AZ   |   RU
Xəzərin Azərbaycan bölməsində suiti cəsədləri aşkar olunub
Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm hallarının aşkarlanması ilə əlaqədar Xəzərin Azərbaycan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən genişmiqyaslı monitorinqlər keçirilib.

Missiya.Az
xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Report"a  bildirib.

Monitorinqlər zamanı dənizin Xaçmaz rayonu ərazisində İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndi istiqamətlərində ümumilikdə 17 suiti cəsədi aşkar olunub.

Suitilərin ölüm səbəbinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə cəsədlərdən nümunə götürüləcək və nəticələr barədə məlumat veriləcək.

Baxış sayı: 154
  • 7-12-2022, 21:38