0000-01-000-10.jpg

Bu, tərbiyəsizlik deyil.

Bu, əxlaqsılıq da deyil.

Bunun adı yoxdu.

Yox, bunun adı var.

Bu, “orduxanlıq”dı.

Heç bir təbibin, üləmanın baş açmadığı xəstəlikdi “orduxanlıq”. Adamın mahiyyəti budur. Adamın içi budur. Bu adam bu qələtləri öz təşəbbüsüylə edə bilməz. Bu adamın ağaları var.

Təsəvvür edin, ölkə başçısı Avropanın, elə dünyanın da hesab etmək olar, siyasi mərkəzində, Brüsseldədir. Prezidentimiz Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilən yubiley toplantısında iştirak edir. Müxtəlif səviyyəli görüşlərə qatılır. Prezidentin Brüssel səfəri ilə bağlı ona dəstək aksiyası da keçirilir. Və...

Və qəfil bir milçək peyda olub ürək bulandırır. Bambılı kimi ortaya düşüb, bir-iki özü kimi avaranı da yanına alıb Brüssel küçələrində sülənən bu iyrnəc məxluq bəlkə də özü də nə etdiyinin fəriqində deyil. Bu adam siyasi mühacir deyil. Bu adam siyasətə, syiasi mübarizəyə heç bir dəxli yoxdur. Bu adam züy tutandır, intellekt səviyyəsi sıfırın altında olan züytutan. Ermənidən daha betər ermənidir bu kimi tiplər. Öz vətəninə, millətinə, şər-böhtan, təhqir yağdıran bu satqın tiplər üçün müqəddəs heç nə yoxdur.

Yox, əslində var. Bu söyüş ruporları üçün müqəddəs olan ağaları tərəfindən yalpulu kimi verilən avrolardır... Bunlar bilirsinizmi günü-gündən niyə aqressivdirlər? Çünki bu adamları nəinki Azərbaycanda, heç Avropada belə ciddi qəbul etmirlər. Cəmiyyətin böyük təpkisi altındadırlar. İctimai qınaq bunların dəli edib. Bu adamın Brüsseldə etdiklərindən sonra bir daha əmin oldum: Onlar məhz, hə əlinizi ürəyinizin başına rahat yoya bilrəsiniz, məhz ermənilər tərəfindən təlimatlandırılırlar. Adına siyasi mühacir qoymuş bu adamların heç biri Azərbaycanda fəal siyasi mübarizə prosesində olmayıblar. Bu adamların siyasətə dəxli yoxdur. Bunlar tamam başqa tiplərdir.

Normalda insanın damarından qan axmalıdır, bunlarda söyüş, nifrin axır. Bu tiplər anlamır ki, təhqir, təkcə siyasi münasibətlərdə deyil, şəxsi münasibətlərdə də yolverilməzdir. Şərəf və ləyaqətin qorunması beynəlxalq hüquq normasıdır və günlərin bir günü elə sığındığın ölkədə belə buna görə cəzanı alarsan.

Bir dəfə millət vəkili Zahid Oruc Orduxan və onun ətrafındakı söyüş makinasına belə bir cavab vermişdi: “Belə şəxslərin dillərindən səslənən fikirlər onların özlərinə məxsus deyil. Həmin adamların uğurlu ictimai-siyasi fəaliyyətləri də yoxdur. Bu adamlar ən sadə zəhməti belə çəkməyiblər. Bir ağac belə əkməyiblər. Onlar yaradıcı insanlar deyillər. Yəni, faydalı iş əmsalı mənfi formalaşan şəxslər xarici dairələrin əllərində alətə çevrilirlər. Berlindən Strasburqa qədər özlərinə lövbər salan və özlərinin tərbiyəsizlikləri ilə platforma düzəltikdlərini deyənlər, müxalifətin totalitar təfəkkürlü hissəsini çox yaxşı xarakterizə edirlər. Həmin adamların adlarını çəkmək istəmirəm, onlar buna layiq deyillər. Həmin şəxslər radikal, ekstremist simalardır”.

Çox haqlıdır. Bunlar adamlıqdan çoxdan çıxıblar. Sadəcə ünsürdülər.

Vəssəlam.

 Səbuhi MƏMMƏDLİ

 

19 Sentyabr 2019 Sabahın havası: Şimşək çaxacaq, leysan yağacaq
19 Sentyabr 2019 Hacı Əliyev əsəbiləşib özündən çıxdı: Hakimlərə hücum etdi - VİDEO
19 Sentyabr 2019 "Əsrin müqaviləsi"- Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə - Əli Həsənov
18 Sentyabr 2019 Adnan Oktar: “Kedicik”lərin müsəlman olduğunu göstərmək istədim”
18 Sentyabr 2019 Sabiq deputat YAP-dan QOVULDU
17 Sentyabr 2019 Nazir sərt tapşırıq verdi - Onlar həbs olunacaq
16 Sentyabr 2019 LDU-nun yeni tələbə yataqxanası və tədris korpusu açılıb - FOTO
16 Sentyabr 2019 Zakir Həsənov MİQ-29 qəzasından danışdı - VİDEO
16 Sentyabr 2019 Bəyi toyunda belə öldürdülər - Anbaan video
13 Sentyabr 2019 Mehriban Əliyeva Kürdəxanıda - FOTO
13 Sentyabr 2019 Vilayət Eyvazovdan YENİ ƏMR – Polis hərəkətə keçdi
13 Sentyabr 2019 Deputat: Jurnalistlər münaqişə zonasındakı vəziyyətlərə hazır olmalıdırlar
13 Sentyabr 2019 Bu da Mahir Əmrəlinin qarət olunan evi - VİDEO
13 Sentyabr 2019 Mehriban Əliyeva yorulmaz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb - VİDEO
11 Sentyabr 2019 Arda Turan həbs edildi - 2 il 8 ay
11 Sentyabr 2019 Altı rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb
10 Sentyabr 2019 Sabahın hava proqnozu açıqlanıb
10 Sentyabr 2019 Bu gün Aşuradır
10 Sentyabr 2019 Valideynlərə ŞAD XƏBƏR - Şagirdlərin çantaları yüngülləşdirilir - VİDEO
09 Sentyabr 2019 “Xainlərin məkirli planları məhvə məhkumdur” – Ramin Əhmədov