b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1568612227_1568608727_70090018_663601440795651_8042447762089836544_n.jpg
Müdafiə Naziri Zakir Həsənov Real TV-də "Mir Şahinin vaxtı” verilişinin qonağı olub.

Missiya.Az xəbər verir ki, nazir iyulun 24-də MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu edərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu Rəşad Atakişiyevlə bağlı məsələyə də toxunub.

O, qəzanın təfərrüatları barədə danışıb:

"Bütün tədbirlər qanun çərçivəsində icra olunmuşdu. Pilotumuz Rəşad Atakişiyev yüksək səviyyəli və hazırlıqlı idi. Gecə təlimləri keçirilirdi. Orada da, yüksək peşəkarlıq nümayiş etdirmişdi.

Komissiya yaradıldı. Orada yüksək səviyyəli yerli və xarici mütəxəssislər cəlb edilmişdi. Onların iştirakı ilə "qara qutu” araşdırıldı.

"Qara qutu”da təyyarənin avadanlıqlarının işləməsi düzgün yazılır. Bu təyyarə tam işlək idi və son məqama kimi bütün mühərrik və avadanlıqlar işləyirdi. Əgər toqquşma olsaydı, onun mühərriki və digər avadanlığına təsir göstərərdi.

Bundan başqa, Azərbaycanda olan digər qurumların radarları ilə bizim radarların nəticələri üst-üstə düşdü. Pilotun son məqamda zəif də olsa təyyarəni idarə etməyə çalışması onun göstəricisi idi ki, göydə təyyarə zərbə alıb.

Xarici mütəxəssislər də, gecə göydə quşların uçub-uçmaması ilə bağlı sualımızı təsdiq etdilər. Həkimlər də, öz rəyini bildirdilər ki, insan hansı vəziyyətdə belə hərəkət edə bilər.

Bu böyük sənəddir və burada bütün məsələlərə cavab verilir. Bəzən deyirlər ki, "qara qutu”da pilotun səsini dinləmək lazımdır.

Bu yoldaş bilmir ki, "qara qutu”da pilotun səsi yazılmır. Tam olaraq bizim komissiyanın üzvlərinə inanıram”.




01 İyun 2020 SON DƏQİQƏ! Azərbaycanda pullar dəyişir
01 İyun 2020 SON DƏQİQƏ! İlham Əliyev tikinti ilə bağlı vacib fərman imzaladı
01 İyun 2020 Azərbaycanda ağır koronaviruslu xəstələr bu metodla sağalır
01 İyun 2020 Spiker yeniliyin anonsunu verdi - Milli Məclis veriliş açır
31 May 2020 Azərbaycanda daha bir vəzifəli şəxs saxlanıldı
31 May 2020 Ayıya görə nazirlik Şəkiyə mütəxəssislər göndərdi
28 May 2020 Azərbaycanda Respublika Günü qeyd edilir
27 May 2020 Bakı metrosunda karantin qaydaları niyə pozulur? - RƏSMİ AÇIQLAMA
24 May 2020 “Şuşadakı “inaqurasiya” oyunu ermənilərin diqqətini böhrandan yayındırmaq və danışıqları pozmaq cəhdidir” – Deputat Aqil Məmmədov
24 May 2020 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
23 May 2020 Rüstəm Usubova ağır itki
23 May 2020 Bayram namazı ilə bağlı QMİ-dən AÇIQLAMA
23 May 2020 SON DƏQİQƏ! "Alov Qüllələri"nin ətrafındakı meşəlik yanır - VİDEO
22 May 2020 Prezident xalqı təbrik etdi
22 May 2020 İlham Əliyevdən yeni SƏRƏNCAM
21 May 2020 ATV-nin koronavirusa yoluxan əməkdaşları danışdı - VİDEO
20 May 2020 Azərbaycanlı zabit koronavirusdan dünyasını dəyişdi
20 May 2020 Ramazan bayramında rayonlara gediş-gəliş açılacaq? - RƏSMİ CAVAB
19 May 2020 Prezidentdən əhaliyə koronavirusla bağlı ÇAĞIRIŞ
19 May 2020 Prezidentdən yeni təyinat – SƏRƏNCAM