b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1555759103_bankomat_0001.jpg
"Əmək pensiyaları haqqında" qanuna növbəti dəyişikliklərin səbəbi məlum olub.
 
Missiya.Az xəbər verir ki, parlamentin aprelin 23-də keçiriləcək iclasının gündəliyinə salınmış "Əmək pensiyaları haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyasının artırılması ilə bağlıdır.
 
Qeyd edək ki, bununla bağlı həm də digər bir qanuna - "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanuna dəyişiklik edilməsi nəzərdə tutulur və həmin dəyişikliklər layihəsi də 23 aprel iclasının gündəliyinə daxil edilib.
 
Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır.
 
Belə ki, "Əmək pensiyaları haqqında" qanun 1.0.5-ci maddəsində pul təminatı dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür
 
Həmçinin, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanunun 20.3-cü maddəsinə müvafiq olaraq kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman onların xidmətdən tərxis olunan günə aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa, digər növ kompensasiya, birdəfəlik ödəmələr və müavinətlər istisna olmaqla) nəzərə alınır.
 
Qeyd olunan şəxslər xidmətdən tərxis olunmazdan əvvəl sərəncama götürülür, bir müddət sərəncamda qalır, daha sonra isə xidmətdən tərxis olunurlar.
 
Belə olan halda onların pensiya hesablanan pul təminatının məbləği aşağı olur. Belə ki, bu hallarda birbaşa xidmətlə əlaqədar bəzi əlavələr (məxfi sənədlərlə iş, peşəkarlığa, mühüm tapşırıqlara, xidmətdə fərqlənməyə görə əlavələr) və sonrakı artımlar pensiyada nəzərə alınmır.
 
Bu baxımdan təklif edilir ki, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçuları sərəncamdan tərxis olunarkən onların pensiyası sərəncama götürüldüyü günə aldıqları pul təminatından hesablansın.
19 Sentyabr 2019 Sabahın havası: Şimşək çaxacaq, leysan yağacaq
19 Sentyabr 2019 Hacı Əliyev əsəbiləşib özündən çıxdı: Hakimlərə hücum etdi - VİDEO
19 Sentyabr 2019 "Əsrin müqaviləsi"- Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə - Əli Həsənov
18 Sentyabr 2019 Adnan Oktar: “Kedicik”lərin müsəlman olduğunu göstərmək istədim”
18 Sentyabr 2019 Sabiq deputat YAP-dan QOVULDU
17 Sentyabr 2019 Nazir sərt tapşırıq verdi - Onlar həbs olunacaq
16 Sentyabr 2019 LDU-nun yeni tələbə yataqxanası və tədris korpusu açılıb - FOTO
16 Sentyabr 2019 Zakir Həsənov MİQ-29 qəzasından danışdı - VİDEO
16 Sentyabr 2019 Bəyi toyunda belə öldürdülər - Anbaan video
13 Sentyabr 2019 Mehriban Əliyeva Kürdəxanıda - FOTO
13 Sentyabr 2019 Vilayət Eyvazovdan YENİ ƏMR – Polis hərəkətə keçdi
13 Sentyabr 2019 Deputat: Jurnalistlər münaqişə zonasındakı vəziyyətlərə hazır olmalıdırlar
13 Sentyabr 2019 Bu da Mahir Əmrəlinin qarət olunan evi - VİDEO
13 Sentyabr 2019 Mehriban Əliyeva yorulmaz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb - VİDEO
11 Sentyabr 2019 Arda Turan həbs edildi - 2 il 8 ay
11 Sentyabr 2019 Altı rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb
10 Sentyabr 2019 Sabahın hava proqnozu açıqlanıb
10 Sentyabr 2019 Bu gün Aşuradır
10 Sentyabr 2019 Valideynlərə ŞAD XƏBƏR - Şagirdlərin çantaları yüngülləşdirilir - VİDEO
09 Sentyabr 2019 “Xainlərin məkirli planları məhvə məhkumdur” – Ramin Əhmədov