b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_vfdgfgghg.jpg

“Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevi xoş xatirələrlə yada salır. Ulu Öndər müstəqil Azərbaycan dövlətinin banisi kimi xalqımızın qəlbində həmişə yaşayacaq. Ölməz lider Azərbaycanın tərəqqisi və dövlətçiliyimizin möhkəmlənməsi naminə yaddaşlardan silinməyəcək uğurlara imza atıb. İllər ötdükcə xalqımız dahi liderin bizim üçün etdiklərini daha dərindən dərk edir”.

Missiya.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönüm ilə bağlı verdiyi açıqlamasında deyib.

R.Əhmədovun sözlərinə görə, Heydər Əliyev Azərbaycanın döyüş meydanına, xarici dövlətlərin hesablaşma məkanına çevrilməsinə imkan vermədi: “Müstəqilliyimizin ilk illərini xatırlayaq. Həmin illərdə Azərbaycan tarixinin ən çətin dövrünü yaşayırdı. Yenicə müstəqillik qazanan Azərbaycan xarici müdaxilələrlə üzləşdi. Müxtəlif dövlətlər Azərbaycanda öz maraqlarını mühkəmləndirmək üçün hiyləgər planlar həyata keçirmək istəyirdilər. Ölkəmizi parçalamaqla bağlı planlar qururdular. Xalqımıza bir xilaskar lazım idi! Xalq çarəsiz idi! Tək ümid yeri Heydər Əliyev idi! Həmin çətin məqamda bir çox siyasətçilər meydanı boş qoyub qaçsalar da, Heydər Əliyev qətiyyətli mövqe sərgilədi və xalqın yanında olduğunu bəyan etdi. Uzaqgörən siyasətçi Azərbaycanın döyüş meydanına çevrilməsinə imkan vermədi. Xalqımızın maraqlarına xidmət edən siyasi manevrləri ilə xarici müdaxilələrin qarşısını alan Heydər Əliyev, daxildə iqtisadi sabitliyə nail olmaq üçün beynəlxalq transmilli layihələrə imza atdı. O, strateji qərarları ilə ölkəmizin uzunmüddətli inkişaf yoluna qədəm qoymasına nail oldu”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dfggfgfggggggggggggggg.jpg

R.Əhmədov bildirib ki, Ulu öndərimiz ömrünü Azərbaycan xalqının tərəqqisinə həsr edib: “Heydər Əliyev xalqımızı qanlı-qadalı, keçməkeşli günlərdən işıqlı gələcəyə çıxardı. Tarixi faktlar göstərir ki, Heydər Əliyevə qarşı böyük təhdidlər olub, onu yolundan, hədəfindən çəkindirmək üçün ölümlə hədələyiblər. Dahi lideri Azərbaycançılıq ideyasından heç bir qüvvə çəkindirə bilmədi. Həyatını riskə atan Heydər Əliyev xalqımızı ağır siyasi proseslərdən qalib çıxardı”.

YAP rəsmisi bildirib ki, Heydər Əliyevin imzaladığı qlobal transmilli layihələrin Azərbaycan xalqının gələcəyində böyük rol oynayıb: “Ulu Öndərin imza atdığı beynəlxalq razılaşmalar ölkəmizin dünyadakı nüfuzunu artırdı. O, elə bir iqtisadi inkişaf mexanizmi yaratdı ki, gənc Azərbaycan dövləti sosial-iqtisadi problemlərinin öhtəsindən qısa bir zamanda uğurla gələ bildi. İndi dünya gücləri Azərbaycanın mövqeyi ilə hesablaşır. Ölkəmiz öz müstəqil siyasəti ilə dünyanın diqqətini çəkməyi bacarır”.

cbfhhgfhgh.jpg

Ölkəmizin Heydər Əliyevin səyi nəticəsində uğurlu iqtisadi siyasət xəttini seçdiyini deyən, Ramin Əhmədov vurğulayıb ki, bu  siyasət Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə davam  etdirilir: “Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu gələcəyə inamla addımlayır. Cənab Prezidentimiz də  atası və ideoloqu Heydər Əliyev kimi gücünü xalqdan alır! Xalqımız əmindirlər ki, bu yolun alternativi yoxdur. Ulu Öndərin  bizə bəxş etdiyi Azərbaycan adlı səadəti göz bəbəyimiz kimi qoruyacağıq!”

17 İyul 2019 Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı
17 İyul 2019 Boris Conson müsəlmanları “geridəqalmış” adlandırdı
17 İyul 2019 Baş prokurorluq Elinanın ölümü ilə bağlı açıqlama yaydı
17 İyul 2019 Mühacir biznesi - AXCP fəalının sensasion səs yazısı - AUDİO
17 İyul 2019 Bu ərazilərdə gecəyə qədər su olmayacaq
17 İyul 2019 “Dövlətimizi aşağılamağa çalışanların milli qüruru yoxdur” – Ramin Əhmədov
17 İyul 2019 Azərbaycanda maraqlı toy – Hər kəsin gözü önündə ... – VİDEO
16 İyul 2019 "Ədavət toxumu səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək" - Əli Həsənov
16 İyul 2019 Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
16 İyul 2019 Aparıcı Fira uşaqlarının otağına kamera qurdu: baxanda ŞOKA DÜŞDÜ - VİDEO
15 İyul 2019 Saakaşviliyə Baş nazir postu təklif edildi - VİDEO
15 İyul 2019 Bakıda məşhur ticarət mərkəzi yanır
15 İyul 2019 DİN əhaliyə müraciət etdi - 30 manat cərimələncəksiniz
14 İyul 2019 Xan çinarının qırılması nəticəsində yaralananların adları açıqlandı - SİYAHI
14 İyul 2019 Prezident Şəkidə baş vermiş hadisəni nəzarətə götürdü, FHN helikopter göndərdi
13 İyul 2019 Vilayət Eyvazovdan daha bir - TƏYİNAT
13 İyul 2019 Goranboydakı atışma ilə bağlı - RƏSMİ MƏLUMAT
13 İyul 2019 Diaspor Komitəsində Cümhuriyyət varislərinə medallar təqdim olunub
13 İyul 2019 Təhsil naziri əmr verdi - Dərs ili nə vaxt başlayıb, nə vaxt bitəcək?
12 İyul 2019 Əli Həsənov: "Müasir Azərbaycan Heydər Əliyevin yadigarı və şah əsəridir"