b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1547194605_1547193949.1547193278436197402_1000x669.jpg

Yanvarın 11-də prezideni İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Missiya.Az xəbər verir ki, prezident İlham Əliyev 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirib. 

Ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü beşillik proqramın başa çatdığını, bu il dördüncü proqramın qəbul olunacağını, keçən il bölgələrə 24 dəfə səfər etdiyini deyən dövlətimizin başçısı ölkəmizdə ictimai-siyasi vəziyyətin sabit olduğunu, xarici siyasət sahəsində də bir sıra uğurların əldə edildiyini, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını bildirdi, Ermənistan istisna olmaqla qonşu ölkələrlə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. 

Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan Tərəfdaşlıq Prioritetləri sənədinin əhəmiyyətini vurğuladı, Azərbaycanın bu ildən Qoşulmama Hərəkatına sədrlik edəcəyini deyib, Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyada ölkəmizin mövqeyinin əksini tapdığını bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Prezident İlham Əliyev onu da qeyd edib ki, 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanılıb, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur. Dövlətimizin başçısı xüsusi vurğulayıb ki, 2018-ci ildə üçüncü peykimiz orbitə buraxılıb, Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, TANAP layihəsi işə düşüb, Ələt Beynəlxalq Ticarət Limanı fəaliyyətə başlayıb.

 2018-ci ili həm də dərin islahatlar dövrü kimi xarakterizə edən dövlətimizin başçısı əsas iqtisadi göstəricilərdən danışarkən bildirib ki, ötən il ümumi daxili məhsul 1,4 faiz olub. Qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatları 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri yaradılıb.

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə ediblər.

Yekun nitqində 2019-cu ildə qarşıya qoyulan vəzifələrin icra olunacağına əminliyini ifadə edən Prezident İlham Əliyev bildirib ki, vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. 

Dövlətimizin başçısı həmin sahələrdə şəffaflığın, dürüstlüyün təmin edildiyini, korrupsiyaya qarşı güclü mübarizənin aparıldığını, sağlamlaşdırma prosesinin getdiyini və artıq gözəl nəticələrin əldə edildiyini vurğulayıb. 

Bu il də infrastruktur layihələrinin icra ediləcəyini deyən Prezident İlham Əliyev qazlaşdırma, içməli su təminatı, kənd və magistral yolların salınması, meliorativ tədbirlərin görülməsi, məcburi köçkünlərin, şəhid ailələri və Qarabağ əlillərinin, həmçinin hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

Bu il yeni məktəblərin, tibb müəssisələrinin, olimpiya idman komplekslərinin, “ASAN xidmət” mərkəzlərinin, xalça fabriklərinin tikiləcəyini deyən Prezident İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı əlavə addımların atılacağını, xaricdə yeni ticarət evlərinin açılacağını qeyd edib, ölkədə yeni sənaye parklarının və məhəllələrinin yaradılmasının əhəmiyyətinə toxunub, kənd təsərrüfatında, həmçinin turizm sahəsində islahatların nəticə verəcəyinə əmin olduğunu bildirib.

Sonda Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili “Nəsimi İli” elan etdiyini bildirib.

***

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Missiya.Az xəbər verir ki, dövlət başçısı iclasda giriş nitqi söyləyib.
 
Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış ediblər.
 
Daha sonra Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.
19 Sentyabr 2019 Sabahın havası: Şimşək çaxacaq, leysan yağacaq
19 Sentyabr 2019 Hacı Əliyev əsəbiləşib özündən çıxdı: Hakimlərə hücum etdi - VİDEO
19 Sentyabr 2019 "Əsrin müqaviləsi"- Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə - Əli Həsənov
18 Sentyabr 2019 Adnan Oktar: “Kedicik”lərin müsəlman olduğunu göstərmək istədim”
18 Sentyabr 2019 Sabiq deputat YAP-dan QOVULDU
17 Sentyabr 2019 Nazir sərt tapşırıq verdi - Onlar həbs olunacaq
16 Sentyabr 2019 LDU-nun yeni tələbə yataqxanası və tədris korpusu açılıb - FOTO
16 Sentyabr 2019 Zakir Həsənov MİQ-29 qəzasından danışdı - VİDEO
16 Sentyabr 2019 Bəyi toyunda belə öldürdülər - Anbaan video
13 Sentyabr 2019 Mehriban Əliyeva Kürdəxanıda - FOTO
13 Sentyabr 2019 Vilayət Eyvazovdan YENİ ƏMR – Polis hərəkətə keçdi
13 Sentyabr 2019 Deputat: Jurnalistlər münaqişə zonasındakı vəziyyətlərə hazır olmalıdırlar
13 Sentyabr 2019 Bu da Mahir Əmrəlinin qarət olunan evi - VİDEO
13 Sentyabr 2019 Mehriban Əliyeva yorulmaz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb - VİDEO
11 Sentyabr 2019 Arda Turan həbs edildi - 2 il 8 ay
11 Sentyabr 2019 Altı rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb
10 Sentyabr 2019 Sabahın hava proqnozu açıqlanıb
10 Sentyabr 2019 Bu gün Aşuradır
10 Sentyabr 2019 Valideynlərə ŞAD XƏBƏR - Şagirdlərin çantaları yüngülləşdirilir - VİDEO
09 Sentyabr 2019 “Xainlərin məkirli planları məhvə məhkumdur” – Ramin Əhmədov