AZ   |   RU
İranda hökumət qüvvələri daha bir gənci qətlə yetirdi
 
Qəzvində güneyli gənc Cavad Heydəri hökumət əleyhinə etirazlar zamanı İran rejiminin təhlükəsizlik qüvvələrinin baş nahiyəsindən açdığı atəşlə güllələnərək öldürülüb. 

Missiya.az xəbər verir ki, bu haqda məlumat  sosial şəbəkələrin İran seqmentində yayılıb.

36 yaşlı Cavad Heydəri kənd təsərrüfatı üzrə təhsil alıb və iqtisadi fəaliyyətlə məşğul olub. Jurnalistlərə müsahibə verən Cavadın atası Əlipənah Heydəri bu barədə deyib:

“Oğlum arxadan hədəf alınıb və o, ağır qanaxma və təhlükəsizlik qüvvələrinin onu xəstəxanaya çatdırmaqdan imtina etməsi nəticəsində dünyasını dəyişib”.

SABAH
Missiya.az

  • 26-09-2022, 10:39