b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_107759795_1152716848414472_2086179901435307290_n.jpg

2017-ci ilin dekabr ayından  IDEA İctimai Birliyinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsinə start verildi.

Layihənin idea müəllifi və əsas dəstəkçisi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevadır. 2017-ci ilin dekabrında Bakının müxtəlif rayonları Leyla Əliyevanın təşəbbüsünə qoşulub və bu müddət ərazində onlarla baxımsız həyət abadlaşdırılıb.

“Bizim həyət” layihəsinin məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, sağlam həyat tərzinin formalaşdırılması, yaşıllıqların bərpası, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Missiya.Az oxuculara Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə abadlaşdırılan həyətlərin siyahısını açılış tarixləri ilə təqdim edir:

23 dekabr 2017-ci il:

“Bizim həyət” layihəsi çərçivəsində Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi abadlaşdırlıb və sakinlərin istifadəsinə verilib.  Sakinlərin istəyi nəzərə alınaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Məhəllədə idman qurğuları quraşdırılıb.

21 mart 2018-ci il:

 “Bizim həyət” layihəsi çərçivəsində Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində 252 ailənin məskunlaşdığı 4 çoxmərtəbəli binanın həyəti abadlaşdırılıb. Abadlaşdırılan ərazi 1.8 hektardır və həyətdə əhalinin istirahəti üçün rahat şərait yaradılıb. Bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib, futbol meydançası və idman alətlərindən ibarət kiçik meydança, böyük şahmat lövhəsi salınıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_fddffdffd.jpg

14 aprel 2018-ci il:

“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti Qaradağ rayonunun Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsində, 4 mindən çox sakinin yaşadığı məhəllə olub. 2 hektar sahəsi olan həyətdə futbol meydançası və idman alətlərindən ibarət kiçik meydança salınıb.  Həmçinin əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti üçün əlverişli şərait yaradılıb. Ərazidə yaşıllıq bərpa olunub və əlavə olaraq 500-ə yaxın ağac və kol əkilib. Həyətin açılışında Leyla Əliyeva da iştirak edib.

10 may 2018-ci il: 

“Bizim həyət” layihəsi çərçivəsində Nizami rayonu, Məmməd Xəlil Şərifli və Şirin Mirzəyev küçələrinin kəsişməsində yerləşən və 10 minə yaxın sakinin məskunlaşdığı 7 çoxmərtəbəli binanı əhatə edən həyət də Leyla Əliyevanın təşəbbüsü ilə abadlaşdırılıb. Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

6 oktyabr 2018-ci il:

Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət Nəsimi rayonu, 2-ci mikrorayon,  H.Seyidzadə  küçəsində abadlaşdırılıb. 1,3 və 7 saylı binaların əhatə etdiyi məhəllədə, 3 beş mərtəbəli, bütövlükdə 12 bloklu, 180 mənzilli binaların fasadları, dam örtükləri və zirzəmiləri əsaslı təmir edilmiş, hər üç  binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənib. Məhəllədə 300-dən artıq həmişəyaşıl ağaclar əkilib. Sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün 3 söhbətgah və 20 ədəd oturacaq quraşdırılıb. Həyətdə  uşaqların da asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi əyləncə avadanlıqları, oyun elementləri, asfalt üzərində böyük ölçülü şahmat lövhəsi  və idman meydançası quraşdırılıb.

5 noyabr 2018-ci il:

“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət Binəqədi rayonu, Azadlıq prospektində sakinlərin istifadəsinə verilib. Yenilənən həyət, 3 min sakinin məskunlaşdığı 186, 188 və 194 saylı binaları əhatə edir. Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib. Əraziyə 300-ə yaxın ağac və kol əkilib, həmçinin sakinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müşahidə kameraları quraşdırılıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_fdfdfdfdgfgf.JPG

7 noyabr 2018-ci il:

Leyla Əliyevanın təşəbbüsü ilə növbəti abadlaşdırılan həyət Xətai rayonu,  Afiyyəddin Cəlilov küçəsi 11, Fəzail Bayramov küçəsi 5, Firuz Qənbərov küçəsi 6 və Serqey Senyuşkin küçəsi 10 ünvanlarda 600 nəfər sakinin yaşadığı 4 ədəd beş mərtəbəli binaları əhatə edir. Abadlaşdırılan həyətin sahəsi 6500 kv.metrdir. Həyətdə yerləşən binalarda əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Binaların girişləri əsaslı təmir olunub və giriş qapıları müasir standartalara uyğun olaraq yeni kod tipli qapılarla əvəz olunub. Bundan  başqa, abadlaşdırma çərçivəsində binaların girişlərdəki köhnə pəncərələr yeniləri ilə əvəz olunub. Həmçinin həyətdə yerləşən xeyir-şər evi əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib. 

