1509775033_0001.jpg

Yeni Azərbaycan Partiyasının İdarə Heyəti Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın iştirakı ilə bağlı qərar qəbul edib.

YAP İdarə Heyətinin iclasında ölkəmizdə bütün sahələr üzrə yüksək inkişafın əldə olunduğu, əhalinin rifah halının daha da yüksəldiyi, regionların simasının əhəmiyyətli dərəcədə dəyişdiyi və bu dəyişikliklərin hər bir vətəndaşın həyatına müsbət təsir göstərdiyi diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, bu gün Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir. Bu siyasət xalqın mütləq əksəriyyəti tərəfindən birmənalı şəkildə müdafiə olunur. Bu baxımdan 09 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilər Yeni Azərbaycan Partiyasının öz mövcud qüvvə və potensialına yeni bir baxış, siyasi sistemin mühüm qolu olan qanunverici hakimiyyətdə yeni bir enerji ilə təmsil olunma imkanı verən əhəmiyyətli bir fürsətdir. Çox böyük seçki təcrübəsi olan, cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən Yeni Azərbaycan Partiyasının bu mühüm siyasi kampaniyada iştirakı siyasi zərurət olmaqla yanaşı, nəhəng elektorata malik olan təşkilat üçün sosial sifarişdir.

Yeni Azərbaycan Partiyasının İdarə Heyəti müzakirələrin yekunu olaraq 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçiriləcək seçkilərdə iştirakla bağlı qərar qəbul etmişdir.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclasında həmçinin, Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələri təyin olunmuşdur.


 
28 Yanvar 2020 Taliban Süleymaninin qətl əməliyyatına rəhbərlik edən hərbçini öldürdü
27 Yanvar 2020 "Onların adlarının üstündən xətt çəkiləcək" - MSK sədri
27 Yanvar 2020 ABŞ-ın İraqdakı səfirliyinə daha bir hücum - Yaralılar var
23 Yanvar 2020 İlham Əliyev İsveçrə Prezidenti ilə görüşüb - FOTO
22 Yanvar 2020 Ərdoğan Rusiyadan niyə “S-400” aldı? – İlginc məqamlar
21 Yanvar 2020 Tehran və Kiyev raketlə vurulan təyyarə ilə bağlı razılıq əldə etdilər
20 Yanvar 2020 Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib - FOTO
18 Yanvar 2020 ABŞ İran generalına sanksiya tətbiq edib
17 Yanvar 2020 Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi öldürülüb
17 Yanvar 2020 Putin Kadırova yüksək vəzifə təklif edib
16 Yanvar 2020 Putin növbəti seçkidən sonra bu vəzifəni tutacaq
16 Yanvar 2020 MTRŞ sədri: "İTV-nin təşviqatla bağlı müəyyənləşdirdiyi qiymətlər normaldır"
15 Yanvar 2020 Prezident və xanımı Xoşbəxt Yusifzadənin yubileyində - FOTO
14 Yanvar 2020 Prezidentdən kreditlərlə bağlı vacib XƏBƏRDARLIQ
13 Yanvar 2020 Prezident Vasif Talıbovu “Şərəf” ordeni ilə təltif etdi
13 Yanvar 2020 Deputatlığa namizədlərin qeydə alınması prosesi nə zaman bitəcək?
09 Yanvar 2020 İranda təyyarə qəzası ilə bağlı matəm elan edilib
09 Yanvar 2020 İranın hücumu nəticəsində ABŞ-a nə qədər zərər dəyib?
08 Yanvar 2020 Tramp Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
08 Yanvar 2020 SON DƏQİQƏ! İranın hərbi bazaya hücumu nəticəsində 80 ABŞ əsgəri öldürülüb