b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_rgrgrghtyhty.JPG

Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır.

Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında kompleksin əməkdaşları ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib: "Azərbaycanda korrupsiyanı, rüşvətxorluğu aradan qaldırmaq, yaxud da ki, əhəmiyyətli dərəcədə azaltmaq üçün əməli tədbirlər görülür. Bu tədbirlər həm nəticə verir, həm də verəcək. Ona görə inzibati tədbirlərlə, cəza tədbirləri ilə yanaşı, institusional tədbirlər də görülməlidir ki, biz korrupsiyanın və rüşvətxorluğun əhatə dairəsini daraldaq və beləliklə, Azərbaycanı müasir, çox sürətli inkişaf yoluna gətirək. Biz buna nail oluruq.

“ASAN xidmət”, eyni zamanda, bizim siyasətimizi göstərir ki, bu mərkəzlərdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu, həm gənclərimizin istedadını, biliklərini göstərir və həm də kadr hazırlığı üçün də çox önəmlidir. Çünki artıq minlərlə ASAN könüllü müxtəlif önəmli vəzifələrdə çalışır. “ASAN xidmət”lərdə təlim keçmiş, yaxud da ki, işləmiş gənclərimiz artıq həyata da vəsiqə alırlar, bilikli kadrlar kimi onlara inam artır və onları işə götürənlər əmin olurlar ki, dürüstlük, keyfiyyət, biliklər və mədəni xidmət olacaq. Onu da bildirməliyəm ki, könüllülər hərəkatı bizdə “ASAN xidmət”dən başlayıb. O vaxta qədər könüllülər hərəkatı yox idi. Bu gün minlərlə könüllü ölkəmizin müxtəlif sahələrində çalışır, işləyir, dövlətə xeyir gətirir. Bizim gənclərimiz məhz belə olmalıdır. Mən bu yaxınlarda Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edilmiş tədbirdə gənclərə öz sözlərimi dedim və təkrar etmək istəmirəm. Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır. Gənclər biliklərlə yanaşı, Vətənə bağlı olmalıdırlar, Vətəni və dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar.

“ASAN xidmət”, eyni zamanda, xidmət sektorunda yenilikdir. “ASAN xidmət” göstərdi ki, xidmət sektoru necə olmalıdır. Bax, bütün “ASAN xidmət” mərkəzlərinə gələn, müraciət edən vətəndaşlar sizi görürlər, gözəl gənclərimizi, gözəl mədəniyyəti, xoş münasibəti, gülər üzləri görürlər. Doğrudan da böyük sərvətdir və bunu biz özümüz yaratmışıq. Bir daha demək istəyirəm ki, bu, bizim milli brendimizdir və milli sərvətimizdir.

Ona görə ASAN mərkəzlərinin sayının artırılması ilə bağlı mənim tərəfimdən göstərişlər verilir. Eyni zamanda, ASAN mərkəzlərinin funksiyalarının genişləndirilməsi ilə əlaqədar “ASAN xidmət” və onun rəhbərliyi çox fəal işləyir. Hər bir mərkəzin açılışında mən hansısa bir yeniliklə rastlaşıram. Mənə edilən məruzələrdən görürəm ki, ildən-ilə yeni innovasiyaları hərəkətə gətirmək üçün imkan yaradılır və bu innovasiyalar da tətbiq ediləcəkdir. Bu gün mənə məruzə edilən məsələlərdən biri “smart city” layihəsidir. Biz mütləq buna keçməliyik. Artıq müvafiq göstərişlər verildi ki, Bakı şəhərində “smart city” sisteminin tətbiqi üçün əməli addımlar atılsın. O cümlədən, digər şəhər və rayonlarımızda da bu istiqamətdə işlər görüləcəkdir".

25 Yanvar 2020 Bakının iki rayonunda çoxmənzilli binaların sakinlərinə ŞAD XƏBƏR
25 Yanvar 2020 Akademik yasamallıları Ramin Əhmədova səs verməyə çağırdı - VİDEO
25 Yanvar 2020 Türkiyədəki dəhşətli zəlzələdən - Yeni görüntülər - VİDEO
24 Yanvar 2020 Ramin Əhmədov: "Hər bir uğurumuzun, yüksəlişimizin arxasında Cənab Prezidentimiz dayanır"
24 Yanvar 2020 Polad Aslanov kimdir, kimlərə işləyir?— Azərbaycana qarşı CASUS OYUNLARI
24 Yanvar 2020 Nərminin qətlində təqsirləndirilən şəxs barədə qərar verildi
24 Yanvar 2020 Xırdalanda dəhşət: Avtomobil iki şagirdi vurdu - ANBAAN VİDEO
22 Yanvar 2020 Azərbaycandan bu ölkəyə yeni qatar açıldı: Gediş pulsuzdur
22 Yanvar 2020 Kirayə mənzillərin satışına başlandı
22 Yanvar 2020 Ramin Əhmədov nümunəvi kampaniya aparır - Yasamal ondan danışır - FOTOLAR
21 Yanvar 2020 Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
21 Yanvar 2020 Qaz sayğacları ilə bağlı əhaliyə - XƏBƏRDARLIQ
21 Yanvar 2020 Ramin Əhmədov şəhid ailələrini ziyarət edib - FOTO
20 Yanvar 2020 Sarqsyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa göndərildi
20 Yanvar 2020 Azərbaycan ərazisində bir dəqiqəlik sükut olub
20 Yanvar 2020 “Görəsən, bizi görməyə gələcəklər?” - İTV-dən təsirli video
20 Yanvar 2020 Azərbaycanlı gənclərdən 20 Yanvarla bağlı təsirli VİDEOÇARX
20 Yanvar 2020 İlham Əliyev: 20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir - FOTO
17 Yanvar 2020 Ramin Əhmədovun ilk təşviqat günü izdihamlı keçdi - FOTOLAR
17 Yanvar 2020 Bu tarixdə Azərbaycanda qeyri-iş günüdür