyişiklik etməyimizə münbit şərait yaradır”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_f126f-1595996125.jpg

Şair Ramaldanov hərbi kontingentin yerləşdirilməsi ilə bağlı qanunlarımıza edilə biləcək dəyişikliklərin Dağlıq Qarabağda başladacağımız hərbi əməliyyatlardakı əhəmiyyətli rolundan danışıb. Polkovnik bildirib ki, hüquqi baza işğal altında olan torpaqlarımızın azadlığı uğrunda start veriləcək hərbi əməliyyatlar zamanı ehtiyac olarsa, Türkiyəyə müraciət etməyimizə imkan yaradar: “Türkiyə isə həmin hüquqi baza əsasında Azərbaycana hərbi yardım göstərə və ya ölkə ərazisində baza qura bilər”.

Elvin Məmmədov
Missiya.Az



19 Sentyabr 2020 "Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları var" - İlham Əliyev
19 Sentyabr 2020 Prezident köməkçisinin QHT-lərlə görüşünü təşkilat sədri belə dəyərləndirdi
19 Sentyabr 2020 DTX qalmaqallı "rus siyahısı" barədə açıqlama yaydı - Təxribatdır
19 Sentyabr 2020 Bill Qeytsdən koronavirusla bağlı daha bir AÇIQLAMA
18 Sentyabr 2020 Tofiq Yaqublu ev dustaqlığına buraxıldı
18 Sentyabr 2020 Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb
16 Sentyabr 2020 Ölkəmdəki siyasi vəziyyətin TƏHLİLİ - Ceyhun Musaoğlu
16 Sentyabr 2020 Nizami rayonunda yüksək bal toplamış tələbələr mükafatlandırıldı - FOTOLAR
15 Sentyabr 2020 İlham Əliyev və Həsən Ruhani birgə videokonfrans keçirəcəklər
15 Sentyabr 2020 Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində birgə uçuşlar keçirir - VİDEO
15 Sentyabr 2020 Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 114 yeni yoluxma
15 Sentyabr 2020 İlham Əliyevdən Mayorovla bağlı SƏRƏNCAM
12 Sentyabr 2020 Prezidentin köməkçisi cəbhəboyu zonada olub - FOTO
11 Sentyabr 2020 “İstədilər ki, atama şər atım” – İşgəncə gördüyü iddia olunan azyaşlı qız – VİDEO
11 Sentyabr 2020 Azərbaycanda COVİD peyvəndi ilk olaraq bu şəxslərə vurulacaq - İşçi qrupunun rəhbəri açıqladı
11 Sentyabr 2020 İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
11 Sentyabr 2020 Ramiz Mehdiyevə qarşı bütün kartlar açılıbmı? – Akademikin təhlükəli oyunu - Halqa daralır…
10 Sentyabr 2020 DYP-dən avtobuslardan istifadə edən sərnişinlərə XƏBƏRDARLIQ
10 Sentyabr 2020 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi
10 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı