b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_metrooo.jpg

Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 19-da saat 15-də mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq cavab verilməsinə baxmayaraq, mitinqin təşkilatçıları həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni Bakı metropoliteninin “28 May” stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə məlumatlar paylaşıblar.

Bu barədə Missiya.Az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Məlumata görə, nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət təşkilatçıların üzərinə düşəcək.

Strateji əhəmiyyətli və kütləvi nəqliyyat infrastrukturunun fəaliyyətinin iflic olmaması, eləcə də bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların hüquqlarının qorunması məqsədilə, Bakı metropoliteninin “28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının oktyabrın 19-da saat 13:00-dan fəaliyyətinin müvəqqəti dayandırılması qərara alınıb.

Eyni zamanda metropolitenin mühafizə zonalarında qanunsuz aksiya keçirilməsinə çağırışlar edən şəxslər, yaxud belə hüquqazidd aksiyaların təşkilatçıları haqqında qanunvericilikdə nəzərdə tutulmuş sərt tədbirlərin görülməsi barədə aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət olunacaq. 

11 Noyabr 2019 Prezident və xanımı ağacəkmə aksiyasında - FOTO
11 Noyabr 2019 Azərbaycan məktəblərində 5 gün dərs olmayacaq
11 Noyabr 2019 Ülvi Qılıncdan ŞOK sözlər: "Öləcəyim günü və necə öləcəyimi bilirəm" - VİDEO
11 Noyabr 2019 Qazaxda toy karvanında silahdan atəş açıldı - VİDEO
09 Noyabr 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
09 Noyabr 2019 Mehriban Əliyevadan Bayraq Günü paylaşımı - VİDEO
09 Noyabr 2019 Azərbaycanda Dövlət Bayrağı günüdür
08 Noyabr 2019 Oqtay Gülalıyevi süni nəfəs aparatından ayırıblar
08 Noyabr 2019 Bakıda 8-ci sinif şagirdinin başı kəsilib? - POLİSDƏN AÇIQLAMA
08 Noyabr 2019 “Yeni Müsavat” 30 yaşında - YUBİLEY REPORTAJI
08 Noyabr 2019 Əhaliyə ŞAD XƏBƏR: İkimərtəbəli metro stansiyası tikiləcək
08 Noyabr 2019 Azərbaycanda 6 bal gücündə zəlzələ - Bu rayonlar silkələndi
07 Noyabr 2019 Evsizlərə ŞAD XƏBƏR - Bu şəxslər güzəştlə mənzil ala biləcək - SİYAHI
06 Noyabr 2019 Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ
06 Noyabr 2019 Azər Qasımlı istefa verdi
06 Noyabr 2019 Bakıda avtomobildə erməni mahnısı səsləndirən şəxs saxlanılıb - RƏSMİ
06 Noyabr 2019 Fəxri Kazım-Nicatın Gəncədə solo konserti keçiriləcək - AÇIQLAMA
05 Noyabr 2019 "Mənə ər lazım deyil" - Efirə gəlinlikdə gələn 51 yaşlı Samirə
05 Noyabr 2019 Azərbaycanlı maskalı çeçenlərlə birləşib biznesmenin milyonlarını belə apardı - VİDEO
05 Noyabr 2019 "Qarabağ" APOEL önünə azarkeşsiz çıxacaq