b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_ll.jpg

Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin hidayət yolu olaraq bəşəriyyətə göndərildiyi Ramazan ayı insanları saflığa, vəhdətə, şəfqət və mərhəmətə dəvət edir. Bu ayda möminlər Uca Yaradan qarşısında mənəvi borclarını ödəmək fürsəti qazanır, əxlaqi-ruhi kamilliyin nəfs üzərində qələbəsinin sevincini yaşayırlar.

Builki Ramazan ayını dünyanın böyük təhlükə ilə üz-üzə qaldığı mürəkkəb bir şəraitdə başa vururuq. Mövcud vəziyyət əhalimizin sağlamlığı və rifahı üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir. Qarşılaşdığımız qlobal bəla ilə mübarizənin uğuru daha çox cəmiyyətin hər bir üzvünün yüksək məsuliyyəti və intizamlı davranışından asılıdır. Müqəddəs kitabımız Quran da daim birlik və bərabərliyə, sosial yardımlaşma və xeyirxahlığa çağırır. Əminəm ki, həmişə belə nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini uca tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində bu çətinliyi də geridə qoyacaqdır.

Əziz bacı və qardaşlarım!

Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq duyğuları ilə yola salırlar. Bu mübarək bayram günlərində ölkəmizin firavanlığı və əmin-amanlığı naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir daha ehtiramla yad edirəm.

Oruc və ibadətlərinizin Allah dərgahında qəbul olunması diləyi ilə hər birinizə möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Ramazan bayramınız mübarək olsun!


26 Sentyabr 2020 XİN: Ermənistan rəhbərliyi yalançı, saxtakar, riyakar və təxribatçıdır
26 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı – RƏSMİ
25 Sentyabr 2020 Prezidentin BMT-dəki tarixi çıxışı - Beynəlxalq təşkilatlara qəti xəbərdarlıq və Ermənistanın tam ifşası
25 Sentyabr 2020 PKK-nın Ermənistan-Azərbaycan münaqişəsinə qarışması Avropanın təhlükəsizliyini poza bilər
25 Sentyabr 2020 Vətəndaşlara cip taxılacaq? – TƏBİB rəsmi açıqlama yaydı
25 Sentyabr 2020 İlham Əliyev Ermənistanın terrorçuları Qarabağa gətirməsindən danışdı
25 Sentyabr 2020 Cəbhədə bu gecə nə baş verib? - Müdafiə Nazirliyi yeni məlumat yaydı
24 Sentyabr 2020 Prezident yeni SƏRƏNCAM imzaladı
23 Sentyabr 2020 “AzGold”un rəhbəri həbs edildi
23 Sentyabr 2020 Lavrov Paşinyanı sərt tənqid etdi: "Rusiya 5 rayonun qaytarılmasının tərəfdarıdır”
23 Sentyabr 2020 Baş nazir Əli Əsədov QƏRAR İMZALADI
23 Sentyabr 2020 Eldar Həsənovun şəriki də həbs edildi
22 Sentyabr 2020 Prezident xanımı ilə yeni təcili yardım maşınlarına baxış keçirdi
21 Sentyabr 2020 Azərbaycan Ordusunun şəhid olan hərbçisi dəfn edilib
21 Sentyabr 2020 Bakı-Naxçıvan-Bakı reyslərinin sayı artırılır
21 Sentyabr 2020 Tovuz şəhidi ilə vidalaşır - VİDEO
21 Sentyabr 2020 Şəhid olan çavuşu Tovuz rayonundandır, 2 övladı var - FOTO
21 Sentyabr 2020 Azərbaycan Ordusunun çavuşu şəhid oldu
21 Sentyabr 2020 Rəsmi Bakı Ermənistana cavab verdi
21 Sentyabr 2020 İlham Əliyevin Qarabağa dair sensasion mesajları - Müharibə ANONSU