1567227178_1567197140_1.jpg
Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qubadlı rayonunu işğal etməsindən 26 il ötür.

Missiya.Az xəbər verir ki, erməni işğalçıları Qubadlını 1993-cü ilin avqustun 31-də rayonu zəbt ediblər.

Sahəsi 80250 hektar olan və Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb.

İşğal ərəfəsində Qubadlı rayonunun əhalisi 29903 nəfər olub. Hazırda rayonun əhalisinin sayı 38 minə yaxındır. Erməni silahlı birləşmələrinin əlindən qurtulmuş insanlar hazırda ölkənin 47 rayon və şəhərində məskunlaşıblar. Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olub, onların yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13 160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda nadir növlərdən ibarət 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.

Qubadlı rayonunun ərazisində ehtiyatları 6247 min kubmetr və mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min kubmetr olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) və Həkəri çayı sahilində ehtiyatları 84 min kubmetr /gün olan yeraltı şirin su yataqları var idi.

Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunub, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib


05 İyul 2020 "İcaze.e-gov.az" portalında problem yaranıb, sahibkarlar qeydiyyatdan keçə bilmir
05 İyul 2020 Bu gündən bütün icazələr ləğv ediləcək - RƏSMİ
05 İyul 2020 Bu gündən növbəti iki həftəlik sərt karantin rejimi başlayır
04 İyul 2020 Karantin rejiminin yumşaldılması faciələrə səbəb ola bilər...
04 İyul 2020 Yasamalın İcra başçısı rayonda reyd keçirdi - FOTOLAR
04 İyul 2020 Bəhram Bağırzadənin ağciyər və bədəninin reabilitasiyasına başlanıldı
03 İyul 2020 Bakı yenə rayonlara axın edir - FOTO/VİDEO
03 İyul 2020 Bu gün ləğv olunan İstanbul-Bakı-İstanbul uçuşları bərpa edildi
03 İyul 2020 Koronavirusdan müalicə alan baş redaktor evə buraxıldı
03 İyul 2020 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu - 7 nəfər öldü
03 İyul 2020 Rövşən Lənkəranskinin öldürülən adamının ŞOK FOTOLARI (+18)
03 İyul 2020 Vilayət Eyvazovdan yeni təyinat
03 İyul 2020 Sabahın hava proqnozu açıqlandı
03 İyul 2020 "Özünü qoru, millət... qırıla-qırıla gedirsən axı..." - Dəhşətli statistika
03 İyul 2020 Daha bir ölkədə karantin yenidən sərtləşdirildi
02 İyul 2020 Bakı polisi maskasız gəzənlərə qarşı reydlərə başladı
02 İyul 2020 Bakıda maska taxmayanlar cərimələndi - FOTO
02 İyul 2020 DYP Ziya Məmmədovun qardaşı oğlunu sərxoş vəziyyətdə tutdu
02 İyul 2020 İlham Əliyevdən Azərbaycan Polis Günü ilə bağlı paylaşım - FOTO
01 İyul 2020 Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi