AZ   |   RU
Mədəniyyət mərkəzindən riyakarlıq yuvasına çevrilmənin Paris nümunəsi - Fransanın ikiüzlü siyasəti

 
Bu gün dünyada erməni separatizmini Fransa qədər açıq şəkildə dəstəkləyən ikinci bir ölkə demək olar ki, yoxdur. Qarabağda yaşayan bir ovuc erməni separaçılarının öz "dövlət"lərini yaratmaq kimi xam xəyallarını  dəstəkləyən Fransa Afrika qitəsində bir sıra ölkələri uzun illər işğal altında saxlayaraq onların müstəqil dövlət kimi mövcud olmalarına imkan verməmişdir. Hətta Fransa həmin ölkələrin bu gün də daxili işlərinə burnunu soxmağa çalışır. Qeyd edək ki, XVII əsrdən etibarən Şimali Afrikada mütəmləkəçilik siyasətini həyata keçirən Fransa milyonlarla insanı qətlə yetirib, neçə-neçə şəhər və kəndləri dağıdaraq xaraba qoyub.

Qarabağdakı separatçıları dəstəkləyən Fransa  öz daxilində bu cür bölgələrin mövcud olmasına baxmayaraq, onlara muxtariyyat vermək istəmir. Hətta müstəqillik tələb edən həmin bölgələrin insanlarını terrorçu adlandıraraq, onlara qarşı ən sərt cəzalardan istifadə edir. Dünyaya özünü demokrat göstərməyə çalışan ölkədə bəzi bölgələrin muxtariyyət əldə etməsinə imkan verməyən Fransa kimi bir dövlətin Qarabağda yaşayan erməniləri xüsusi status tələb etməsi Parisin ikiüzlülüyündən başqa heç bir şey deyil.

Bu gün dünyanın bir çox yerlərində demək olar ki, separatçı-millətçi hərəkətlər mövcuddur. Onlara misal olaraq olaraq İspaniyada Katoloniyanı, İtaliyada Sardiniya,Belçikada isə Flandriya və Valloniya kimi regionları göstərmək olar. Hətta bir neçə il bundan öncə İspaniyada Katolonların özlərinin muxtariyyat tələb etmələri ilə bağlı etiraz aksiyaları təşkil etdiklərinin şahidi olmuşduq. Ancaq buna baxmayaraq İspan polisi həmin etirazları zor gücünə  dağıdaraq onlara belə bir muxtariyyatın verilməyəcəyini bildirdilər. Hətta o zaman mediada yayılan xəbərlərə görə Katolonların müstəqillik əldə etməsinə qarşı çıxan dövlətlərdən biri də Fransa olmuşdu.

Qərbi Avropada separtçı-millətçilərin muxtariyyat əldə etməsinə qarşı çıxan Fransanın buna baxmayaraq, bu gün Qarabağda ermənilərə xüsusi status tələb etməsinin arxasında Parisin ermənilərə olan sevgisi dayanır. . Fransanın ədalətsiz mövqeyi Azərbaycanla bu ölkə arasında münasibətlərə yenidən baxılmasına əsas yaradır. Fransa unutmamalıdır ki, Azərbaycanla indiyə 50-dən çox sənəd imzalanıb. Və hazırda Fransya məxsus iri şirkətlər Azərbaycana invesiyalar yatıraraq milyardlarla dollar gəlir əldə edirlər ki, bu pul da ümumən Ermənistanın az qala dövlət büdcəsinə bərabərdir.

Xatırladaq ki, Qarabağ ərazisində ikinci bir erməni dövlətinin yaradılmayacağı ilə dair  Azərbaycan prezidenti İlham Əliyev vahid mövqe sərgiləyərək qeyd etmişdi ki, "Qarabağ ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına heç bir zaman imkan vermiyəcək". Dövlət başçısının bu bəyanatı verməsi dünyaya, əsasən də erməni separatizmini dəstəkləyən Parisə açıq mesaj idi ki, boş və mənasız cəhdlərdən əl çəkin. II Qarabağ müharibəsi isə bu bəyanatın arxasındakı güclü iradəni və sarsılmaz qətiyyəti və əlbəttə ki, Azərbaycanın dövlət olaraq qüdrətini bir daha dünyaya nümayiş etdirdi.


Daşqın Həsənov
Missiya.Az



  • 14-03-2023, 11:52