b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15681978114871213629_1000x669.jpg

Sentyabrın 9-da Dənizkənarı Milli Parkda “Nargis” komandasının "Make the Earth Smile" resaykling sərgisinin rəsmi açılışı olub.

Missiya.Az xəbər verir ki, “Nargis” Nəşriyyat Evi ətraf mühitin qorunması probleminə həsr edilmiş sərgi təşkil edib.

Layihə çərçivəsində səkkiz heykəltəraş müxtəlif istehsalat tullantılarından qurulmuş 13 instalyasiya təqdim olunub. Sərgi “Nargis” jurnalının “Ekologiya” mövzusuna həsr olunmuş 63-cü nömrəsi ilə eyni vaxta təsadüf edib. Jurnal, üz qabığında – IDEA-nın təsisçisi Leyla Əliyevanın fotosu ilə nəşr edilib.

“Nargis” komandası – ətraf mühitə laqeyd olmayan insanlardır. “Nargis” ekoloji brendləri dəstəkləyir, təbii sərvətlərə qənaət edir, eyni zamanda, geniş oxucu kütləsi qazanmış bir nəşr olaraq, hər birimizin Ana-Yer kürəsinin qorunmasını təşviq və təbliğ etməkdə öz məsuliyyətini hiss edir.

“Make the Earth Smile” adlı ekoloji layihə – insanın həyat fəaliyyətinin 13 ən vacib, Yer kürəsinə xüsusilə zərər verən böhranlı sahəsini özündə əks etdirən 13 instalyasiyadan ibarətdir. Layihənin məqsədi – gənc nəsli müsbət nəticələrlə yekunlanan yeni həyat tərzinə alışdırmaqdır. Sərgidə ətraf mühitə kömək etmək üçün hər birimizə tövsiyə olunan 13 faydalı vərdiş təsvir edilmiş “Nargis” kitabçaları paylanıb. 13 rəqəmi təsadüfən seçilməyib – 13 dekabrda “Nargis” jurnalı öz ad gününü qeyd edir.

Rəşad Ələkbərov, Orxan Hüseynov, Kənan Əliyev, Sabit Zamanov, Teymur Qəribov, Fərid Rəsulov, Nurəli Şahbazov, Nazim Şükürov öz instalyasiyalarını onlara tərəfdaşlıq edən Aquavita, Ay Qonşu, “AzərEnerji”, “Azersun”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Baku Steel Company”, “Caspian Drilling Company Ltd”, “Coca-Cola”, Dr. Cahid Şahbazov, “Gilan Holding”, “Nargis” Publishing House və “Veysəloğlu” Şirkətlər Qrupu ilə birgə yaradıblar.

Açılışa Leyla Əliyeva, “Nargis”in tərəfdaşları və dostları, xarici ölkələrin Azərbaycandakı səfirliklərindən nümayəndələr, nazirliklərdən nümayəndələr, sənətkarlar və qalereya sahibləri də daxil olmaqla 150-yə yaxın insan qatılıb.

Sərgini ziyarət edən Təhsil naziri Ceyhun Bayramov təhsil sistemi çərçivəsində “Nargis” Nəşriyyat evi ilə gələcək əməkdaşlıq üçün ekoloji layihə təklif edib. Daha sonra başda Ülviyyə Mahmudova olmaqla “Nargis” nəşriyyat evinin komandası bulvarda zeytun ağacı əkib.

Bu, “Nargis” komandasının təşkil etdiyi ilk sərgi deyil: bu ilin aprel ayında İstanbulda, “Nargis” Nəşriyyat Evi, jurnalın mövcud olduğu altı il ərzində çəkdiyi eksklüziv fotoşəkillərdən ibarət sərgi təqdim etmişdi, iyul ayında isə Bakıdakı Müasir İncəsənət Muzeyində “Women, Children and Well-Being” adlı xeyriyyə sərgisi keçirmiş və foto satışından əldə olunan pulun bir hissəsini "Nargis" xeyriyyə fonduna yönəltmişdir.

“Make the Earth Smile” sərgisi oktyabrın 5-dək davam edəcək. Giriş sərbəstdir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1568197811714654531_1000x669.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15681978111103348766_1000x669.jpg

 



04 İyul 2020 Səhiyyə Nazirliyindən Binəqədidəki yanğınla bağlı AÇIQLAMA
04 İyul 2020 Əvvəlki həyat tərzinə qayıtmaq istəyiriksə...
04 İyul 2020 Paytaxtda yenidən karantin postları qurulub – RƏSMİ
04 İyul 2020 İlham Əliyev tanınmış yazıçı-dramaturqa ev bağışladı
03 İyul 2020 Prezidentin köməkçisindən 190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA - VİDEO
03 İyul 2020 Həftəsonu fərdi avtomobillərin və taksilərin fəaliyyətinə icazə verilir? - RƏSMİ
03 İyul 2020 Azərbaycanın bu bölgəsində COVİD-19-a yoluxma yoxdur
03 İyul 2020 AzTV-nin daha bir əməkdaşı koronavirusdan vəfat etdi
02 İyul 2020 Sərt karantin rejimi bu tarixədək uzadıldı - RƏSMİ
02 İyul 2020 Azərbaycanda vəzifəli şəxs koronavirusdan öldü
02 İyul 2020 Sürücülər belə icazə alacaq - 8103-də YENİLİK
02 İyul 2020 Dünyada koronavirusa qarşı 141 peyvənd hazırlanır
02 İyul 2020 Azərbaycan nefti bahalaşıb
02 İyul 2020 Vilayət Eyvazovdan karantin rejimi ilə bağlı - Müraciət
01 İyul 2020 Baş Nazir karantin rejimindən danışdı
01 İyul 2020 Rəsmilər sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan bölgələr üçün toplandı - FOTO
01 İyul 2020 İcazəsi olmayanlar belə müəyyən ediləcək
01 İyul 2020 Bakıda karantin postları niyə yığışdırılıb? - AÇIQLAMA
01 İyul 2020 İranda koronavirusa yoluxanların sayı 230 mini keçib
01 İyul 2020 Nazirlikdən yeni yaradılan agentliklərlə bağlı AÇIQLAMA