b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_f6dcf9b51528a47500b960a5c3850b65.jpg

Bu gün Bakıda Avropa Azərbaycan məktəbinin Badamdar filialında məşhur motivasiyaçı, yazar, ney ifaçısı Hakan Mengüçün seminarı keçirildi.

Missiya.Az xəbər verir ki, Libraff mağazalar şəbəkəsinin sponsorluğu ilə baş tutan tədbir insanlara mənəvi gücünü tanıtmaq amacından qaynaqlanır və "Pozitiv düşün, özün kimi olmaq cəsarətini göstər" adlanır.

Səhnəyə çıxan Hakan Mengüç qonaqları salamladıqdan sonra söhbətə ney ifası ilə başlamaq istədiyini söylədi.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_fa4480930a37bc4f0d03790811213fdb.jpg

Söhbətin əsas mövzusunun sufilik olduğunu elan edən Mengüç bu dünya baxışın stresli gündəlik həyatımıza nə qədər aydınlıq gətirə biləcəyini izah etdi.

Motivasiyaçı dünyaya baxışın beş qaydasından bəhs edərək, bu qaydaları həyatının müxtəlif mərhələlərində təcrübə olaraq yaşadığını söylədi: "Məktəbdə bacarıqsız bir şagird idim. Cavabını bildiyim bir suala da əlimi qaldıra bilməzdim. Özümü ifadə edə bilməzdim. Çünki məktəb sistemi istedadımı riyaziyyatla, coğrafiya ilə ölçə bilməzdi. Ədəbiyyat və musiqi dərslərində müəllimlərim məni qiymətləndirməyə başladı. Konservatoriyaya qəbul olmaq istədiyimdə isə mənə musiqi istedadımın olmadığını dedilər. Amma mən onlara inanmadım, illər sonra yazdığım "Mən nəyəm?" kitabında “Başqalarının gurultusunu deyil, qəlbinin fısıltısını eşit" yazmışdım. Qəlbinizi dinləyəndə siz özünüz olursunuz... Amacı olmaq belədir, Mövlana deyir ki axtarmaqla tapa bilməzsən, ama tapanlar axtaranlardır..."

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_db3c64245c0ec7df9b682f985c4db7af.jpg

Zaldakı qonaqlarla ünsiyyətə girən ifaçı və yazar öz fikirlərini, istinad etdiyi sufi alimlərinin hikmətlərini söylədikcə, tamaşaçılara kiçik bir təcrübələr yaşatmağı da unutmadı.

Hakan Mengüç həyat təcrübələrini belə anlatdığı səmimi söhbət və zarafatlarla, Mövlanadan və Şəmsdən danışdığı ibrətamiz əhvalatlarla, ruh oxşayan ney ifası ilə zalı ələ aldı.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_520bd211b80196b8a252d9e120ed0d06.jpg

Həmçinin ney ifası ilə müşaiyət olunan türkülər də səsləndirildi. Müxtəlif musiqi parçaları tamaşaçılar tərəfindən gur alqışlarla qarşılandı.

Motivasiyaçı, yazar, ney ifaçısı Hakan Mengüç motivə edən çıxışları, kamillik fəlsəfəsinə əsaslanan "Mən nəyəm?" və "Qəlbin təmizsə hekayən mutlu bitər" kitabları ilə Azərbaycan və Türkiyədə məşhurdur.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1faa386c7c3aa9b5fcb24ff20f9a21f2.jpg

 



25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında - FOTO
25 May 2020 Koronavirusa görə karantinə alınan icra başçısı açıqlama verdi
25 May 2020 Bütün kənd nəzarətə götürüldü - Koronavirus yayılır
25 May 2020 XİN: Ermənistan rəhbərinin təbriki riyakarlığın ən yüksək səviyyəsidir
24 May 2020 “Şuşadakı “inaqurasiya” oyunu ermənilərin diqqətini böhrandan yayındırmaq və danışıqları pozmaq cəhdidir” – Deputat Aqil Məmmədov
24 May 2020 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
23 May 2020 Rüstəm Usubova ağır itki
23 May 2020 Bayram namazı ilə bağlı QMİ-dən AÇIQLAMA
23 May 2020 SON DƏQİQƏ! "Alov Qüllələri"nin ətrafındakı meşəlik yanır - VİDEO
22 May 2020 Prezident xalqı təbrik etdi
22 May 2020 İlham Əliyevdən yeni SƏRƏNCAM
21 May 2020 ATV-nin koronavirusa yoluxan əməkdaşları danışdı - VİDEO
20 May 2020 Azərbaycanlı zabit koronavirusdan dünyasını dəyişdi
20 May 2020 Ramazan bayramında rayonlara gediş-gəliş açılacaq? - RƏSMİ CAVAB
19 May 2020 Prezidentdən əhaliyə koronavirusla bağlı ÇAĞIRIŞ
19 May 2020 Prezidentdən yeni təyinat – SƏRƏNCAM
19 May 2020 Sosial yardımın təyin olunması ilə bağlı - YENİLİK
18 May 2020 Prezident FƏRMAN İMZALADI
18 May 2020 Baş prokurordan yeni TƏYİNATLAR
15 May 2020 İşsizlər üçün VACİB XƏBƏR - Təklif edilən işlər açıqlandı - SİYAHI