b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_ssos.jpg

Azərbaycanın bir sıra şəhər və rayonlarında, eləcə də, Bakıda tətbiq olunan sərt karantin rejiminin tələblərini pozan teleaparıcı Mələk Heydərova işdən çıxarılıb. 

Missiya.az xəbər verir ki, Baku TV rəhbərliyi karantin qaydalarına əməl etməyən, qeyri-peşəkarlıq sərgiləyərək, ictimai fikirdə mənfi imic formalaşdıran aparıcı ilə yollarını ayırmaq qərarına gəlib və Mələk Heydərova ilə əmək müqaviləsinə xitam verib.

Bundan əvvəl isə Mələk Heydərova ictimaiyyətdən, Baku TV izləyicilərindən, kanal rəhbərliyindən, oxuculardan sərgilədiyi davranışa görə üzr istəyib.

İctimaiyyətdə pandemiya dönəmində hazırladığı materiallarla diqqət çəkən Baku TV-nin siması olan aparıcının heç bir etik kodeks gözləmədən, xüsusi sərt karantin rejiminin tətbiq olunduğu bir gündə qaydalara tabe olmayaraq, hoteldə dincəlməsi izləyicilərdə qıcıq yaradıb.

Xatırladaq ki, Mələk Heydərova əmək məzuniyyətində olub və o, “Fairmont Bakı” hotelində istirahət edərkən çəkdiyi fotoları paylaşıb. Daxili  İşlər Nazirliyi qısa zamanda hoteldə reyd keçirib və karantinin tələblərini pozan şəxslər saxlanılıb.



13 Avqust 2020 XXI əsrin yeni müharibəsi: “Peyvənd davası” - VİDEO
13 Avqust 2020 Nazir şagirdlərlə onlayn görüşdü
13 Avqust 2020 Azərbaycan telekanallarında əcnəbi serialların yayımı bərpa olundu
13 Avqust 2020 Yeyib-içmək məclisi təşkil etmək baha başa gəldi
13 Avqust 2020 Goranboyda karantin rejimini pozan kafe aşkarlanıb - FOTO
13 Avqust 2020 Türkiyənin Müdafiə naziri Hulusi Akar Bakıdadır - FOTO
12 Avqust 2020 Vilayət Eyvazov bu rayona yeni DYP rəisi təyin etdi
12 Avqust 2020 ABŞ-da 800 uşaq COVID-19 şübhəsi ilə karantinə alındı
12 Avqust 2020 Bu gündən şagirdlərin elektron yerdəyişməsi başlayır
12 Avqust 2020 18 yaşlı gənc Tibb Universitetindən imtina edib, arzularının dalınca getdi - VİDEO
12 Avqust 2020 Müdafiə Nazirliyi cəbhədə baş verənlərlə bağlı məlumat yaydı
11 Avqust 2020 Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb - FOTO
11 Avqust 2020 “Karabakh Is Azerbaijan” platforması erməni yalanları ilə mübarizəyə başladı
11 Avqust 2020 Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
11 Avqust 2020 Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 84 yeni yoluxma
11 Avqust 2020 Oğuza istirahətə gedənlər cərimələndi
11 Avqust 2020 Tanınmış aparıcıya nazirlikdə vəzifə verildi - FOTO
11 Avqust 2020 Bu gündən “Gənclik” metro stansiyasının vestibülü açıq olacaq
11 Avqust 2020 Prezidentin tənqidindən sonra AZAL-da təmizləmə əməliyyatı başladı
11 Avqust 2020 Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı açıqlama