AZ   |   RU
Vəli Ələsgərov həbsxanadan buraxıldı
Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb.

Missiya.Az-ın "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, Vəkil Vüqar Xasıyev açıqlamasında bildirib ki, general-mayor Vəli Ələsgərov təxminən yarım saat əvvəl cəzaçəkmə müəssisəsindən azad edilib.  

Xatırladaq ki, ötən gün Ali Məhkəmənin qərarı ilə V.Ələsgərovun cəzasının 6 il 6 ay 20 günə endirilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan həbsdən azad edilməsi qərara alınıb. Bu gün isə vəkil qərarın icra olunmadığını bildirirdi. 


Baxış sayı: 138
  • 28-09-2022, 20:42