b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_azacsfsdfdgdfg.JPG

İyunun 21-dən bəri Azərbaycanda sərt karantin rejimi tətbiq edildiyi üçün yeni növ koronavirusa yoluxma sayında stabilləşmə müşahidə olunur. Görülən tədbirlər nəticəsində sayda sürətli artım olmasa da, hər gün 500 nəfərin üzərində yoluxma qeydə alınır. 

Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün koronavirusla bağlı yaydığı son statisikaya nəzər salaq:

Yoluxanların ümumi sayı -  20324 nəfər

Sağalanların ümumi sayı - 11742 nəfər

Ölənlərin ümumi sayı  - 250 nəfər

Aktiv xəstələrin ümumi sayı - 8332 nəfər

Tibb elmləri doktoru, professor Adil Qeybulla Missiya.Az-a açıqlamasında bildirib ki, yoluxma sayında aprel-may aylarına nisbətdə mənfi dinamikanın müşahidə olunması səhiyyə sistemimiz üçün ciddi problemlər yarada bilər: “Hələ bir az dərindən araşdırma aparsaq görərik ki, yoluxma sayındakı artımlar  artıq səhiyyə sistemimiz üçün ciddi problemlər yaradıb. Çünki xəstəxanalarda yer yoxdur. Təbbi ki, xəstələrin sayı ağırlaşanda onlar reanimasiyaya yerləşdirilir və süni nəfəs aparatlarına ciddi ehtiyac yaranır. Xəstələrin çoxalması bütün ölkələr üçün problemdir. İtaliya və İspaniyada nələrin baş verdiyinə hamımız şahidlik etdik. Bu ölkələrdə yoluxanların sayı kəskin artdı və xəstəxanalar doldu, xəstələr kolidorlarda yatmalı oldular. Həminin ciddi dərman çatışmazlığı yarandı. İtaliya və İspaniyanın səhiyyə sistemini bizimki ilə müqayisə etmək olmaz. Onlar inkişaf etmiş səhiyyə sisteminə malikdirlər. Bütün ölkələr koronavirusun yaratdığı yükdən əziyyət çəkir. Dünya təcrübəsi göz qabağındadır. Bu proses təkcə Azərbaycanda baş versə, deyərik ki, “bacarmadıq”. Bu ümumi qlobal problemdir”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_dvfgffhhf.jpg

Adil Qeybulla bildirib ki, vətəndaşlarımız qeyri-şərtsiz karantin rejiminə əməl etməlidir: “Koronavirus Azərbaycanda yayılmağa başladığı ilk günlərdən əhalidən karantin qaydalarına əməl olunması ilə bağlı xahiş edilirdi. Bu xahişlər, tələblər nə üçün idi? Vəziyyətin faciəvi məcraya yönəlməməsi üçün… Hələ bu qədər sərt tədbirlərə, edilən xahişlərə baxmayaraq, biz insanlarımızın səsini əyləncə mərkəzlərindən, otellərdən eşidirik. Qaydaları pozaraq toy, yas, nişan edən vətəndaşlarımız da var. Bu insanlar anlamırlar ki, onlar hamımız üçün təhlükə yaradırlar. Məsələn, hər hansı bir yas yerinə müxtəlif regionlardan insanlar gəlir, onlar bir-biri ilə görüşürlər və qapalı məkanda otururlar. Həmin adamlar hər biri yoluxdurucuya çevrilir. Virus da bu formada bütün ölkə ərazisinə yayılır. Biz son dəfə karantin qaydaları yumşaldılanda nəyə şahid olduq? Yumşaldılmalardan sonra karantin qaydaları yaddan çıxdı, insanlar bulvarda, küçələrdə maskasız gəzməyə başladılar və bir-birləri ilə yaxın davranışda oldular. Nə baş verdi? Həmin qaydalardan kənar davranışlar nəticəsində böyük bir yoluxma potensiyalı yaratdı. Belə hallarda bir nəfərin yoluxması bəsdir. Həm adam məhlədəki, binadakı sakinlərlə yaxın təmasda olmaqla koronavirusu geniş əraziyə yaya bilər. Vətəndaşlar başa düşməlidir ki, karantin rejiminin tətbiq edilməsində əsas məqsəd, insanla insan az təmasda olsun və infeksiya yayıla bilməsin”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_koronavirus.jpg