27 noyabr 2018-ci il:

Daha bir həyət Nəsimi rayonu, Alı Mustafayev küçəsi 17-17a ünvanında 1200 nəfərə yaxın sakinin məskunlaşdığı binaların ərazisində abadlaşdırılıb. 15 000 m² sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə 120 m² ərazidə uşaq oyun elementləri, 200 m² - mini futbol, 140 m² - idman-fitnes və 100 m² - şahmat meydançaları salınıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 200 ədəd ağac və kol əkilmiş, 2000 kvadratmetr ərazidə qazon salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb.

20 dekabr 2018-ci il:

“Bizim Həyət” layihəsi çərçivəsində abadlaşdırılan həyətlər sırasına Xətai rayonu, Xudu Məmmədov 4-4a ünvanında 400 nəfərə yaxın sakinin məskunlaşdığı binaların ərazisi də daxildir.   3200 m² sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə uşaq oyun elementləri, idman elementləri, 3 ədəd söhbətgah salınıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ağac və kol əkilmiş, 500 kvadratmetr ərazidə yaşıllıq salınıb.

26 dekabr 2018-ci il:

Layihə çərçivəsində abadlaşdırılan növbəti həyət Nəsimi rayonu, Alı Mustafayev küçəsi 11 ünvanında 860 nəfərə yaxın sakinin yaşadığı binaların ərazisini əhatə edir. Binaların həyəti Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub.

28 dekabr 2018-ci il:

Nərimanov rayonu, Atatürk prospekti 37, 37A, 39 ünvanında 1500 nəfərə yaxın sakinin yaşadığı binaların həyəti də Leyla Əliyevanın təşəbbüsü ilə abadlaşdırılıb. Baxımsız vəziyyətdə olan məhəllə tam şəkildə təmir olunub.

4 yanvar 2019-cu il:

Leyla Əliyevanın təşəbbüsü ilə növbəti abadlaşdırma Qaradağ rayonunun Sahil qəsəbəsi, Ə.Qülbabayev 14, 16, 18 və M.Seyidov 13, 16 N-li binaların qarşısında həyəta keçirilib. 2.5 hektar sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib, futbol və basketbol meydançası və idman alətlərindən ibarət meydança salınıb. Açılış zamanı ağac əkilib.

14 yanvar 2019-cu il:

Binəqədi rayonu, Fərman Məlikov küçəsi 1B, 1Q, 1A, 2A və 2 B ünvanında 2400 nəfərə yaxın sakinin yaşadığı binaların həyəti də yenilənmiş məhəllələrin siyahısına daxildir.

1,0 ha ərazini əhatə edən həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə uşaq oyun elementləri, müxtəlif idman qurğuları, mini futbol və şahmat meydançası, uşaqlar üçün döşəməsi xüsusi örtüklə örtülmüş uşaq əyləncə mərkəzi quraşdırılıb, 8 ədəd söhbətgah və oturacaqlar qoyulmuş, binaların həyətində müasir işıqlandırma dirəkləri quraşdırılıb.

16 yanvar 2019-cu il:

“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət Sabunçu rayonu, Sülh küçəsi 14/1, 14/2 ünvanında 1000 nəfərə yaxın sakinin yaşadığı binaların ərazisində sakinlərin istifadəsinə verilib. Məhəllədə ağaclar əkilib, idman qurğuları quraşdırılıb və oturacaqlar qoyulub.

