AZ   |   RU
Türkiyə, Rusiya, İran və Suriya prezidentləri görüşə bilər


Yaxın vaxtlarda Türkiyə, Rusiya, İran və Suriya prezidentləri arasında görüş ola bilər.

Missiya.Az xəbər verir ki, bu barədə “CNN Türk” telekanalının efirində Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması planının hazırlanmasını şərh edən zaman Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

O bildirib ki, iki həftə əvvəl Moskvada nazirlər səviyyəsində görüş keçirilib.

“Hələlik nazir müavinləri səviyyəsində gələcək təmaslar davam edəcək. Tezliklə, danışıqlar konkret nöqtəyə çatdıqda və qərarlar qəbul edildikdə, irəliləmək mümkün olacaq. Liderlər səviyyəsində müzakirə olunacaq suallar var. Tezliklə belə bir görüşün baş tutacağını deyə bilərəm”, - Kalın qeyd edib.

Sözçü əlavə edib ki, Türkiyədə seçkilərdən sonra hakimiyyətin əsas işlərindən biri suriyalı qaçqınların vətənlərinə qayıtması məsələsi olacaq və suriyalıların geri qayıtması üçün qrafik yaxın vaxtlarda tərtib olunacaq.


"Lakin bu kifayət deyil. Biz Suriya məsələsini bağlamalıyıq. Orada müharibəni dayandırmalıyıq və dünya buna öz töhfəsini verməlidir", - o vurğulayıb.

Zərintac Mayisqızı
Missiya.Az




  • 25-05-2023, 14:47