AZ   |   RU
ABŞ Rusiyanı nüvə silahı ilə bağlı boş söhbətləri dayandırmağa çağırır – Blinken

"Nüvə silahları ilə bağlı boş söhbətləri dayandırmaq üçün biz ruslarla açıq şəkildə, eləcə də özəl olaraq çox açıq danışdıq".

Missiya.Az Tass-a istinadən xəbər verir ki, bu sözləri CBS News telekanalına müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Moskva bizi eşitməlidir və bu addımın nəticələrinin dəhşətli olacağını bilməsi çox vacibdir”, deyən ABŞ rəsmisi Rusiyanı nüvə silahı ilə hədə-qorxulardan çəkinməyə çağırıb.
 
Teymur ASLANOV
Missiya.Az
 

  • 26-09-2022, 13:24