18 fevral 2019-cu il:

Abadlaşdırılan növbəti həyət Nizami rayonu, Bəhruz Nuriyev küç. 39, 41, 46, 51, 53, 55, 55/57, 57 ünvanlarında 2500 nəfərə yaxın sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarının ərazisində əhalinin istifadəsinə verilib. Həyətdə  əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb. Abadlaşdırılan ərazidə bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə 2 ədəd mini futbol meydançası, 2 ədəd şahmat meydançası, idman qurğuları, uşaqlar üçün döşəməsi xüsusi örtüklə örtülmüş uşaq əyləncə mərkəzi, 14 ədəd söhbətgah və oturacaqlar quraşdırılıb. Əlavə olaraq 100 ədəd ağac əkilib və 800 m2 ərazidə yaşıllıq zolağı salınıb. 

5 mart 2019-cu il:

Xətai rayonunun Zığ yolu, 9 ünvanında 1200 nəfər sakinin yaşadığı binaların  həyəti də Leyla Əliyevanın təşəbbüsü ilə abadlaşdırılan məhəllələrin siyahısına daxildir.

Layihə çərçivəsində abadlaşdırılan növbəti həyətdə mini-futbol, voleybol və basketbol meydançaları, 6 idman qurğusu, uşaqlar üçün döşəməsi xüsusi örtüklə örtülmüş uşaq əyləncə mərkəzi, o cümlədən 19 oturacaq quraşdırılıb. Sakinlərin istəkləri nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Sahəsi 13 min kvadratmetr olan həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ağac əkilib və 5 min kvadratmetrdə yaşıllıq zolağı salınıb.

13 mart 2019-cu il:

Səbail rayonu, Badamdar qəsəbəsi, Cəmil Hasilov küçəsi 109,109a,110,111,113,115,117,119 saylı binaların və Badamdar yolu, 95,97,99,101,105,107 saylı binaların həyətində, ümumilikdə 1000 nəfərdən çox sakinin yaşadığı binaların həyəti də Leyla Əliyevanın təşəbbüsü ilə abadlaşdırılıb.

Abadlaşdırılan həyətlərdə idman qurğuları və meydançaları, uşaqlar üçün oyun meydançaları, söhbətgah və oturacaqlar, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb. Həmçinin məhəllələrdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 1000 kv.m ərazidə yaşıllıq zolağı salınıb.

13 mart 2019-cu il:

Təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində növbəti addım Nəsimi rayonu, R.Məmmədov küçəsi 23, 25 və 27 nömrəli evlərin əhatə etdiyi ümumi sahəsi 4100 kvadratmetr olan ərazidə atılıb. Qeyd edilən ərazilər abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Sakinlərin istəkləri nəzərə alınaraq 4 ədəd yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100-dən artıq müxtəlif növ ağaclar əkilib və ərazidə yaşıllıq zolağı salınıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_fdgfgfgfgghgh.jpg

15 mart 2019-cu il:

Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 12 ünvanında 1200 nəfərə yaxın sakinin yaşadığı binaların ərazisi Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan məhəllələr siyahısına daxildir.

Məhəllədə gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə 1 mini futbol meydançası, 6 idman qurğusu, uşaqlar üçün oyun meydançası və 18 oturacaq quraşdırılıb.

Həyətlərdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 3000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

3 may 2019-cu il:

Yenilənmiş həyətlər sırasına Xətai rayonu, Naximov küç. 30 ünvanında 1500 nəfər sakinin yaşadığı binaların əraziləri də daxildir.  Həyətdə gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə 1 ədəd mini futbol meydançası, şahmat meydançası, 8 ədəd idman qurğusu, uşaqlar üçün oyun meydançası və 15 ədəd oturacaq quraşdırılıb.

Həmçinin binaların fasadları və giriş hissələri də tam təmir olunub, yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac əkilib və 2000 kv.m ərazidə yaşıllıq zolağı salınıb.

12 may 2019-cu il:

Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 37, 39, 41, 47, 49 və Qara Qarayev prospekti 59 ünvanlarında 2000 nəfər sakinin yaşadığı binaların həyətindəki abadlaşdırmadan sonra açılış edilib. Açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva da iştirak edib. Leyla Əliyeva açılış zamanı ağac əkib.  Həyətdə gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə ərazidə 1 mini futbol meydançası, 2 şahmat meydançası, idman qurğuları, uşaqlar üçün oyun meydançası, 10 söhbətgah və oturacaqlar quraşdırılıb.