Həkim bildirib ki, biz pandemiya dövründə mənimsədiyimiz adətləri post-pandemiya dövründə də davam etdirməliyik: “Məsələn, payız-qış aylarında yuxarı tənəfüz yollarımızda hər hansı narahatlıq hiss etdiyimiz zaman maska taxmalıyıq. Bunu bir adətə çevirməliyik. Yoxsa indi nələrə şahid oluruq? Koronavirus infeksiyası bütün ölkəyə yayılır, amma küçələrdə vətəndaşların maskanı ağızlarına deyil, çənələrinə taxdıqlarına şahid oluruq. Hərə bir bəhanə ilə maska taxmaqdan imtina edir. Əslində isə bu məsuliyyətsizlikdir”.  

Qeyd edək ki, Azərbaycanda aprel-may aylarında tətbiq olunan sərt karantin rejimi yumşaldıldıqdan sonra yoluxma sayı kəskin artmağa başladı. Nəticədə hökumət yenidən sərt karantin rejiminin tətbiqi ilə bağlı qərar qəbul etmək məcburiyyətində qaldı. Ölkəmizdə iyunun 21-dən iyulun 20-nə qədər sərt karantin tətbiq edilir. Yoluxma sayında müsbət irəliləyişlər qeydə alınmasa, sərt karantin rejiminin uzadılacağı istisna edilmir.   

Elvin Məmmədov
Missiya.Az



 

 



03 Avqust 2020 190 manat yenidən veriləcək? - Prezidentin köməkçisindən açıqlama
03 Avqust 2020 Bakıdan Türkiyəyə getmək istəyənlərə şad xəbər
03 Avqust 2020 Rayonlara gediş-gəliş yalnız bu halda mümkündür - RƏSMİ
03 Avqust 2020 Çimərliklərdən ancaq bu saatlarda istifadəyə icazə veriləcək – RƏSMİ
03 Avqust 2020 Məhkəmə karantinə görə polisin yazdığı cəriməni ləğv etdi
03 Avqust 2020 Fazil Məmmədovun kürəkəni 3,3 milyona bina alıb - FOTO
03 Avqust 2020 Azərbaycanda koronavirusla bağlı müsbət dinamika - VİDEO
01 Avqust 2020 Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
01 Avqust 2020 Vilayət Eyvazovdan yeni TƏYİNATLAR
01 Avqust 2020 Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi: DİN də cəlb edildi
01 Avqust 2020 “Leş Tofiq” azadlığa çıxdı
31 İyul 2020 Mehriban Əliyeva xalqı təbrik etdi - FOTO
30 İyul 2020 Cəlilabada piknikə gedən şəxslər cərimələnib
29 İyul 2020 DTX terrorçunu həbs etdi - "Muxtar" kimdir və niyə axtarışa verilmişdi?
28 İyul 2020 Türkiyə helikopterləri Naxçıvan səmasında - VİDEO
28 İyul 2020 Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü: 412 yeni yoluxma
28 İyul 2020 Türkiyədən mühüm Qarabağ mesajı: "Putinlə telefon danışığı çox gözəl..."
28 İyul 2020 Əli Kərimli Azərbaycana qarşı ikinci cəbhə açır – erməniyə dayı deyənləri xalq bağışlamadı
27 İyul 2020 Karantinə rəğmən kafe işlədən sahibkar həbs edildi
25 İyul 2020 Koronavirusdan sağalan Bəhram Bağırzadə məşq görüntülərini paylaşdı - VİDEO