AZ   |   RU
Zaxarova Baydenin BMT-dəki çıxışını tənqid edib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışında Rusiya prezidenti Vladimir Putindən yanlış sitat gətirdiyini deyib. 

Missiya.Az Tass-a istinadən xəbər verir ki, bu haqda Zaxarova bu gün “Solovyov Live Tv telekanalına müsahibəsində danışıb.
“İş burasındadır ki, o, guya Rusiya prezidentindən sitat gətirib. Guya Rusiyanın dünyanı nüvə silahı ilə hədələdiyini söyləyib.  ABŞ prezidenti hər dəfə Rusiyanı Avropa və dünyaya ən böyük nüvə təhdidi kimi görür” - rusiyalı diplomat bildirib.

Diplomat onu da qeyd edib ki, “Baydenin-in bununla belə Rusiya nüvə müharibəsində heç cür qalib gələ bilməz və heç vaxt aparılmamalıdır"  - fikri tamamilə absurddur.

Qeyd edək ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyi və Baş Qərargahın  qismən səfərbərliyə dair təklifini dəstəkləyib və müvafiq fərman imzalayıb. 

O, televiziya ilə xalqa müraciətində Rusiyanın xüsusi hərbi əməliyyatı zonasındakı təmas xəttinin "1000 kilometrdən çox" uzandığını və müttəfiq qüvvələrin təkcə neonasist birləşmələrinə qarşı deyil, əslində bütün Qərbə qarşı da döyüşdüyünü  vurğulayıb.
 
Teymur ASLANOV
Missiya.Az



  • 22-09-2022, 17:39