Ərazidə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ağac əkilib və 2500 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

4 iyun 2019-cu il:

Leyla Əliyevanın təşəbbüsü ilə növbəti həyət Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 107, 109, 111, 113 ünvanlarında 2 min nəfərə yaxın sakinin yaşadığı doqquzmərtəbəli dörd binanın ərazisində abadlaşdırılıb. Məhəllədə 1 mini futbol meydançası, 1 şahmat meydançası, idman qurğuları, 4 söhbətgah və oturacaqlar quraşdırılıb.

Yenilənmiş məhəllədə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ağac əkilib və 3 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

3 iyul 2019-cu il:

Növbəti yenilənmiş həyətin açılışı  Binəqədi rayonu, İsrafil Həşimov küç. 8 ünvanında 2000 nəfər sakinin yaşadığı binaların ərazisində olub. Təmir edilən məhəllədə 1 ədəd mini futbol meydançası, şahmat meydançası, 4 ədəd idman qurğusu, uşaqlar üçün oyun meydançası və 16 ədəd oturacaq quraşdırılıb. Həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac əkilib və 1735kv.m ərazidə yaşıllıq zolağı salınıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_drgdfdfdffdgfgfgfgghhghg.JPG

5 iyul 2019-cu il:

“Bizim Həyət” layihəsi çərçivəsində növbəti yenilənmiş həyətin açılışı Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 20, 22, 24, 26, 28 ünvanında 1200 nəfər sakinin yaşadığı ünvanda olub. Binaların ərazində 1 ədəd mini futbol meydançası, 2 ədəd şahmat meydançası, 3 ədəd söhbətgah, müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş idman qurğuları, uşaqlar üçün oyun meydançası və oturacaqlar quraşdırılıb, ümumilikdə 3 həyəti birləşdirən bir park yaradılıb.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 5000 kv.metr ərazidə yaşıllıq zolağı salınıb.

6 avqust 2019-cu il:

Binəqədi rayonu, Abay Kunanbayev küçəsi 3, 3A, 5/13, 5B, 5V, 5A/15 və Süleyman Sani Axundov küçəsi 15/1 ünvanlarında 2650 nəfər sakinin yaşadığı beşmərtəbəli yeddi binanın ərazisində  abadlaşdırılan həyətin açılışında Leyla Əliyeva da iştirak edib.  Açılış mərasimində ağacəkmə kampaniyası keçirilib. Leyla Əliyeva da ağac əkib. Həyətin ümumi sahəsi 1,4 hektardır. Məhəllədə süni örtüklü mini futbol və basketbol meydançaları, müxtəlif idman qurğuları və uşaqlar üçün 3 oyun meydançası salınıb.

15 avqust 2019-cu il:

Leyla Əliyevanın təşəbbüsü ilə yenilənmiş həyətlər sırasına Binəqədi rayonu, Naxçıvani küçəsi 24, 24“a”, 26, 26 “a” ünvanlarında 2300 nəfər sakinin yaşadığı 4 ədəd 9 və 1 ədəd 10 mərtəbəli binaların yerləşdiyi ərazi də daxildir. Ərazidə 1 ədəd mini futbol meydançası, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançası və 8 ədəd söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb, yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 2500 kv.m ərazidə yaşıllıq zolağı salınıb.

21 sentyabr 2019-cu il:

Yenilənmiş həyətlər sırasına Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, 2-ci massiv ünvanında 1400 nəfər sakinin yaşadığı iki 10 bloklu binanın ərazisi də daxildir.  Məhəllədə süni örtüklü mini futbol meydançası, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançası salınıb, 100 metr uzunluğunda velosiped yolu çəkilib. Eyni zamanda, ərazidə 4 söhbətgah inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Həmçinin həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar və plastik pəncərələr quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac və kollar əkilib və 160 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.  Bundan başqa, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.

3 oktyabr 2019-cu il:

Sabunçu rayonu, Bakixanov qəsəbəsi, 4090/94-cü məhəllə ünvanında 1500 nəfər sakinin yaşadığı dörd ədəd binanın həyəti də Leyla Əliyevanın təşəbbüsü ilə təmir olunub.  Təmirə qədər baxımsız vəziyyətə olan məhəllədə süni örtüklü mini futbol meydançası, şahmat meydançası quraşdırılıb, müxtəlif idman qurğuları, uşaq meydançası salınıb, velosiped yolu çəkilib.

