AZ   |   RU
Latviya səfirliyi: “Azərbaycan xalqına və bütün regiona sülh, firəvanlıq arzu edirik”

Latviyanın Azərbaycandakı səfirliyi İkinci Qarabağ müharibəsində həlak olanların xatirəsini yad edib.

Missiya.Az
xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində paylaşım edilib.

"Latviya səfirliyi adından 2020-ci il müharibəsində həlak olanların xatirəsinin Anım Günündə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Azərbaycan xalqına və bütün regiona sülh və firəvanlıq arzu edirik", - paylaşımda deyilir.

Xatırladaq ki, bu gün Vətən müharibəsinin başlamasından iki il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.

Bu gün Azərbaycanda Vətən Müharibəsində həlak olmuş şəhidlərin Anım Günü kimi qeyd olunur.


  • 27-09-2022, 16:24