AZ   |   RU
Şimali Koreya lideri Rusiyaya səfər edəcək

Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfər edəcək.


Missiya.Az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko məlumat verib.


O qeyd edib ki, səfərin təfərrüatları, o cümlədən gündəliyi və tarixləri iki ölkənin müvafiq idarələri tərəfindən müzakirə olunur. 


Səfərin vaxtı ilə bağlı yekun qərar diplomatik razılaşmalardan sonra veriləcək.


Qeyd edək ki, Kim Çen In sonuncu dəfə 2023-cü il sentyabrın 13-də Rusiyaya səfər edib.



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 15:29