Eyni zamanda, ərazidə 5 ədəd söhbətgah inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Həmçinin həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar və plastik pəncərələr quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac və kollar əkilib və 2500 kv.m ərazidə yaşıllıq zolağı salınıb.

10 oktyabr 2019-cu il:

Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 7, 8, 9,10, 10A, 10V, 10B ünvanlarında 4 200 nəfər sakinin yaşadığı çoxmərtəbəli yaşayış binaların həyətində həyata keçirilən yenidənqurma tədbirlərindən sonra Leyla Əliyeva açılış mərasimində iştirak edib. Açılış mərasimində ağacəkmə kampaniyası keçirilib. Ərazidə 12 söhbətgah və ahıllar evi inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb, həyətdəki xeyir-şər evi əsaslı təmir olunub və bütün avadanlıqlarla təmin edilib.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac və kollar əkilib və 2 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_fdfdfggfhgf.jpg

8 noyabr 2019-cu il: 

“Bizim Həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti məhəllə Rüstəm Rüstəmov küçəsi 35, 37, 39 və Qara Qarayev prospekti 63 ünvanlarında 950 nəfər sakinin yaşadığı dörd binanın ərazisi olub. Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən təmir işləri çərçivəsində ərazidə süni örtüklü mini futbol meydançası, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançası salınıb. Eyni zamanda, ərazidə 8 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac və kollar əkilib və 3000 kv.m ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinləri təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.

12 noyabr 2019-cu il:

Leyla Əliyevanın iştirakı ilə açılışı həyəta keçirilən növbəti abadlaşdırılmış məhəllə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 ünvanlarında 2000 nəfər sakinin yaşadığı binaların ərazindədir.

Ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 3 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb, əraziyə suvarma hidrantı quraşdırılıb. Sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə həyət müşahidə kameraları ilə təchiz edilib. Həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. 

30 noyabr 2019-cu il:

Növbəti abadlaşdırılan məhəllə Nəsimi rayonunda Asif Məhərrəmov  küçəsi 34, 38, 42  və 46 saylı binaların həyəti olub. Bu ünvanlardakı binaların fasadları, dam örtükləri əsaslı təmir edilmiş, blok girişləri, blok qapıları və pəncərələri yenilənmiş, girişlərin pilləkənləri və divarları əsaslı təmir olunmuş, avtomobillərin saxlanması üçün yerlər təşkil edilib.  

“Məhəllələrdə yaşıllaşdırma işləri aparılmış, qazonlar və həyətlərə həmişəyaşıl ağaclar əkilmişdir.Binaların həyətlərində asfaltlaşma və  təmizlik işləri aparılmış,tamet döşənmiş,  bardyurlar qoyulmuş mövcud ağaclar budanmış, səliqə-səhman yaradılıb.

16 dekabr 2019-cu il:

Leyal Əliyevanın iştirakı ilə növbəti abadaşdırılmış məhəllənin açılışı Nizami rayonu ərazisində baş tutub. Məmmədəli Şərifli küçəsi 84, 86, 88, 90, 92 ünvanlarında 1300 nəfər sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarının həyəti yenidən qurulub. Açılış mərasimində Leyla Əliyevanın iştirakı ilə ağacəkmə kampaniyası keçirilib. Ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 14 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb, həyətdəki xeyir-şər evi əsaslı təmir olunub və bütün avadanlıqlarla təmin edilib.

Həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar və plastik pəncərələr quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac və kollar əkilib, 9 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları və yanğın hidrantları quraşdırılıb.

24 dekabr 2019-cu il:

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Binəqədi rayonu, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsi 201, 203, 203B, İsrafil Həşimov küçəsi 4A ünvanlarında 2200 nəfər sakinin yaşadığı çoxmərtəbəli yaşayış binaların təmirdən sonra açılışında iştirak edib. Açılış zamanı ağacəkmə kampaniyası həyata keçirilib. Məhəllə təmirdən əvvəl baxımsız vəziyyətdə olub.

28 yanvar 2020-ci il:

Leyla Əliyevanın təşəbbüsü ilə növbəti yenilənmiş həyət Yasamal rayonu ərazisində istifadəyə verilib. Parlament prospekti 2B, 4 və 6A ünvanlarında 600 sakinin yaşadığı üç yaşayış binasını əhatə edən ərazidə  müxtəlif idman qurğuları, şahmat meydançası, velosiped yolu, uşaq meydançası salınıb. Eyni zamanda, ərazidə 2 söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar, yeni liftlər quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 30 ədəd ağac və kollar əkilib, 500 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.

31 yanvar 2020-ci il:

Leyla Əliyevanın təşəbbüsü ilə Səbail rayonunda yenilənmiş həyətin açılışı olub. Açılış mərasimində Leyla Əliyava da iştirak edib. Təmin olunan məhəllə Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi 4A və Əziz Nəzərov küçəsi 3, 3A, 5 və 9 ünvanlarında 850 nəfər sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarının ərazisindədir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_fdsfdgfdgd.jpg

Həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 130 ədəd ağac və müxtəlif növ gül kollar əkilib və 600 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları və yanğın hidrantları quraşdırılıb.

11 fevral 2020-ci il:

“Bizim Həyət” layihəsi çərçivəsində Pirallahı rayonunda da məhəllə abadlaşdırılıb. Abadlaşdırılan məhəllə S.Bağırov küç. 1, 2a, 8 və 16 ünvanlarında 400 nəfər sakinin yaşadığı 4 binanı əhatə edir. Ərazidə müxtəlif idman qurğuları, futbol və şahmat meydançaları, uşaq meydançası salınıb.

Eyni zamanda, ərazidə 3 söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün konteynerlər quraşdırılıb.

Həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 150 ədəd ağac və kollar əkilib, 3000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

Göründüyü kimi, son 3 il ərazində Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin müxtəlif rayonlarında onlarla həyət abadlaşdırılıb və sakinlərin ixtiyarına verilib. Bundan başqa, onlara həyətin abadlaşdırılması ilə bağlı işlər davam etdirilir. Görülən işlərin əsas məqsədi əhalinin rahatlığını, gənc nəslin sağlam yetişməsinə tövhə verməkdir. Əminliklə deyə bilərik ki, Leyla Əliyevanın həyata keçirdiyi “Bizim Həyət” layihəsi əhalinin ürəyincədir. Hər bir Azərbaycan vətəndaşı belə təşəbbüslərə dəstək olmalı, layihələrin icrasında əlindən gələn bütün köməklikləri etməlidir.

Missiya.Az

 

 

 

 



03 Avqust 2020 190 manat yenidən veriləcək? - Prezidentin köməkçisindən açıqlama
03 Avqust 2020 Bakıdan Türkiyəyə getmək istəyənlərə şad xəbər
03 Avqust 2020 Rayonlara gediş-gəliş yalnız bu halda mümkündür - RƏSMİ
03 Avqust 2020 Çimərliklərdən ancaq bu saatlarda istifadəyə icazə veriləcək – RƏSMİ
03 Avqust 2020 Məhkəmə karantinə görə polisin yazdığı cəriməni ləğv etdi
03 Avqust 2020 Fazil Məmmədovun kürəkəni 3,3 milyona bina alıb - FOTO
03 Avqust 2020 Azərbaycanda koronavirusla bağlı müsbət dinamika - VİDEO
01 Avqust 2020 Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
01 Avqust 2020 Vilayət Eyvazovdan yeni TƏYİNATLAR
01 Avqust 2020 Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi: DİN də cəlb edildi
01 Avqust 2020 “Leş Tofiq” azadlığa çıxdı
31 İyul 2020 Mehriban Əliyeva xalqı təbrik etdi - FOTO
30 İyul 2020 Cəlilabada piknikə gedən şəxslər cərimələnib
29 İyul 2020 DTX terrorçunu həbs etdi - "Muxtar" kimdir və niyə axtarışa verilmişdi?
28 İyul 2020 Türkiyə helikopterləri Naxçıvan səmasında - VİDEO
28 İyul 2020 Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü: 412 yeni yoluxma
28 İyul 2020 Türkiyədən mühüm Qarabağ mesajı: "Putinlə telefon danışığı çox gözəl..."
28 İyul 2020 Əli Kərimli Azərbaycana qarşı ikinci cəbhə açır – erməniyə dayı deyənləri xalq bağışlamadı
27 İyul 2020 Karantinə rəğmən kafe işlədən sahibkar həbs edildi
25 İyul 2020 Koronavirusdan sağalan Bəhram Bağırzadə məşq görüntülərini paylaşdı - VİDEO